|
28.03.10 11:43 |
GAİP XƏBƏR : Təbriz İnqilab Məhkəməsi milli-mədəni fəal Əli Vəkili haqqında axtarış elan edib. Bir müddət əvvəl bir il şərti həbs cəzasına məhkum olmuş fəal haqqında, heç bir ixtar olmadan axtarış elan olunub.
GAİP xəbər mərkəzi Günaztv dən Aldıği bu məlumatda , onun zamini (qarantı şəxs) girov qoyduğu vəsiqəni ehtiyac ucbatından geri almaq istəyib. məhz bundan sonra adını çəkdiyimiz soydaşımız haqqında axtarış elan olunub.
Məlumata görə cənab Vəkili dünən mart ayının 27-də məhkəməyə müraciət edib və həbs olunmalı idi. Ancaq dünən həbs olunub vəya olunmadığı haqda hələlik məlumat yoxdur. Yeni xəbər olduğu təqdirdə sitəmiz tərəfindən yayımlanacaq.
Qeyd edək ki, cənab Əli Vəkili bir neçə ay öncə Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun Güney Azərbaycan İstiqlal Partiyasında (GAİP) üzv olduğunu, GünAzTv ilə telefonla əlaqə saxladığını bildirir və bununlada onu Sistemin Əleyhinə fəaliyyətdə günahlandırır. Belə ki o Güney Azərbaycan İstiqlal Partiyasına öz kardinatını (müşəxxəsatını) göndərib və sözü gedən Partiyada üzv olmaq məqsədi ilə onun Əsasnaməsini mütaliə edib. Məhkəmə isə bu iddialara əsaslanaraq bir il şərti həbs cəzası barədə hökm çıxarıb.
|