Ketrin Eşton: İran neftinə dair sanksiyalar xüsusi əhəmiyyətə malikdir
- Ətraflı
- Nümayiş olunub 03.02.2012 15:44
GAİP XƏBƏR: Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton Brüsseldə Avropa Parlamentinin sessiyasında İrana növbəti dəfə çağırış edib.
Avropa Birliyinin yanvarın 23-də İran neftinə embarqo qoymaq haqqında qərarı haqqında danışan Ketrin Eşton həmçinin qeyd edib ki, Avropa Birliyinin İranın nüvə proqramına qarşı sanksiyalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, İran öz öhdəliklərini yerinə yetirməməyə davam edir, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etmir və nüvə proqramının genişləndirilməsini sürətləndirir.
"İran neftinə dair sanksiyalar xüsusi əhəmiyyətə malikdir, çünki onlar İran hökumətinin neft gəlirlərinə öz təsirini göstərəcək. Neft ixracatı İranın ixracatının 80 faizini, hökumət gəlirlərinin isə 70 faizini təşkil edir. Avropa Birliyinin idxalı isə 20 faizdir, bundan gələn gəlirlər kəsiləcək. Biz hökumətinə təzyiqləri artırırıq, lakin mümkün olduğu qədər bunun İran xalqına mənfi təsir göstərməsinə yol verməməyə çalışırıq" - AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı belə deyib.
Xanım Eşton həmçinin bildirib ki, Avropa Birliyi mümkün qədər çox ölkəni İran neftinin idxalına dair analoji addımları atmağa razı salmaq niyyətindədir.
Xatırladaq ki, İranı öz nüvə proqramını dayandırmağa məcbur etmək məqsədilə Avropa Birliyi iyulun 1-dən İran neftinin idxalını tamamilə dayandıracaq. Artıq yanvarın 23-dən təşkilata üzv ölkələrin Tehranla hər hansı neft müqaviləsi bağlamalarına qadağa qoyulub.ansprees
Axtar
BAŞKƏND
Tabriz
13 °C | |
Çağrişlar

son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
































