1990 ilin 20 yanvar faciəsinin 18 – ci ildönümü ilə bağlı
Güney Azərbaycan İstiqlal Partiyasının
B Ə Y A NA T I

Azərbaycan türkünün azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsi  cinayətkar rus imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan millətimizin mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Azərbaycan türkünün milli azadlıq hərəkatına qarşı çıxan rus imperiyasına   dinc yolla  öz  etirazlarını bildirən insanların  rus qoşunları  tərəfindən güllə-baran edilməsi  Azərbaycanda günahsız insanların qətli ilə nəticələnən qanlı faciəyə yol açdı. Həmin gecə  öz ölkəsinin, millətinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan  türkünün qəhrəmanlıq  tarixinin qanla yazılmış şərəfli  səhifəsi  olan 20 yanvar  günündən 18 il keçsə də,  bu gün də milli azadlıq sevdalılarının göstərdiyi qəhrəmanlıq  dünyada  yaşayan  Azərbaycan türkləri  tərəfindən yüksək  səviyyədə  hörmətlə yad  edilir.                                                                                                    Bu münasibətlə Güney Azərbaycan İstiqlal Partiyası dünya azərbaycanlılarına baş saglığı verir, millətimizi  qəhrəmanlıq tariximizdən dərs alaraq, hələ də düşmən işğalı altında olan torpaqlarımızın tezliklə azad edilməsi yolunda səfərbərliyə çağırır. 

 

                                                      Güney Azərbaycan İstiqlal Partiyası     

                                                                                           19. 01. 2008