. Türkcə    . فارسی .    تورکجه

Londonda Azərbaycanlı siyasi məhbuslar o cümlədən Səid Mətinpurla bağlı Aclıq Aksiyası və İmzatoplama Kompaniyası keçiriləcək PDF Print E-mail
Saturday, 13 March 2010 12:54

Seyid_Metinpur5GAIP XƏBƏR : Bir qrup milli fəal Londonda İngiltərə parlamenti binasının qarşısında Aclıq Aksiyasi və İmzatoplama Kompaniyasına başlayacaq.

Kompaniya təşkilatçılarından biri BTN-ə bildirib ki, Kompaniyanın məqsədi İranda Azərbaycanlı siyasi məhbusların zindandakı durumu və onların haqqında çıxardılan ədalətsiz məhkəmə hökmləri ilə bağlıdır. Kompaniyada hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan Güney Azərbaycanlı milli-mədəni fəal və jurnalist Səid Mətinpurun vəziyyəti xüsusi olaraq vurqulanacaq.

O vurqulayıb ki, bir qrup məhbusda Ərdəbil zindanında işgəncə altındadır . onlarında səsini dünyaya duyurmaq kompaniyanın hədəflərindən biridir.

Xatırladaq ki, Jurnalist Səid Mətinpur 2007-ci il May ayının 25-də (1386-cı il xordad ayının 4-ü) yaxalanıb. 9 ay işgəncə altında sorğu-suala tutularaq, saxlanıldıqdan sonra nəhayət Tehranın İnqilab Məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O Türkiyədə insan haqları ilə bağlı bir konfransda iştirak etdiyi üçün həbs edilib.

zindana düşdükdən sonra Səid bəyin səhhətində jiddi problemler yaranıb.

 

Servislər

twittericon           youtube-icon 

TWİTTER                YOUTUBE

 

      vista-logo              rss_logo

VİSTA  GADGET                   RSS

 Vista Gadget nə dir?