Azərbaycan, Ərdoğanın Amerika səfərindən nə gözləyir? PDF faylını al Çap E-poçt
07.04.10 12:26

eli_hesenov_GAİP XƏBƏR : Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet mövzu olacağına inanır.

 

"Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk Qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi İrəvanı Dağlıq Qarabağ məsələsində öz prinsipsiz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər" - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. 

Türkiyə Baş nazirinin ABŞ-a səfəri aprelin 12-13-nə planlaşdırılıb. Həsənov deyib ki, bölgədə barışın yaranması Türkiyə - Ermənistan sərhədlərinin açılması, diplomatik əlaqələrin bərpası, ümumiyyətlə, regionda normal əməkdaşlıq şəraitinin yaranması, ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya dəhlizlərinin bərpa olunmasından keçir. "Düşünürük ki, ABŞ və Türkiyənin orada iştirak edəcək Baş naziri bu məsələni gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər" - Prezident Administrasiyasının şöbə müdiri deyib.

 

Select Language

Hava Vəziyəti

Təbriz
26°C
Təbriz 26°C | Bakı 24°C | Ankara 25°C | Urmu 18°C | Gəncə 25°C | İstanbul 25°C
[Details]

Servislər

twittericon          youtube-icon1

       Twitter          YouTube     

vista-logo          rss_logo

  Vista Gadget          RSS            

Vista Gadget nədir?                               



yardim