Hüseyn Rövnəqi Məlikidən televiziyona yalançı etiraf verməsi tələb olunur

 

GAİP XƏBƏR: Azərbaycanin Güneyindən olan blogger Hüseyn Rövnəqi Məliki (Babək xorəmdin)yalançı etiraflar verməsi üçün təzyiq altındadır.

Bu barədə onun atası Əhməd Rövnəqi Məliki məlumat verib. Onun sözlərinə görə, oğlunu yoldaşlarını əleyhinə televiziyaya müsahibə vermək üçün həbsxanaya köçürülüb: «»Ettelaat» əməkdaşları oğluma deyiblər ki, azadlığa çıxmaq istəyirsənsə, televiziyaya yalançı etiraf verməlisən. Ancaq Hüseyn bundan imtina edib, ona görə də yenidən Tehranın Evin həbsxanasının 350 saylı kamerasına qaytarılıb». Əhməd Rövnəqi Məliki oğlunun səhhətində ciddi problemlər yarandığını əsas gətirərək İran hökumətindən onun azadlığa buraxılmasını tələb edib. Qeyd edək ki, Tehran İnqilab Məhkəməsi «Babək Xürrəmdin» ləqəbilə tanınan azərbaycanlı blogger Hüseyn Rövnəqi Məlikini 15 il müddətinə azadlıqdan məhrum edib. Soydaşımız ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilinib. Apellyasiya Məhkəməsi də azərbaycanlı blogger barəsində aşağı instansiya məhkəməsinin çıxardığı 15 illik həbs qərarını qüvvədə saxlayıb. Hüseyn Rövnəqi Məliki həm də tələbədir və öz vebloqunda yazılarını «Babək Xürrəmdin» təxəllüsüylə yazırdı. Azərbaycanlı blogger 2009-cu il dekabrın 13-də Mələkan şəhərində tutulub və «Sepah»ın təkadamlıq kamerasına aparılıb. O, saxlanıldığı müddətdə televiziyaya çıxaraq yalançı etiraf etsin deyə ağır psixi və fiziki işgəncələrə məruz qalıb. Bu günlərdə Hüseyn Rövnəqi Məliki üçüncü dəfə böyrək əməliyyatı keçirib.

İbrahim Dəşti və Əli Pakbaz həsb olunub.Turqut

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

BAŞKƏND

Weather data OK.
Tabriz
13 °C
Weather details

g mani

Çağrişlar

lider

TV&RADIO

 bozqurd 

GAIP Həftəlik FLAŞ XƏBƏR

GAIP iCTİMAİ ŞƏBƏKƏLƏRDƏ

twitter

FNFSD- جبهه ملل برای حق تعیین سرنوشت