bir sheir Yunus Bey Oguzdan(Yashmaq Dergisi)

Yunus Bey Oguz

Yaxanı cır, saçını yul
Yıxıl yerə ağla qardaş
Düşmənini vurammadım
Qardaşını dağla qardaş
Vermə əldən sən kütanı
Tanı dədəni atanı
Vurma kökə öz baltanı
Arada əl saxla qardaş
Gör kim idin kim oldun sən
Bir türk idin bölündün sən
Qaya idin ələndin sən
Vuruş dağla daşla qardaş
Dur ayağa qişqir dadaş
Yaddan olmaz sənə sırdaş
Haqqın üçün götür bir daş
Bax kökünə çağla qardaş
Kökün böyük türkoğlu türk
Bu savaşın cəngdən böyük
Düşmənimiz itlə küçük
Boynuna ip bağla qardaş
Vaxt gələcək gün gələcək
Türk ordusu döyüşəcək
Azərbaycan birləşəcək
Haydı daha çağla qardaş
Düşmən köksün dağla qardaş