|
Bu yazı 2004-ci ildə yayılmışdır,onun əhəmmiyətinə görə bir daha dəyərli oxuculara təqdim olunur.
Urmu soyqırımı
Mart ayının 17-si(isfənd ayının 26-sı) Urmu soyqırımının 92-ci ildönümüdür.92 il bundan əvvəl 17 mart 1918-ci ilin (günəş ili 1296) axır çərşənbəsi, vətənimiz Azərbaycanın Urmu şəhərində Türk Millətimiz ciloluq adilə tanınıb, tariximizə keçən hadisələrdə olduqca qəddar,dəhşətli və vəhşi bir soyqırıma məruz qalmışdır.Azərbaycan Türk milləti keçən əsrin əvvəllərindən etibarən həm Quzeydə, həmdə Güneydə böyük soyqırımlara məruz qalmışdır!
Quzeydə Rus müstəmləkəçilərinin istər çar, istərsədə savet rusiyasının cinayətkar erməni daşnaqlarına hər tərəfli yardım və onları dəstəkləmələri nəticəsində 1 milyona yaxın Azərbaycan Türkü soyqırıma məruz qalmış və100 minlərcə Azərbaycanlı öz ata-baba yurdlarından qovularaq didərgin düşmüşdür, Bu siyasət Quzey Azərbaycanda Rusiyə dövləti tərəfindən hələdə dəvam etməkdədir.
Güney Azərbaycanın qərb hissəsində isə Urmu başda olmaqla, Salmas, Köhnə-şəhər,Sulduz,Xoy və başqa şəhərlərdə,birinci dünya savaşı illərindən etibarən(1914-1918) bu faciəli soyqırım yenədə Rus,İngiltərə,Amerika və Fransa müstəmləkəçi Dövlətlərinin Erməni və Asuri quduzlarını dəstəkləmələri nəticəsində həyata keçirilmişdir.
Güney Azərbaycanın yalnız Urmu şəhəri və çevrəsində 200 min və toplum 300 min Azərbaycan Türkünün ölümüylə nəticələnən bu dəhşətli soyqırımın qanlı senariyası İngiltərə başda olmaqla onun müttəfiqləri olan Rusiyə,Amerika, Fransa və başqa qərb ölkələri və xristian təşkilatları tərəfindən birlikdə həyata keçirilmişdir.
Urumu Güney Azərbaycanın paytəxti olan Təbriz şəhərindən sonra Azərbaycanın ən böyük və önəmli şəhəri, eyni zamanda Urmu vilayəti Güney Azərbaycanın ən gözəl və abad vilayətlərindən biridir.Təbiətin ona ərmağan etdiyi uca qarlı Dağlar və bu dağlardan axan neçə çay,barlı bərəkətli torpaq,habelə Azərbaycan Türklərinin Urmuda lap əsgi çağlardan bağ-bağçaya,əkinə olan həvəsi və bununla bağlı əmək sevərliyi,doğurdanda bu diyarı bir cənnətə çevirmişdir.
Urmu Azərbaycan Türklərinin ən qədim məskən və mədəniyyət ocaqlarından biri olmuş və Türklərin həmişə çoxluq təşkil etməsinə baxmıyaraq Asuri,Erməni və Yəhudi kimi azlıqlarda burada yaşamış və indidə yaşamaqdadılar.Kürdlər çox sonralar yəni 16-17-ci əsrilərdən etibarən Urmu vilayətinə köçürülərək zaman-zaman bu torpaqlarda yerləşib və özəlliklədə Riza-xanın Hakimiyyətə gətirilməsindən sonra bu siyasət dahada sürətlənmişdir!Kürdlərin əvvəllər Urmu vilayətinin qərbində yəni Türkiyə-İraq Sərhəddində olan Silvana,Somay-Bradost mahallarında yaşadıqlarına baxmıyaraq,son illərdə faşist İran-İslam Hakimiyyətinin Azərbaycan Türklərinə qarşı gizli sinariyasının əsasında kütləvi şəkildə Urmu şəhrinə köçürülərək yaşamağa başlamışlar.
1917-18-ci illərdə Urmu vilayətinin 300 min əhalisi olmuşdur.Onların 85 faizındən çoxunu Azərbaycan Türkləri təşkil edirdi ki,bunun da 50 min nəfəri şəhərdə və qalanıda onun 699 kəndində yaşamışlar.Bu zaman Urmu və onun çevrəsindəki 33 Asuri kəndi ha belə Azərbaycanlılar ya xod kürd ve Asurilərlə qrışıq 59 kənddə 23 min Asuri və 6 minə yaxın Ermənidə Urmu və 3-4 Erməni kəndində yaşamışlar.Yəhudilərdə bir azlıq kimi təkcə şəhərin cüvüdlər adli bir məhəlləsində yaşamışlar.Avropa və Amerika məzhəbi misiyonerləri 19-ci əsrin 30-ci illərindən etibarən Güney Azərbaycanın qərbində,özəlliklə Urmu və Salmasda xristiyan Asuri və Ermənilər arasında sözdə öz məzhəblərini təbliğ etmək,amma əslində müstəmləkəçilik məqsədilə bu bölgələrə gəlmişlər.Amerikalılar birinci olaraq 1834-ci ildə və onun ardından Fransa, Rusiya,Vatikan, Almaniya və başqaları gəlmişlər. Dini misiyonerlərin gəlməsi, Xristiyan Erməni-Asurilər və Azərbaycan Türklərinin əsirlər boyu barış içində yaşamalarında gərginliklər yaratmış və get-gedə bu gərginliklər artmağa başlamış və nəhayyət onların Türk düşmanlığı və bütün Türklərə nifrətdən dolayı zəhərli təbliğatları nəticəsində,onlarda Azərbaycan Türklərinə qarşı böyük bir nifrət yaranmışdır. Birinci dünya savaşında Erməni-Asurilər,müttəfiq Dövlətlərin,xususilə Rusiyə və İngiltərənin oyuncaqları olaraq öz düşmançılıq siyasətinə dayanıb, onların qoşunları sırasında Osmanlı Türk Dövlətinə qarşı savaşa qirmiş,həmdə onların buyuruq və göstərişlərilə güney Azərbaycanın qərb bölgələrində etnik təmizləmə siyasəti aparmışlar.
Birinci Dünya savaşı illərində Urmu öz siyasi və istratejik mövqeyinə görə Rusların ən önəmli nizami mərkəzlərindən biri olmuşdur.Urmu və Salmas Türk əhalisinin böyük qatillərindən biri olan Rusiyənin Urmudakı Baş Konsulu Bazil Nikitin-in yazdığına görə Birinci Dünya savaşı illərində Rusların Urmuda 80 min nəfərlik ordusu olmuşdur.Rus ordusu Urmu əhalisinin hesabına yaxşı yeyib-içib istirahət etmişdir.
O yazır ki,Rus əsgərləri gündə 3 növbət şəhrin bazarın qarət etmiş və hətta 14 Tir 1296 ildə (4 Juni 1918) Urmu bazarını tamamilə qarat etdikdən sonra od vurub yandırmış, kimsəni oraya yaxın buraxmamışlar və bazar birgün yandıqdan sonra təmamən külə dönmüşdür.Rus ordusunun əhaliyə qarşı zülmləri saysız hesabsız olmuşdur.
Onlar burada heç bir muxalif səsi təhəmul etməyib və belə zülmlərə,həyasizliqlara etiraz edənləri tutub həmən sürgün edib yaxud həbs etmişlər.Rus,İngiltərə və başqa müttəfiq Dövlətlərin amacı Osmanlı türk dövlətinin torpaqlarını işğal edib, orda olan zəngin neft yataqlarını əldə edərək,nəhayət onu neçə yerə parçalayıb,həmişəlik məhv etməkdən ibarət olmuşdur.
Onun üçündə onlar əskidəndə Osmanlı dövlətinə qarşı müxtəlif hiylə və fitnəkarlıqlara əl atıp,amma bacara bilməmişlər.Birinci Dünya savaşı belə bir şərayiti yaratmışdır. Erməni Asurilərin xristian olduqları faktorundan istifadə edən Müttəfiqlər,onlara Türk Dövlətini içindən parçalıyib yıxmaq üçün hər cürə maddi,mənəvi yardım və dəstəkdən əsirgəmirlər.
1915-ci ilin payızında Benyamin Marşimonun başcılığıyla 40-min nəfər Həkkari,Van,Culaməlik və Nəsibin Asuriləri(Cilo) Osmanlı qoşunları və Kürd silahlı dəstələrilə savaşda yenilərək,Rus və İngiltərə Dövlətlərinin izin ilə Güney Azərbaycan torpaqlarının qərbində,əsasən Urmu və Salmasın Erməni və Asuri kəndlərində yerləşmişlər.Eyni zamanda neçə min Erməni Vandan və 5- 6-min İrvan və Qafqazdan gəlib Urmuda yerləşmişlər və bununla belə urmu əhalisi bacardıqları qədər onlara yardım edib,öz qonaqpərvərliyini göstərmişdir, amma bunlara baxmıyaraq onlar gəlib yerləşdikdən sonra Azərbaycan Türklərinə qarşı əllərindən gələn pislik, cinayət və vəhşilikdən əsirgəməmişlər.
Onlar xalqın canına,malına,namusuna həyasızcasına təcavüz edib,qarət və talan etməklə həyatlarını sürdürərək, öz ərbabları olan Rus,İngiltərə,Fransa və Amerika Dövlətlərinin göstərişilə, yerli Erməni və Asurilərlə birləşib,böyük planlar üçün hazırlıqlar görməyə başlayırlar.Ilk olaraq Erməni Daşnaqları 1917-ci il iyun ayının əvvəllərində(1296-ilin tir ayı) Urmunun Nazlı çayi mahalında olan Səfər-qulu kəndi və onun ətrafında olan kəndlərin əhalisini vəhşicəsinə qətlam edib,var yoxlarını tamamilə qarət etmişlər.
Güney Azərbaycanda 20-ci əsrin əvvəllərindən etibarən Səttar-xan başçılığıyla məşrutə və sonra Şeyx-məhəmməd Xiyabani hərəkatının əsas amacları Demokrasi,Azadlıq və Qanun hökümətindən ibarət olsada,Rus və İngiltərə dövlətlərinin müstəmləkəçi siyasətlərinə qarşı ciddi mübarizədə ən önəmli vəzifələrdən biri olmuşdur,elə onun üçündə İran adlanan ölkədə yalnız Azərbaycan Türk Milləti belə bir siyasi şuura malik olduğundan dolayı,bu dövlətlərin və ümumiyətlə qərb ölkələrinin Türk millətinə qarşı olan dərin nifrətini dahada artırıb və beləliklə İngiltərə və rusiyə başda olmaqla onlar bizim Millətdən intiqam alıb, onu tamamiylə məhv etmək qərarına gəlmişlər.
Erməni,Asuri cinayətkarlarının Güney Azərbaycana gətirilib və bizim torpaqlarda yerləşdirilmələri və yerli Erməni və Asurilərlə birlikdə təşkilatlandırılıb,təpədən dırnağa dək silahlandırılmalrının bir nədənidə Güney Azərbaycanda gedən Milli Azadlıq hərəkatını bu canilarin əlilə parcalayıb və onu boğmaqdan ibarət olmuşdur.
Təbriz bu Hərəkatın əsas mərkəzi olmaqla,Urmu,Xoy və Salmas şəhərləridə bu şəhərdən sonra hərəkatın önəmli mərkəzlərindən sayılırdılar.
Beləliklə buna qarşı o dövrüdə bu dövlətlər güney azərbaycanın bu bölgələrində yaşayan Erməni,Asuri və kürdləri Azərbaycan Türklərinə qarşı birləşdirməyə çalışıblar.Bununlada Təbriz başda olmaqla Ayərbaycanın başqa şəhər və bölgələrindən, qərbi Ayərbaycanda gedən bu dəhşətli soyqırım zamanı heç bir yardım gəlmədi, habelə bunlar da Xiyabanı hərəkatının gedişatında demək olar ki seyr edici oldular. Beləliklə İngilislər tərəfindən hazırlanan bu qanlı senariyo,onun müttəfiqləriylə birlikdə həyata keçirilir.Çar-Rusiyasının Urmuda olan konsulu və Urmu soyqırımında böyük rol oyniyan cinayətkar Bazil Nikintin bu haqda belə yazır"Rusıyənin Qafqazdakı ordusunun baş komandanı Jeneral Lebedniski ona teleqraf vasitəsilə bildirir ki,Urmuda Erməi,Asuri qoşununun yaranmasına qərar verilib və bu haqda müttəfiq ordu zabit və jenerallarından kolenel Piyk, kolenel Şardini,kapitan Març və Major İsteksyin muvafiq olduqlarını bildirmişdir(1917-ci ilin Oktyabr). Bunun Ardından Fransanın ambulans təşkilatı Urmuda,Erməni və Asuriləri təşkilatdandırmağa başlayır."1918-ci ilin Yanvarında İngılis jeneralı Meycer Grasi bu məsələ üçün Urmuya gəlir.
Meycer Grasinin rəhbərliyində Amerikanın Urmudaki əvəllər dini misiyonunun rəyisi və bu zaman başkonsulu Dr.Vilyam Şed,Rusiyənin konsulu Bazil Nikitin, Fransanın Ambulans təşkilatının Rəyisi Dr.Kujul,Asuri Rəhbərlindən Benyamin Marşimon və osmanlı dövlətinin urmudaki konsulluğunun geçmiş ateşəsi Petros ağa İyllu və Erməni Rəhbərləridən İbrahım-Xan habelə Asuri və Ermənilərin iştirakilə Urmuda böyük bir miting təşkil edərək, Erməni-Asuri silahlı ordusunun yaranması təsdiq olunub,jeneral Meycer Grasinin planı ürəkdən qəbul edilir.Onlar belə bir qərara gəlillər ki,250 Rus zabit və ordunun yaranması üçün lazimi qədər pul və silah göndərilsin"(bax Bizim Kiçik Müttəfiqimiz London 1920 Səhfə 35-36).Qeyd olunmalıdır ki hələ bu olaylardan öncə,Amerikanın Konsulu Vilyam Şed Urmu əhalisinin öz Türk qardaşlarına yəni osmanlı dövlətinə qarşı silahlanma təklifi rəd olunduqdan sonra ,O Erməni,Asurilərin silahlanmasında böyük rolu olub,onları bizə və Türk ordusuna qarşı qullanmış və sonra da Kürdləri bizə qarşı silahlandıraraq, yenədə Türk millətimizin vəhşicəsinə qətlam olunmasında yaxından iştirak etmiş və bu insanlığa zidd olan cinayətlərin başda gedən amillərindən biri sayılır.
Hər halda 30-min nəfərlik bu ordunun yaranmasında 800 Urmuda qalan Rus zabit və Qazaqı habelə 72 nəfər Fransız və çoxlu Erməni zabitləri iştirak etmış və onu yönətmişlər.bu ordunun yaranmasında Fransa Dövləti o zamanın pulu 20-min Fırank ayırmışdır.Rus İnqilabından sonra Rusiyəyə geri dönən Rus ordusu,Urmudaki Rus əsgərlərinin inqilabi komitəsinin başinda duran Rus zabiti bolşovik Məlah Saltikovun tərəfindən özəlliklə böyük miqdarda silah və sursat Erməni daşnaqlarına verilmişdir.
Ordunun baş komandanı Rus zabıti jeneral Kozmin təyin olunmuşdur.Dr.Heri Pakard Amerikanın Urmudaki konsulunun muavıni Ermeni-Asurilərin intizamat rəyisi və Petros Aga ıyllu Urumu-Kendlərinin təhlükəsizlik rəyisi vəzifələrinə təyin edilmişlər.
Yaradılan bu cinayətkar ordu Osmalı Dövləti və Azərbaycan Türklərinə qarşı qullanmalıydı, hər halda o Azərbaycan Türklərini faciəli və dəhşətli soyqırıma məruz qoymuşdur.
Əhməd UrmuoğluUrmu soyqırımı (2)
Urmu soyqırımı 159 gün sürmüş, cümə günü 22 februar 1918-ci ildə (3 isfənd1296) başlamış və çərşənbə günü1 avqust 1918-ci ildə (8 murdad1297) Türk ordusunun zəfərlə şəhərə gəlməsi və qan içən Erməni-Asuri quduzlarının yenilib qaçmasilə sona çatmışdır.
30-min nəfərlik bu ordu 1918-ci ilin Yanvar ayında yaradıldıqdan sonra onlar açıq şəkildə Azərbaycanlılara qarşı soyqırımı başlamış və 16 Februal 1918-ci ildə Urmu şəhərində neçə nəfəri öldürerek bu gündən etibarən böyük cinayətlərə əl atmışdır.
Onlar habelə 19 februal 1918-ci ildə 100-nəfər Azərbaycanlını şəhər və kəndlərdədə vəhşicəsinə öldürmüş. Urmuda Azərbaycanlılarla Erməni-Asurilər arasında savaş Cümə günü 22 februal1918-ci ildə başlanmış və üç gün qanlı və silahlı savaşdan sonra şəhər tamamilə Erməni və Asurilərin əlinə keçmişdir.
Savaşın belə sonuçlanmasının böyük nədənlərindən biri bu hadisələrdən öncə Rus Qazaqlarının Urmu və çevrəsindəki kənd əhalisini tərk silah etdiklərindən irəli gəlmişdir.
Azərbaycanlıların əlində gərçəkdəndə çox az silah olmuşdur. Onların yetərincə silahlarının olmamasına rağmən , üz-üzə və doğru-düzgün savaş usullarını mənimsəyə bilmədiklərinə baxmıyaraq, təpədən dırnağa qədər dövrünün modern ağır və yüngül silahlarla silahlandırılmış və savaş usullarını Rus, Fransız zabitlərindən öyrənən və onlar tərəfindən yönədilən quduz Asuri və Erməni daşnaqlarının qarşısında qəhramancasına dayanaraq, irəliləmələrinin qarşısını almış və geriyə çəkilməyə belə məcbur etmış, elə həmin gün savaşa son qoymuşlar. Ertəsi gün səhər tezdən vəhşi Asuri-Ermənilərin silahlı dəstələri hər tərəfdən hucuma geçib və ağır silahlarla şəhəri top atəşinə tuturlar, amma yenədə Azərbaycanlıların igidcə müqavimət göstərmələrindən, Düşman çoxlu tələfat verdikdən sonra geri çəkilməyə məcbur qalir. Bu zaman Urmu şəhərinin hakimi İclal-əlmolk bir əsasi iş görmədən hökümət başında oturmuşdu. Urmuda xalqı təşkilatlandırıb, onları müqavimət göstərməyə çağıran doğru-düzgün bir təşkilat və onun başinda qoçaq, cəsarətli bir AzərbaycanTürkünün olmaması üzündən bir neçə bacarıqsıs qorxaq şəhər başçıları sayılan əyan-əşraf, ruhani və başqaları ağ bayraqlar götürərək böyük bir dəstə dözəldib, Türk millətimizə yaraşmayan alçaq və çirkin bir işə əl qoyub, barış üçün düşmanın yəni Benyamin Marşimonun qapısına gedirlər. Yola çıxarkən qarşılarına çıxan hər Ayərbaycanlıya savaşdan əl götürməyi təklif edərək barışa çağırıb, savaş yox, sülh istəyirik deyirlər.
Bu zaman Urmuda mövcud olan iki silahlı qüvvələrdən biri şəhəri tərk edib, Salmas yoluyla qaçıb gedən 200 nəfərlik qaradağlı əsgərləridi. İkinci qüvvə isə komandanı bir Rus zabiti olan min nəfərlik Dövlət Qazaq əsgərləridi. Onlar Urmu şəhərinin kənarında yerləşən Nəsütdövlə qalasında, indiki Urmu Təxti istadiyomunda yerləşirdilər.
Qazaqların Urmuda olması şəhərin bütün Erməni-Asuri ordusunun əlinə keçməsində böyük bir mane olaraq, onları rahatsız edir, onun üçündə tezliklə bu maniəni aradan qaldırmağa tələsirlər. Onlar qalaya hucum etdikdə, qazaqlar savaşa hazirlaşir. Rus komandanı onların savaşmasına izin vermir və Erməni-Asuri quduzlarıyla savaşmasında, Rus konsulu Bazil Nikitinin izin verməsini söyləyir. Bu nədənlə öz müavini olan Urmulu Rza Quluxanı ağ bayraqla Rus konsulluğuna göndərir. Rza Quluxan həmən çıxdıqda qaniçən qəddar Erməni-Asuri yaraqlıları tərəfindən yaxalanaraq, tutulduğu yerdə vəhşicəsinə öldürülür. Durumu belə görən düşman Qazaqların təslim olmasını zənn edərək, cürətlənib hər tərəfdən hücuma geçib, qalaya saldırmağa başlayır.
Qazaqlar gərçəkdən igidcəsinə dayanıb, qoçaqlıq göstərib, son güllə və son nəfərə qədər savaşaraq, onlara ağır tələfat verdikdən sonra , hamısı şəhid olurlar və qalada olan bütün silah və cəbəxana tamamilə düşmanın əlinə keçir və beləliklədə şəhərdə olan ordu birlikləridə aradan gedir. Nəticədə Urmu şəhəri neçə günlük ağir savaşlardan sonra bütövlükdə Asuri və Erməni daşnaqlarının əlinə düşür və urmuda qanlı və faciəli soyqırımıa yol açılır.
Şəhərdə ağır savaşlar gedən zaman Urmunun bəkişli mahalından 200 nəfər silahlı Azərbaycanlı şəhər əhalisinə yardıma gəlir, lakin yolda şəhər başçı və rəhbərlərinin utandırıcı halda ağ bayraqlarla barış üçün düşmanın ayağına getdiklərini eşiddikdə yoldan qayıdıb və Osmanlı torpaqlarına getməyə məcbur qalırlar.
Soyqırıma yol açan neçə günlük savaşdan sonra Erməni-Asuri cinayətkarları şəhər və çevrədəki bütün kendlərin tamamən kontrolunu öz əllərinə aldıqdan sonra Azərbaycanlılara elə divan tuturlar ki, qələm onu yazmağa aciz qalır.
Onlar evləri talayıb qarət edərək, hər gün yüzlərcə insanı rəhmsizcəsinə öldürüb, qız və qadınlarımıza həyasızcasına təcavüz edib, evlərini yandırırlar. Günlər bir-birinin ardından belə acınacaqlı və dəhşətli keçdikdə, müstəmləkəçi Rus, İngilis, Amerika, Fransa və başqa qərb Dövlətlərinin dəstəyilə onlar əllərindən gələn cinayət və vəhşiliklərdən əsirgəmirlər. 16 mart 1918-ci il (25 İsfənd 1296) Erməni-Asurilərin başçısı və dini rəhbərləri olan Benyamin Marşimon 140 nəfərlik seçilmiş öz silahlı atlı dəstəsilə birlikdə Güney Azərbaycanın Türkiyə sərhəddində yaşayan Kürd əşirətinin ağası və sonrakı Urmu , Salmas, Xoy əhalisinin qatili habelə Rus, İngilis və Amerikanın nökəri və oyuncağı olan qəddar İsmayıl-ağa Simitqo ilə birləşmək fikirilə, Güney Azərbaycanın özəlliklə Qərbi- Azərbaycanın gələcəyi haqqında bəzi danışıqlar üçün Salmas şəhərinin qərbində yerləşən Köhnə şəhərə gedir və danışıqlardan sonra onun əmrilə Marşimon və bütün atlıları bir iki kişi istisna olmaqla hamısı öldürülür. İsmayıl ağanın bu çətin və ağır vəziyyətdə belə bir axmaq hərəkət etməsindən bəli olur ki, onun bu işi əslində tam düşünülmüş və qəsdən Azərbaycan Türk Millətinə qarşı planlaşdırılmışdır, çünki bu əməlilə Simitqo bir oxla iki nişan vurmuş olurdu. Birinci Erməni-Asurilərin başçısı və dini rəhbərini öldürməklə böyük bir rəqibini aradan aparıb, rəqibsız qalır, İkincisi onların əlilə Azərbaycan Türklərini öz doğma torpaqlarında öldürüb və qaçqın salırdı.
Beləliklə gələcəkdə onun rəhbərliyində Urmu və Salmas vilayətlərində tam azlıqda olan və əşirə-qəbilə şəkılində yaşayan Kürdlər, Azərbaycan Tüklərini öz doğma yurdlarından qaçqın salıb və güney Azərbaycanın başqa bölgələrində yaşayan Kürd əşirətlərilə birlikdə bu bölgələrin ixtıyarını öz əllərinə alıb, bir Kürd Dövlətinin yaratmasına nail olacaqlar. İsmayıl-ağanın planlarının çoxu tam onun istədiyi kimi həyata keçdi , Erməni və Asurilər bu qətlin intiqamını Urmu, Salmas və Köhnəşəhərdəki Azərbaycan Türklərindən aldılar. Təkcə bu cinayət 45 min nəfər Azərbaycan Türkünün ölümünə səbəb olur.
Marşimonun öldürdüyü günün axşamı 16 mart (25 ısfənd) Erməni-Asurilər Köhnə-şəhərə hücum edib, öz rəhbərlərinın meyidini alıb, yolda rast gəldikləri adamları öldürmüş və bir gündən sonra onlar ağır və yüngül silahlarla şəhrə hücum edib, lakin şəhər əhalisinin qəhramancasına müqviməti nəticəsində, onlar ancaq neçə gün ağir savaşdan sonra şəhrin bir hissəsini ələ keçirə bilirlər.
Şəhər əhlisinə heç bir yandan yardım gəlmədiyinə görə müqavimət mümkün olmamış, nəticədə çoxlari şəhərdən Salmas , Xoya və başqa yerlərə qaçmağa məcbur olmuş, lakin əhalinin böyük hissəsinin qaçmağa imkanı olmadığı üzündən minlər nəfər, qadın, uşaq, qoca istisnasız onlar tərəfindən qəddarcasına soyqırıma məruz qalmışdır. Bu hadisədən bir gün sonra, yəni Köhnəşəhərdə soyqırım gedən gün, ölüm qorxusu və iztirab geçirən Urmu əhalisi o qədər yaralı və ölüdən sonra ilin axır çərşənbəsi 17 Mart 1918-ci il (26 İsfənd 1296) olmasına baxmıyaraq, acılar içində hər nədən xəbərsiz öz fəlakət və kədərlərilə qalmışdır.
Urmunun bu qanlı qadalı günlərindən tam 33 gün keçirdi, xəbər sürətlə Marşimonun neçə nəfər sağ qalan atlılarının vasitəsiylə Urmuya çatır.
Erməni və Asurilər öz rəhbərlərinin öldürülməsinin intiqamini Kürdlərdən deyil, Azərbaycan Türklərindən almaq qərarı vermişlər. Onların rəhbərləri 12 saat ərzində Urmu əhalisinin qətlamına fərman vermişlər və bu qətlam axır çərşənbə axşamından başlıyaraq (17 Mart 1918-ci il) (26 isfənd 1296) ta çərşənbə gününə qədər (18 Mart 1918) yəni 24 saat dəvam edir və bütün səhərdə evləri yandırıb Azərbaycalıları öldürüb qadın və qızlara təcavü edib, əllərindən gələni əsirgəmirlər. Bu gün Urmuda qətl-qarət və təcavüz adı bir mənzərə-idi. Marağlı burasıdır ki Erməni və Asurilər bu gün, Urmu əhalisinin evlərini qarət və talan etmək üçün öz qadın və ayilə üzvülərinidə özlərikə gətirmişlər və onlar yandırılan evlərin əşyalarını öylərilə daşıyırdılar.
18 Mart 1918 ilin çarşənbə günü Azərbaycan tarixində tayı görünməmiş bu vəhşi soyqırımı nəticəsində yalniz bir gün ərzində Urmu şəhrində 12-15 min Azərbaycanlı Türklərindən ibarət uşaq, gənc, qoca və qadınlar insanlığa yaraşmayan bir vəziyyətdə tam vəşicəsinə öldürülmüşlər. Onlar kimsəyə rəhm etməmişlər.
Günahsiz və çarəsiz Ayərbaycanlılar özəllikə qadınlar, düşmənin əlinə düşməsin deyə , özlərini evlərinin damlarından, pəncərələrindən aşağı atıb, çox acınacaqlı vəziyyətdə həlak olurlar, sağ qalanlar, yaralanlar isə o vəhşi canavarların güllələrinə tuş gələrək öldürülmüşlər!o acınacaqlı və fəlakətli günlərin şahidi olan Rəhmət ollah Tofiq, Rəhmətollah xan Mötəməd olvozəra, Əli Dehqan, Məhəmməd Təməddün və başqalarının yazdıqlarına görə bu gün gərçəkdən məhşər gününü xatırladırdı. Onların yazdıqlarına görə bütün şəhərdə çarəsiz insanlar birlikdə ağlayır, haray çəkir, ah və nalə edirlər. Belə bir qorxulu və dəhşətli mənzərə ancaq və ancaq qiyamət günündə ola bılərmış. çox maraqlısı burdadır ki, şəhərdə belə bir dəhşətli kütləvi qətlam və qırğının getdiyi zaman və 50 min şəhər əhalisinin harayı göylərə qalxdığı bir vəziyyətdə, Rus, Amerika, Fransə, İngiltərə konsul və dini misiyonerlərinin təmsilçıləri tam laqeydiklə bu vəhşilıyə və ağla sığılmayan cinayətlərə nə inki tamaşaçı olurlar bəlkə Onları bu cinayətlərində dahada qızışdırıb, qışqırtmışlar və Azərbaycan Türklərinin bu bölgələrdə təmamən məhv olmasını öncədən palnlaşdırmışlar.
Bu cinayətlər haqqında Nəcəfqulu Pesyan belə yazır" atam o vaxt Urmu şəhərinin tanımmış və hörmtli əyanlarından olaraq Amerikanın dini misiyonunun rəhbəri və sonraki Amerika Dövlətinin Urmudaki konsulu Vilyam Şedilə şəhərdə qətlam getdiyi vaxt onunla görüşə gedir və öz etirazını ifa edərək, günahsiz cəmaətin qətlamının qarşısının alınmasını istəyir, :tam soyuq qanlı və etinasızlıqla irənc şəkildə deyir" qoyun siqaretimi rahatcasına cəkim qurtarım sonra danışarıq!"
Bu qədər etinasızlıq dözülməziydi. . . . və təəccübli burasıdır ki, Papanın təmsilçisi olan Emil Sontaq bu qətlamın qarşısını aldığı zaman, Vilyam Şed ona qarşı çıxaraq deyir ki"Urmu və Salmas əhalisinin məhv edilməsilə Asurilər həmişəlik didərginlikdən qurtarıb və bu bölgəni özlərinə vətən edə biləcəklər" (bax Nəcəfqulu Pesyan və Xosro Mötəyəd- Əz Səvad kuh ta Johans burg səfə 189) .
Urmu çevrəsində olan sayisiz kəndlərin yalnız bir neçəsinin möhkəm qalaya malik olması və Urmu şəhəri kimi kəndlərdədə silahların tamamilə Rus, Erməni və Asurilərin əlilə əhalidan alınması üzündən, kəndlərimiyin çoxunda güclü müqavimət ola bilmirdi, çünki düşmən o çağın ən gözəl və modern silahlarına malik idi.
Elbəttə belə bir qəddar ordu qarşısında və umudnu hər yandan kəsən yardımsız, əli yalın kəndlilrimiz necə müqavimət göstərə bilərdilər ki?!Bu üzdən kəndlərimiz qeyd olunduğu kimi elə 1916-17-ci illərdən bəri talanmış günahsız əhalisidə qətlama məruz qalmış və sağ qalanlar öz evlərindən qaçmağa məcbur edilmişlər.
Urmu çevrəsindəki nisbətən möhkəm qaliya malik olan yaxud istratejik mövqələrinə görə bir neçə kənd müqavimət mərkəzlərinə çevırilmiş və ətraf kəndlərin sağ qalan əhalisi və bəzi silahlı döyüşçülərdə bu kəndlərə qaçmışdılar. müqavimət göstərən kəndlərin başında Ənzəl mahalının mərkəzi olan Quşçu kəndi dayanırdı.
Əhməd Urmuoğlu azadtribun
|