GAIP : Bizim istiqlal mücadiləmizdə Azərbaycanda hər bir partiya ilə əməkdaşlıq etməyə hazırıq
- Ətraflı
- Nümayiş olunub 16.07.2011 03:59
GAIP XƏBƏR : Bu gün AMİP-in müvəqqəti qərargahında Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Sözçüsü Saleh Yıldırımın Bakıya rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AMİP-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransı giriş sözü ilə açan AMİP mətbuat və təbliğat katibi Əli Orucov mətbuat konfransının mənsub olduğu partiyanın müvəqqəti qərargahında düzənləməsinin təsadüf olmadığını bildirərək, bunu hər iki partiya arasında 2006-ci ildən əsası qoyulmuş müttəfiqliyin etibarlı əsaslara söykəndiyinin daha bir bariz nümunəsi olduğuna işarə kimi qiymətlədndirdi. O, eyni zamanda AMİPlə GAİP-in birgə tədbirlər planlanın işlənilib hazırlanması və hayata keçirilməsi barədə ümumi razılğın əldə olunduğu barədə də media mənsublarını bilgiləndirdi.
“Azərbaycanın bütövlüyünə nail olunmasının və Güney Azərbaycan məsələsinin AMİP-in yürütdüyü siyasi kursunda prioritet məsələ olduğunu” deyən partiyanın baş katibi Arzuxan Əlizadə, qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün siyası qüvvələrlə əməkdaşlığın və əlaqələrin daha da dərinləşməsinin zəruriliyini vurğuladı.
Baş katib, həmçinin, Güney Azərbaycanın istiqlalı uğrunda illərdən bəri mücadilə aparan soydaşlarımıza mənəvi və siyasi dəstəyin verilməsinin önəminli olduğunu da qeyd edərək, problemin beynəlmiləlləşdirilməsi üçün bütün vasitələri məqbul saydı.
GAİP Sözçüsü Saleh Yıldırım öncə Bakıya səfərinin məqsədləri və səfər zamanı keçirdiyi görüşlər barədə, eləcə də, rəhbərlik etdiyi partiya haqqında ətraflı məlumat verdi.
Dünya Azərbaycanlılarının Bakıda düzənlənən növbəti Konfransını yüksək dəyərləndirən S.Yıldırım belə bir mötəbər tədbirdə güneyli soydaşlarımıza söz demək imkanı yaradılmadığından təəssüfünü də gizlətmədiGAİP sədri bildirib ki, bizim mücadiləmiz istiqlal mücadiləsidir və bizim üçün iqtidar-müxalifət anlayışı yoxdur. “Əksinə biz istəyirik ki, hamımızın göz dikdiyi, ümid yeri kimi baxdığımız, güvəndiyimiz müstəqil Azərbaycanımız daha da güclənsin, inkişaf etsin, möhkəmlənsin. Azərbaycanın mövcudluğu bizi daha da mübarizəyə ruhladırır. Eyni zamanda istəyirik ki, İlham Əliyev dünyada yaşayan hər bir Azərbaycan türkünün prezidenti olsun. Biz Güzey Azərbaycanda fəaliyyət göstərən hər bir partiya ilə, hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu istəyirik”
Axtar
BAŞKƏND
Tabriz
-2 °C | |

son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9


































