İsrail qondarma erməni soyqırımının tanınmasına qarşı çıxıb

 

GAİP XƏBƏR: Aviqdor Liberman: “Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq”.


İsrailin xarici işlər naziri Aviqdor Liberman qondarma “erməni soyqırımı”nın tanınmasına qarşı çıxıb. “İzrus” saytı verdiyi bilgiyə görə, Aviqdor Liberman bu fikirlərini kanallardan birinə açıqlamasında ifadə edib. 

“İsrail yarandığı gündən Holokast termininin digər müharibə və faciəyə tətbiq olunmasına qarşı çıxır. Hesab edirik ki, yəhudi xalqının İkinci Dünya Müharibəsi dövründə yaşadıqları heç kimin faciəsi ilə müqayisə oluna bilməz. Afrika, Asiya, Balkan bölgəsində digər münaqişələri və vəhşicəsinə qətlləri terminologiya metodu ilə növbəti Holokast kimi təqdim etmək qəbul oluna bilməz. Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq. Fransadan başqa heç bir ölkə qanuni olaraq erməni soyqırımını qəbul etməyib. Biz bu sürəcə müdaxilə etməyə hazırlaşmırıq. Bu gün tarixi hadisələr siyasi mübahisəyə çevrilib. Buna görə də hesab edirəm ki, İsrail bu problemə qarışmamalıdır”. 

Xatırladaq ki, ötən ilin dekabrında qondarma “erməni soyqrımı” məsələsi Knessetin təhsil və mədəniyyət komissiyasında müzakirə olunub. İsrail XİN-in nümayəndəsi komissiyadakı müzakirələrdə qondarma “erməni soyqrımı”nın tanınmasına qarşı çıxıb.
 

 

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

BAŞKƏND

Weather data OK.
Tabriz
13 °C
Weather details

g mani

Çağrişlar

lider

TV&RADIO

 bozqurd 

GAIP Həftəlik FLAŞ XƏBƏR

GAIP iCTİMAİ ŞƏBƏKƏLƏRDƏ

twitter

FNFSD- جبهه ملل برای حق تعیین سرنوشت