ABŞ Rəsmi olaraq iranin vurlma tarixini açıqladı

suyun-icindeki-askerGAİP XƏBƏR ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin İrana zərbələr endirəcəyi tarixi açıqlayıb. Pentaqon rəhbəri hesab edir ki, İsrail İrana ilk zərbələri aprel-iyun aylarında endirə bilər.

Bu haqda "The Washington Post" qəzeti yazır. Nazir İsrailin İrana zərbə endirmək ehtimalını yüksək qiymətləndirir: "İsrail tərəfi İranın bomba hazırlamaq üçün yeraltı laboratoriyalarda kifayət qədər uran ehtiyatı toplamasından ehtiyatlanır. Belədirsə, Tehrana zərbələr qaçılmaz olacaq və İsraili bu addımdan yalnız ABŞ çəkindirə bilər. Bununla belə, İsrailin baş naziri netanyahu hesab edir ki, ölkəsinin taleyi ABŞ-dan asılı olmamalıdır".

"The Washington Post" yazır ki, Panetta və prezident Obama hərbi əməliyyatlara qarşı çıxırlar: "Vaşinqton hesab edir ki, Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar artıq bəhrəsini verməkdədir. Lakin Ağ Ev İsrail İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə hansı addımlar atacağını müəyyənləşdirməyib. ABŞ hələ İranın bu situasiyada hansı reaksiya verəcəyini hesablayır. Ehtimal olunur ki, bu halda İran regionda yerləşən ABŞ hərbi bazalarına zərbə endirə, Hörmüz boğazını bağlaya bilər. ABŞ artıq boğazın bağlanmasına imkan verməyəcəyini bəyan edib. Vaşinqton həmçinin bu münaqişənin dünya iqtisadiyyatına təsirini, neftin qiymətinin sürətlə bahalaşa biləcəyini nəzərə alır".

Məsələyə münasibət bildirən "Xəzər" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə hücumun tarixinin açıqlanmasını İrana psixoloji təsir kimi qiymətləndirir: "İnanmıram ki, İsrail İrana zərbə endirəcəyi ilə bağlı bir gün əvvəl məlumat versin. Belə olan halda İranın bütün imkanları tuşlanacaq İsrailə. Bir tərəfdən də "Hizbullah" Liviyanın sərhədindən hücuma hazırlaşacaq. Bu baxımdan düşünürəm ki, İrana qarşı hansı tarixdə hücum ediləcəyi ilə bağlı deyilənlər o qədər də inandırıcı görünmür". V.Quluzadə müharibə ehtimalı reallaşacağı təqdirdə İranın ABŞ-ın Azərbaycandakı obyektlərini vurmasını real sayır: "Çünki məhv olacağını görən İran ABŞ və İsrailə qarşı bütün mümkün variantlara əl atacaq. Əgər Amerika və İsrail İrana zərbə endirsə, bu, ölüm-dirim müharibəsi olacaq. İran rejimi başa düşəcək ki, məhv olur. Məhv edilən rejim də əli nəyə çatsa, onu vuracaq. Ona görə bunu nəzərə almaq lazımdır".

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə deyir ki, ABŞ İsraili bu addımı atmaqdan çəkindirə bilər: "Yəni bu, istisna olunmur. Bundan əvvəl də açıqlama verildi ki, İsrail bir həftəyə İranı vuracaq. Çünki Buşəhr atom stansiyası işə salınandan sonra oradakı radiasiya ətrafa yayıla bilər. Digər tərəfdən, Obama administrasiyası İsrailin İrana qarşı bu cür hərəkətlərinin əleyhinədir. Düşünürəm ki, Obama hərəkətə keçəcək və İsrailin bu hərəkətinə yol verməyəcək. Amma istənilən halda İsrail İranı vura da bilər. Gözləyək görək nə baş verir".

S.Əkbər də hesab edir ki, İrana zərbə endiriləcəyi təqdirdə ABŞ-ın Azərbaycandakı bəzi obyektləri hədəfə çevriləcək: "Əgər İrana zərbə vurularsa, İran ABŞ-ın yaxınlıqda yerləşən hərbi bazalarına, digər obyektlərinə zərbə vuracaq. O cümlədən Azərbaycandakı siyasi diplomatik korpusdan tutmuş, enerji infrastrukturuna qədər bütün obyektlər potensial hədəflərdir. Azərbaycan da bunu nəzərə almalıdır".

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

BAŞKƏND

Weather data OK.
Tabriz
13 °C
Weather details

g mani

Çağrişlar

lider

TV&RADIO

 bozqurd 

GAIP Həftəlik FLAŞ XƏBƏR

GAIP iCTİMAİ ŞƏBƏKƏLƏRDƏ

twitter

FNFSD- جبهه ملل برای حق تعیین سرنوشت