. Türkcə    . فارسی .    تورکجه

Təbrizli mədəni fəallar, Traxtur tərəfdarlarının Urmu Gölü ətrafında keçirəcəyi Kompaniyanı alqışlayır PDF Print E-mail
Tuesday, 16 March 2010 12:15

URMU_GOLU_POSTERGAİP XƏBƏR : Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərinin bir qrup mədəni fəalı Traxtur tərəfdarlarının Urmu Gölü ətrafında keçirəcəyi Kompaniyanı alqışlayır.

Onlar bu zəmində bəyanat yayaraq bütün soydaşlarımızı sözü gedən Kompaniyaya qoşulmağa çağırırlar.

Urmu Gölünün Azərbaycan üçün əhəmmiyətinə toxunan Bəyanatda, İran hakimiyyətinin Gölün qurumasına göz yumması hətta qərəzli şəkildə qurumaya yönəlik gizli cəhdlər etdiyi şiddətlə pislənilir. Həmçinin İranda Azərbaycan tarixinə olan münasibət, Azərbaycanın maddi-mənəvi varlığınının qarət edilməsi və hakimiyyətin Ana dilimizə olan dözümsüzlüyü xüsusi məhkum edilir.

Xatırladaq ki, Güney Azərbaycanın Milli Komandası Tıraxtur taxımının tərəfdarları Urmu Gölünün quruması təhlükəsini dünya ictimaiyyəti və İran məsullarının diqqətinə çatdırmaq üçün 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Körpüsü ətrafında Kompaniya başladacaq. Proqrama əsasən iştirakçılar özləri ilə qırmızı rəngli parçalar və su bardaqları gətirəcəklər.günaz

 

Servislər

twittericon           youtube-icon 

TWİTTER                YOUTUBE

 

      vista-logo              rss_logo

VİSTA  GADGET                   RSS

 Vista Gadget nə dir?