Suriyada kütləvi qırqın, 217 nəfər ölüb, 600-dən artıq adam yaralanıb
- Ətraflı
- Nümayiş olunub 04.02.2012 12:20
GAİP XƏBƏR: Suriya ordusu Xoms şəhərində kütləvi qırğın törədib, ordu birləşmələrinin dinc kütləyə topxanadan atəş açması nəticəsində ən azı 217 nəfər ölüb, 600 nəfər yaralanıb.
Suriyanın “Syrian Observatory for Human Rights” hüquq-mühafizə təşkilatının məlumatına görə, dünən Suriyanın Xama şəhərində hökumət əleyhinə üsyanın yatırılmasının 30 ili tamam olub. Üsyanın yatırılması nəticəsində on minlərlə dinc sakin öldürülüb. Bu tarixi hadisənin ildönümü ilə əlaqədar Suriyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib. Aksiyalar hökumət qoşunları ilə nümayişçilər arasında toqquşmalarla yekunlaşıb.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı aksiyalar 11 aydır davam edir. Bu müddət ərzində 6 mindən artıq dinc sakin və silahlı üsyançı, mindən artıq təhlükəsizlik xidməti əməkdaşı öldürülüb.
Axtar
BAŞKƏND
Tabriz
13 °C | |
Çağrişlar

son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
































