İran nə zaman vurulacaq

GAİP XƏBƏR: İranın nə vaxt vurulacağı məsələsi günümüzün əsas siyasi tapmacalarındandır.

 

10 ildən artıqdır ki, İslam Cümhuriyyətina qarşı bu və ya başqa şəkildə hərbi əməliyyatlara başlanılıcağı haqda mülahizələr yürüdülməkdədir.

Dünən Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Leon Panetta İsrailin İrana hücum edəcəyi ehtimalından ehtiyatlandığını deyib.

Teleqraf.az «İTAR-TASS»-a istinadən xəbər verir ki, Pentaqonun başçısı Brüsselə səfəri zamanı deyib: «İsrail belə bir seçənəyi nəzərdən keçirdiyini, biz isə ehtiyatlandığımızı bildirdik».

«Vaşinqton Post» qəzetinin məlumatına əsasən, Pentaqon İsrailin gərəkən qərar qəbul etməsinə özü şərait yaradır və «çox böyük ehtimalla bu ilin aprelində İsrail İrana həmlə edəcək». Nazir isə bu məlumatı şəhrdən imtina edib.

İsrailin müdafiə naziri Ehud Barak isə beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib ki, əgər sanksiyalar səmərə verməzsə, o halda İrana qarşı hərbi əməliyyatlara başlamaq məsələsini nəzərdən keçirəcəklər.

«Beynəlxalq ictimaiyyət əmindir ki, İranın nüvə proqramını dayandırmaq lazımdır. Bunun üçün də bütün variantlar massa üzərindədir. Əgər sanksiyalar İranın atom proqramını dayandırmazsa, o zaman bu aksiyanın keçirilməsinə baxılmalıdır»-deyə, yəhudi nazir deyib.

 

İsrail baş nazirin strateji məsələlər üzrə  müavini Moşe Yalon da oxşar çıxış edib: «İranın nüvə obyektlərinə zərbə endirmək mümkündür. Biz insanlar tərəfindən yaradılmış bütün sədlər və maneləri keçə bilərik.Qərbin İrana hücum etmək imkanları var. Ancaq Tehran hələ də onları bu yöndə qərarlı olacağını əmin deyil. Odur ki, məsələni əlişi etməkdədir».

 

İsrail hərbi kəşfiyyatının başçısı Əviv Koxavi isə İranın 4 ton zənginləşdirilmiş materiala və  20 faiz zənginləşdirilmiş 100 kq urana  malik, bununsa 4 atom bombasına yetərli olduğunu bildirib.

 

Bu çıxışların nə dərəcədə gerçəkləşəcəyini yalnız ehtimal etmək olar. Çünki hələ 2004-cü ilin aprelində də İranın nüvə obyektlərinə nöqtəvi zərbələrin endiriləcəyi haqda rəsmi və qeyri-rəsmi şəxslər bəyanatlar verirdi. Ancaq bu tarixin üstündən 8 il ötüb.

 

Orta Şərqdəki qarışıqlıq, Avropada maliyyə -iqtisadi böhran şəraitində İrana qarşı hərbi əməliyyatların başlayacağı o dərəcədə inandırıcı görünmür.Əvvəla Avropa Birliyi İran neftindən imtina aksiyasının iyuldan sonra başlayacaq. Bu həm də Tehran hakimiyyətinə 6 aylıq möhlətdir. İsrail və Amerika Birləşmiş Ştatları isə Avropadakı müttəfiqləri iştirak etmədən belə bir aksiyaya çətin başlasınlar.  

 

İrana qarşı hərbi əməliyyatların başlayacağı etimahlını təsdiqləyən amillərdə az deyil. Son aylar ABŞ, Britaniya və Fransanın  Kəngər körfəzinə əlavə hərbi qüvvə və texnika yeritməsi, bölgədə hərbi manevrlərə hazırlığın başlaycağı bu mülahizələrə təsdiqləyir. Bundan başqa Orta Şərqdə ötən ilki dəyişikliklərdən sonra hələ qarışlıqlığın davam tetməsin də Tehran hakimiyyətinin rolu da istisna edilmir. Bu baxımdan bölgədə qarışıqlıq yaradacaq qüvvələrdən başlıcasını sıradan çıxarmaqla Afrikanın Şimalında müəyyən sabitliyə nail olmaq istəyini də gərək nəzərdən qaçırmayaq.

Bütün bu sadalananlara və sadalanmayan amillərə baxmayaraq, İranın azından 6 ay möhləti var. Bu il həm də ABŞ-da prezident seçkisi keçiriləcək. Onda vəziyyət daha da aydınlaşar. Deməli, bu möhlətə daha 6 ay da əlavə edilə bilər. Rəsmilərin bəyanatlarına gəlincə. Onlar bu sayaq çıxışları ilə həm də beynəlxalq ictimaiyyətin rəyini nə vaxtsa başlayacaq hərbi əməliyyatlara hazırlayırlar.Odur ki, indiki şəraidə İranın danışıqlara başlaması və iddialarından əl çəkməsi üçün bir ilə yaxın müdəti var. Rəsmi Tehran bunu dəyərləndirsə, o zaman bölgə yeni  savaş ocağından qurtular. İslam Cümhuriyyətinin  rəhbərliyi hikkə və iddaisından vaz keçəcəkmi? Hər halda baş verənlər göstərir ki, keçsə daha yaxşı olar...

 

Sədrəddin Soltan

 

 

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

BAŞKƏND

Weather data OK.
Tabriz
13 °C
Weather details

g mani

Çağrişlar

lider

TV&RADIO

 bozqurd 

GAIP Həftəlik FLAŞ XƏBƏR

GAIP iCTİMAİ ŞƏBƏKƏLƏRDƏ

twitter

FNFSD- جبهه ملل برای حق تعیین سرنوشت