"Bipartisan Policy Center": Amerika İrana qarşı hərbi əməliyyatlara hazırlanmalıdır
- Ətraflı
- Nümayiş olunub 03.02.2012 14:59
GAİP XƏBƏR: ABŞ-ın nüfuzlu “Bipartisan Policy Center” təşkilatı İranla bağlı təkliflər paketi hazırlayıb.
APA-nın verdiyi bilgiyə görə, sənəddə rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi və hərbi əməliyyatlara hazırlıq görülməsi təklif olunur. ABŞ prezidenti Barak Obamaya ünvanlanmış hesabatda rəsmi Vaşinqtondan İran ərazisində kəşfiyyat-təxribat xarakterli fəaliyyətini gücləndirmək, Fars körfəzinə əlavə hərbi gəmilər göndərmək, müttəfiqləri ilə irimiqyaslı hərbi təlimlər keçirmək tövsiyə olunur. Sənəddə qeyd olunur ki, ABŞ İrana ultimatum verməlidir: “Ya Tehran özü könüllü şəkildə nüvə proqramından imtina etməli, ya da hərbi yolla buna məcbur edilməlidir”.
Qeyd edək ki, “Bipartisan Policy Center” təşkilatında istefada olan hərbçilər, kəşfiyyatçılar və siyasətçilər təmsil olunurlar.
Axtar
BAŞKƏND
Tabriz
13 °C | |
Çağrişlar

son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
































