Saleh İldırımın məntiqi - Oqtay Xəlilli PDF faylını al Çap E-poçt
30.03.10 10:41

saleh_ildirimGAİP XƏBƏR : Bir müddət öncə mühacir Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım bir radioya müsahibə vermişdi. O, əsasən İranda və Güney Azərbaycanda baş verən hadisələrə, siyasi proseslərə, Güneydəki istiqlal hərəkatının durumuna toxundu. Saleh İldırım müsahibəsinin sonunda ondan müsahibə götürənin qəribə məntiqi ilə üzləşdi. 

Müxbir Güney Azərbaycandakı istiqlal hərəkatçılarının mübarizəsini Azərbaycnda demokratiya uğrunda mübarizə ilə eyniləşdirməyə başladı. Bir qədər şaşırmış Saleh bəy müxbirlə polemikaya girdi. Saleh İldırım:

- Xanım, Güneydə Azərbaycan türkləri fars istibdadına qarşı mübarizə aparır. Quzey Azərbaycandakı siyasi və sosial məsələlərin buna nə dəxli?

Müxbir:

- Saleh bəy, Güneydə də, Quzeydə də azadlıq uğrunda mübarizə gedir.

Saleh İldırım:

- Güneydəki azadlıq mübarizəsi nə ilə əlaqədardır və məqsədi nədir - bu aydındır. Paytaxtı Bakı olan Quzey Azərbaycanda bəs, hansı azadlıq mübarizəsi gedir və kimə qarşı? Quzey Azərbaycan rus işğalından azad oldu. Əgər siz erməni işğallarını nəzərdə tutursunuzsa, mən sizinlə razıyam. Azərbaycan Respublikası işğal edilmiş torpaqları uğrunda mübarizə aparır. Bu mübarizə nə qədər güclüdür, məhsuldardır - bu ayrı mövzudur. Bunu nəzərdə tutursunuz?

Müxbir:

- Xeyr, mən demək istəyirəm ki, Güney Azərbaycanda fars şovinizmi və dini totalitarizmə qarşı mübarizə getdiyi kimi, Quzey Azərbaycanda da demokratiya və azadlıq uğrunda mübarizə gedir.

Saleh İldırım:

- Xanım, siz məsələləri bir-birinə qatmayın. Güney Azərbaycan millətsevəri Quzey Azərbaycandakı soydaşının malik olduğu elementar hüquqların həsrətindədir. Güneydəki hərəkatçıların mübarizəsi milli hüquqlar, Güneyin istiqlalı uğrundadır. Xanım, kaş ki, Quzey Azərbaycanın ən ağır problemləri ilə biz - güneylilər də üzləşərdik. Təki Güney Azərbaycan  türklüyü azad olsun. Onların milli-azadlıq mübarizəsinin Quzey Azərbaycandakı siyasi partiyalar arasında mübarizəyə nə dəxli var?

Müxbir, incik tonla:

- Deməli siz və sizin təmsil etdiyiniz partiyanı demokratiya maraqlandırmır?

Saleh İldırım:

- Xanım, bizim üçün İrandakı fars şovinizminin dindar və ya demokrat donunda çıxış etməsi maraqlı deyil. Bizi yalnız Güney Azərbaycanın, Azərbaycan Türklüyünün taleyi maraqlandırır. Haçan Güney Azərbaycan azad olar,onda demokratiyadan, sosial ədalətdən danışmağın bir mənası da olar.

Müxbir, israrla:

- Saleh bəy, deməli sizin üçün əsas odur ki, Azərbaycan türklüyü öz dövlətini qursun, demokratiya isə sizin üçün önəmli deyil?

Saleh bəy müxbirin mənasız və yorucu tərsliyindən cana gələrək, sakitcə və əzmlə dedi:

- Xanım, təki Güney Azərbaycan paytaxtı Təbriz olan müstəqil dövlət olsun, təki bu müstəqil dövlətin başında despotik və repressiv qüvvə dursun və  təki bu despotik rejim birinci olaraq məni repressiya etsin. Mən bilərəm ki, müstəqil Güney Azərbaycanı gördüm və razıyam ki, məni İranın anti-türk farsı yox, Güneyin despotik türkü dar ağacından assın.

Bu sözlərdən sonra müxbir təəccüblə Saleh İldırıma baxaraq gözlərini döyürdü.  Sorosun açıq institutlarının,  Avropa Birliyinin qrant fondları tədbirlərinin dəzgahından keçmiş  müxbirin beyni Saleh İldırımın sözlərindəki məntiqi qavramaqda çətinlik çəkirdi.

Əldə etdiyim son məlumatlara görə, həmən radioda bu müsahibə getməyib. Aydındır, bu radionun da öz yazılmamış senzurası var. Həmən müxbirə gəldikdə isə,  o, hərdən, vaxtı olanda, yenə də Saleh bəyin dediklərini anlamaq üçün beyin büzmələrini işə salıb, tavana baxaraq gözlərini döyməkdədir.

 

Oqtay Xəlilli

“Millətçilik” qəzeti 06 mart 2010-cu il 08 (074)

 

Select Language

Hava Vəziyəti

Təbriz
26°C
Təbriz 26°C | Bakı 24°C | Ankara 25°C | Urmu 18°C | Gəncə 25°C | İstanbul 25°C
[Details]

Servislər

twittericon          youtube-icon1

       Twitter          YouTube     

vista-logo          rss_logo

  Vista Gadget          RSS            

Vista Gadget nədir?                               



yardim