Əli Əhmədov işğalçı İran rejimini cəvabladı

GAİP XƏBƏR: “İran tərəfindən Azərbaycana qarşı hər hansı təhdidlərin, Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizliyin ifadə olunmasını hər bir azərbaycanlı qətiyyətlə pisləyir”.

Gaip xəbər mərkəzi Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

“Tehran yaxınlığında belə bir konfransın təşkil olunması bütövlükdə mahiyyət etibarilə düzgün deyil. Bu tədbirin iki dövlət arasında qonşuluq münasibətlərinə uyğun gəlmədiyini, münasibətlərə kölgə saldığını, zərbə vurduğunu qeyd etmək istəyirəm. İran və Azərbaycan arasında qonşuluq münasibətləri elə bir səviyyədədir ki, bu ölkələrdən heç biri digərinin daxili işlərinə qarışmaq niyyətində olmamalıdır”, - Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, tədbirdə səsləndirilən bəzi fikrləri, təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar. Bu da yolverilməzdir.

İranın Qum şəhərində İslam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə “Azərbaycan Respublikasında (Cümhuriyyətində) İslami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” adlı konfrans keçirilib. Konfransda Azərbaycan əleyhinə fikirlər səsləndirilib.

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

BAŞKƏND

Weather data OK.
Tabriz
-2 °C
Weather details

lider

son məqalələr

GAIP Həftəlik FLAŞ XƏBƏR

TV

GAIP iCTİMAİ ŞƏBƏKƏLƏRDƏ

twitter

FNFSD- جبهه ملل برای حق تعیین سرنوشت