AZƏRBAYCAN GÖZUN AYDIN :

 

AMAT Yaranışıni gaip xəbər sitəsinin məsullari olaraq qəhrəman Azərbaycan millətinə təbrik edirik

 

 


Azerbaycan milli azadliq teskilatinin
qurulmasi haqqinda
BILDIRI

 

 

Deyerli soydaslar, eziz hemvetenler!

 

 

Ikiqutblu dunya duzeninin dagilmasi ve Sovetler Birliyi adli Rusiya imperiyasinin cökmesi butun dunyada esir milletlerin milli qurtulus mubarizesinde oldugu kimi, derin tarixi köklere dayanan Azerbaycan milli herekatinda da  yeni bir merhelenin baslangici olmusdur. Azerbaycanin quzeyinde milli azadliq herekati sonucu musteqil Azerbaycan hedefinin gerceklesmesi ve itirilmis dövlet musteqilliyinin yeniden berpa edilmesi Azerbaycanin guneyinde davam eden bu prosesi daha da suretlendirmisdir.

 

Tarixde oldugu kimi, indi de Azerbaycan geosiyasi ve geostrateji özellikleri baximindan ister qlobal, isterse de bölgesel siyasetler ucun cox ciddi bir önem dasimaqdadir. Avropa ile Asiyanin qovsaginda yerlesib hem Asiya, hem de Avropa kulturunu özunde birlesdiren, Kicik Asiyani Orta Asiya ile qovusduran ve Turk dunyasinin qizil körpusu sayilan Azerbaycan elverisli mövqeyine, zengin tebii servetlerine, böyuk imkanlarina ve s. baxmayaraq, hele de fars sovinizminin pencesinde, hele de ister qlobal, isterse de bölgesel siyasetler ucun passiv bir obyekt durumundadir.

 

Subhesiz, bu durum serefli bir kecmise sahib olan  qururlu bir millet-Azerbaycan turku ucun dözulmez tehqirden basqa bir sey deyildir. Uca milletimiz bu tehqire layiq olmadigini cagdas Azerbaycan milli herekati siralarinda birleserek, butun potensialini bu herekatin hedeflerinin gerceklesmesine yönelderek, dosta ve dusmene aciqca göstermisdir.

 

Gunumuzde Azerbaycanin guneyinde BMT qerarlari ve beynelxalq huquq normalarina uygun olaraq davam eden musteqil Azerbaycan ugrunda mubarizenin milli-medeni mustevide böyuk nailiyyetler elde ederek ugurla basa catmasi cagdas Azerbaycan milli herekatinin milli-siyasi musteviye  sarsilmaz ideoloji temellere dayanaraq addim atmasini saglamisdir. On iller boyu feal insanlarimizin coxu öz ömrunu milli olmayan yanlis yollarda curutdu, gah rus qaynaqli ideolojilere uz tutub milletden yox, siniflarden danisdi, gah dinci olub ummet nagilini bayraq eledi, gah farsdan cox farsciliq yapdi ve fars sovinizminin babasi Firdovsiden artiq iranci olub turk milli varligina heqaretle baxdi. Indi ise Azerbaycan turku ayaga qalxib öz milli haqqini istemekde ve tek dogru yol olan milli yolla musteqil Azerbaycan hedefine dogru irelilemekdedir.

 

Bele bir seraitde, Azərbaycanın güneyində müstəqillik hədəfinə yönəlik qutsal mübarizənin qalib gəlməsi üçün millətimizin bu hədəf doğrultusunda milli-siyasi təşkilatlanması vacib şərtlərdən biri kimi getdikcə daha çox önəm qazanmaqdadır. Hər hansı bir cild altında gizlənir-gizlənsin, fars şovinizminin bütün təzahür formalarına qarşı duracaq və yalnız Azərbaycan türklüyünün milli mənafeyini əsas alacaq bu milli-siyasi təşkilatlanma ehtiyacı günümüzün ən zəruri bir ehtiyacı kimi qabarmaqdadır. Azərbaycan türklüyünün milli-siyasi təşkilatlanma zərurəti zərbəni eyni nöqtələrə yönəldəcək ayrı-ayrı milli-siyasi təşkilatların, milli hədəfli qurumların yaranmasını gərəkdirir.

 

Məhz bu milli-siyasi təşkilatlanma zərurətindən irəli gələrək və Azərbaycanın milli-siyasi təşkilat qurumlarından biri olaraq biz milli demokratik mahiyyətli Azərbaycan Milli Azadliq Təşkilatinı ( qısaca: AMAT ) yaradır və bildiririk ki, Azərbaycanın güneyinin qurtulusu ve azadligi uğrunda mübarizə aparan bütün qurumlarla əməkdaşlığa, işbirliyinə hazırıq.

 

AZERBAYCAN MILLI AZADLIQ TESKILATI (AMAT)

25.12.2007