GAİP XƏBƏR :İran adlanan ölkədə, daşlanaraq ölüm cəzasına məhkum edilən təbrizli Türk qadın Səkinə Məhəmmədi Aştiyaninin oğulu, anasını yalnız beynəlxalq səfərbərliyin qurtara biləcəyini dedi.
GAİP XƏBƏR :İranın Ali Məhkəməsi zinada ittiham olunan Urmiyəli Vəli Canfişani və Sariyə İbadi haqqındakı daşqalaq hökmünü təstiqləyib. Məhkəmənin qərarı Səkinə Məhəmmədi Aştinai haqqında icrası dayandırılmış hökmə beynəlxalq reaksiyaların davam etdiyi bir zamana təsadüf edir.
GAİP XƏBƏR : Britaniyanın keçmiş baş naziri Toni Bleyer çoxdan gözlənilən xatirələrini dərc etdirib. Onun xatirələrində İraqa hərbi müdaxilə və İraq müharibəsi geniş yer tutur.
GAIP XƏBƏR:İran diylən hökümətə qarşı sanksiya tətbiq edən ölkələrin siyahisi getdikcə artmaqdadır. Artıq Yaponiya hökuməti İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq etməyə qərar verib.