GAMAC bir atdım irəli və neçə atdım geri-A.Ataxan

Ataxan-gaip xeber76

GAİP XƏBƏR: Gamac 7 və 8 jan 2012 Almanın Köln şəhərində 2-ci qurultayın keçiritdi.

Qurultay gedişində gərginliklər, inciklikler və naraziliklara  baxmiyaraq  sonucda  İstiqlalçilar irançılara birnci qəlbəsin çaldı. Məlumulhal irançıların müxalifətinə baxmıyaraq Müstəqil sözü Azərbaycan dövlətçılığdə əlavə oldu. Bu həmən başda dediyimiz GAMAC-ın iləriyə atdığı atdımdır və bizi sevindirdi. Ama qurultaydan neçə gün sonra qurultayda alınan qərarların yayılması biz təssüf və təcubləndirdi. Bu qərarlar çox diqqət çəkicidir. Çünkü burda GAMAC-ın geri atdımlaması görünür.

 

1- GAMAC-ın siyasi qətnamədə  5 dəfə Cümhuriye islami bir dəfə Hüküməte diktatori Tehran, bir dəfə Hüküməte qurune vostayi, Birdəfə  hüküməte fars, bir dəfə nümayəndəgane fars  və bir dəfədə  həqqe təyine sərneveşt  işlədilibdir. Məhbuslar haqqında verilən qətnamədə 7 dəfə Cümhuriye islami və Urmu Gölü haqqında ki qətnamədə 6 dəfə Cümhuriye islami  yazılıb. Ancaq bir dəfə olsun belə Fars Şovonizmi, İşqalçı fars rejimi, İşqal rejimi, Azərbaycanın İşqal olmasına və Azərbaycanın istiqlalına işarət olunmayıbdır. Yəni ki cümhuriye islami dəyişərsə və yerinə bir demokratik hükumət gəlirsə  GAMAC-ın məsələsi həl olar. Beləliklə GAMAC Amsterdamdan da daha  əvvəlki və rəd olunmuş mubtədi dönəmə qayıdılmışdır. Yeni Maşallah Rəzminin hazırladığı yol xəritəsi ki İrançı mahiyetli olduğu üçün ilk başda rəd edilib və Maşallah Rəzminin rolu olmadan hazırlanan Amsterdam bəyannaməsi nədən geriyə dönüşdür. İndi o dövrədə rəd edilmiş xət GAMAC-ın qətnamələrində yenidən canlanır və buda Amsterdamda alınan qərarlara laqeydlığı və irançılğı sərgiləyir. Maşallahın  yazdığı yol xəritəsinin əsas xət budur ki Azərbaycan hərəkətı iranda dekomrasi hərəkətının bir praçasıdır .” . جنبش ملی آذربایجان مانند سایر جنبش های ملی بخشی از جنبش دموکراسی خواهی در سراسر ایران است و در صحنه بین المللی نیز جنبش های ملی ایران دراردوگاه دموکراسی قرار دارند و بهمین جهت  طرح برنامه کوتاه مدت جنبش ملی آذربایجان الزاما در هماهنگی با جنبش سراسری موجود در ایران و درهم آوائی با اردوگاه دموکراسی درجهان خواهد بود .”Əlbətdə biz müxalifət elədik və onun Azərbaycan milli hərəkətından uzaq və hətta zid olduğunu açıqlayaraq o hətta mübahisə mövzüsündan həzf  edib və Amsterdam anlaşmasını hazırlamağa başladıq və istəklərimiz tamda olmasa bəlli olçüdə Amsterdam anlaşması maddələrin əsasında nisbi formada sərgiləyə bildik.

 

GAMAC-ın siyasi qətnaməsində millətlərin çoxunluq olduqlarını vurqulayaraq Gamac  hakimiyyətə lazımı postları ala bilməməsindən şikayətlənir. yəni ki GAMAC  İran hakimyətindən pay istəyindədir misal ustandar, vəzir ya bu kimi  postlar dalica dir.

 

2- İkinci əsas təssüf ediləcək  məsələ GAMAC-ın ikli siyasətidir. Yəni gamac da iki xət sərgilənir biri İrançılıq ki farsca bəyantlarında   qabarıq formada  özün göstərir. O biridə Azərbaycançılq ki Türkcə bəyantlarda görünür.

 

Yəni Gamac Azərbaycanlılara bir söz deyir farslarisə başqa məssac göndərir. Bu ikili siyasətin bir təşkilat vasitəsilə birləşməsi   o təşkilatın hədəfini bəlirlətə bilmədiyini göstərir. Maşallah Rəzminin  GAMAC qurultayından eyni zamanda Almanın köln şəhərində keçirilməkdə olan Rza Pəhləvinin başçılığıla  iarnçıların  qurltayına uğur arzulamasıda bu ikili siyasətin bir parçasıdır. Maşallah Rəzmi o toplantıya  təbrik  və uğur arzuların göndərərk səmimi dostu Ziya Sədrin onun adından ya onun təmsilçılğı kimi olmasını xatırladıb ki Şuraye Həmbəstəgiye İraniyanda öz payını  saxlamaq  üçün  bir rəsmi məssacdır.

 

 Bu ikili yanışmanı hələ Gamac açıqlamayıb. GAMAC da istiqlaçılarında olması danılmazdır amma bu formada siyasət aparan bir təşkilata istiqlalçı təşkilat demək olarmi?

 

Sorumuz GAMAC da olan istiqlalçi kəsimədir 

bu bəyanatları oxudunuzmu?

Oxudunuzsa etiraz etdinizmi?

Etiraz etdinizsə islah oldumu?

 İslah oldusa bu islah olunmuşudurmu?

Yəni siz bu  sözləri qəbul edirsinizmi?

İslah olmadısa dəlil nədir?

Yox əgər oxumadan yayılmasına razı oldunuzsa belə məsuliyətsiz yanaşmanın mənasi nədir?

 

Sözümüz GAMAC da olan və Qurultayda iştirak edən İstiqlalçılaradır. Niyə səsniz çixmadi?

 

Siz İstiqlalçıların toplantısından və sizin varlığınızdan istifadə edib belə bəyanatlar yayilmasına necə  icazə verdiniz?

 

Və başqa niyələr ki cəvablanmalıdır .

 

Bu ikili yanaşım Azərbaycan milləti və milli fəalarını, zindani və mübarizlərini bilməz, qanmaz sayma kimi təhqirlərə nədən yol verildi?

 

ƏN XOŞ GÖRÜŞLÜ OLSAQ BELƏ! BU İKİLİ SİYASƏT, GAMAC NƏ TƏKCƏ İRANÇILARDAN AYRILAMAYIB BƏLKƏ İRANÇILAR VƏ AZƏRBAYCANÇILARIN EYNİ DƏNGƏDƏ OLDUĞUNU GÖSTƏRIR. YƏNI GAMAC-IN XATIN TƏYİNLƏŞDİRMƏKDƏ İSTIQLAÇILARLA İRANÇILAR ARASINDA YARIŞ GETMƏKDƏDIR, ANCAQ HANSI XƏT  QƏLƏBƏ ÇALACAQ VƏ GAMAC HANSI XƏTTİ APARACAQ BUNUDA GƏLƏCƏK GÖSTƏRƏRCƏKDIR.

Ardi var...

A. Ataxan

GAİP Hollanda

 

 

 

http://www.gunaz.tv/per/37/newsCat/1/newsID/50211.html/inner/1

http://www.gunaz.tv/per/37/newsCat/1/newsID/50212.html/inner/1
http://www.gunaz.tv/per/37/newsCat/1/newsID/50275.html/inner/1  

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

g mani

Çağrişlar

mikrofon 02

s418530 354143627944322 207550295936990 1285132 1458496455 n 1