Kanada 2012-ci ildə İrana qarşı yeni sanksiyalar tətbiq edib
- Ətraflı
- Nümayiş olunub 02.02.2012 14:53
GAİP XƏBƏR: 2012-ci il fevralın 1-də Kanadanın xarici işlər naziri Con Beird mətbuata yazılı açıqlamasında bildirib ki Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Con Beird Kanadanın İranın mübahisəli nüvə proqramı ilə bağlı narahatlığının artdığını və ona görə də bu ölkəyə yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb: "İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) və İranın Mərkəzi Bankına bağlı olan beş şirkətə və 3 fiziki şəxsə - Əli Əşrəf Nuri (“Sepah” komandanının müavini), molla Əli Səidi (İranın ali dini lideri, molla Seyid Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi) və Əmirəli Hacızadəyə (“Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı) - sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan şirkətlər və şəxslərin Kanadada olan əmlakı və bank hesabları dondurulub".
O, əlavə edib ki, İran nüvə silahı əldə etməyə çalışır və bu, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olur: İran bölgədə və dünyada sülhü təhlükəyə atır. Ona görə də Kanada İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək.
bununla Kanada İranla bağlı olan və sanksiya tətbiq etdiyi hüquqi və fiziki şəxslərin sayı 52 nəfərə çatıb.
Axtar
BAŞKƏND
Tabriz
13 °C | |
Çağrişlar

son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
































