|
GAİP XƏBƏR : Azərbaycanın erməni işğalı altında olan Qarabağ torpaqları ilə bağlı məsələdə İran İslam Respublikası da tərəflər arasında vasitəçilik etmək istəyini dəfələrlə bəyan edib.
GAİP XƏBƏR mərkəzinin əldə etdiyi məlumata görə, O, çeşidli beynəlxalq qurumlarda Ermənistanın işğalçı olduğunu özündə əks etdirən sənədə imza da atıb. Bununla belə, Tehran bu işğalçı ölkə ilə əməkdaşlığı genişləndirməkdədir.
hazırda Ermənistanda İran İslam Respublikasının onlarla istehsalçı şirkəti fəaliyyət göstərir. Tehran bu yolla öz valyuta ehtiyatını artırır. Bu barədə Lent-az İRİB agentliyinə istiandə xəbər yayıb.
İranda çıxan “Ekonomist” qəzetinin yazdığına əsasən isə 2009-cu ilin martında bu ilin həmin ayınadək olan müddətdə qızıl da daxil olmaqla, İranın valyuta ehtiyatı 15 milyard dollar azalacaq. Mənbənin məlumatına görə, qızıl istisna olmaqla, ölkənin valyuta ehtiyatı 96 milyard 309 milyon təşkil edib. Cari ildə isə bu rəqəm 15 milyard 250 milyon dollar azalaraq, 81 milyard 59 milyon dollar olub.
Qarşıdan gələn ildə (2010-cu ilin martından - 2011-ci ilin martınadək) bu ehtiyatın daha 6 milyard 250 milyon dollar azalaraq, 74 milyard 809 milyon dollara enəcəyi gözlənilir. Bu istiqamətdə artım 2012-ci ildən başlayaraq müşahidə olunacaq.
Məlumata görə, bir neçə il öncə Ermənistan paytaxtının cənubundakı rayonlarda boşluq və işizlik hökm sürürdü. Amma İran istehsalçılarının və İslam Respublikası ilə əməkdaşlığın genişlənməsi sayəsində ölkənin bu əraziləri əsas sənaye mərkəzinə çevrilib.
Masis şəhərindəki örtülü şitillik Ermənistanda ilk dəfə olaraq, iranlı sahibkarların və mütəxəssislərin hesabına avtomatlaşdırılıb. 8 il öncə bu ölkədə açılmış konserv zavodunun direktoru Movsesyan deyib ki, bu şitillik və konserv zavodundakı avadanlığın hamısı İran istehsalıdır.
|