GAMAC BIR ATDIM IRELI VƏ NEÇƏ ATDIM GERI 2-A.ATAXAN
GAİP :GAMAC qurltayından sonra Günaz tv yayımlarından təbliğat başlamışdir. Belə ki GAMAC hər şeydə birncidir .Birnci təşkilatdir.
Birinci toplantıdır Azərbaycanlıların içində. Birincidir ki siyasi xət ortaya qoyub (əlbəttə ikili siyasətdə birincidir) Bu günəqədər heç bir təşkilat yoxumuş. Hammısı məhvilimiş, diktatormuşlar,7 ildir birnəfəri başa çıxardıb hammısı ona bəli bəli deyirmişlər. Bu diktatorluğa GAMAC qarşıdır və o diktatorlarla mübarizə edəcək. Möcüzə edərək ikili siyasətindən, yəni farslara farsların bəyəndığı dildə, Azərbaycanlılara Azərbaycanlıların sevdiyi dildə danışaraq “şəfafiyətdən”, demokrasıdən, nizamanamədən, Təşkilatçılıqdan danışaraq başqa təşkilatlar üzvlərinə təşkilatlarından nafərmanlığa və üsyana çağırıb, təbliğatları əvvəllərdən daha şəffafca Günaz TV-dən başlamışlar. Həqiqətdə bu məsələdə yəni təşkilatları təxrib etməkda mövqelərin şəffaflandırmışlar. Bu məsələyə çox toxunmayacağam çünkü üzün zamandır bu təxrib dəvam edmiş və nəticə vermədiyi kimi bundan sonrada təsir buraxmıyacağına əminəm.
Günaz TV-iyə hər hansı tənqid və ya təbkini təşkilatımız yasaqlamışdır. Hətta istiqlaçıların səsi TV-dən kəsildiyindədə təşkilatımızın göstərilərinə sayqı göstərib danişmadıq. Amma Günaz TV-nin 12 yanvar proqramında öz təşkilatlarınıza, məsularınıza üsyan edin çağrısını bir çıxış nuqtəsi olaraq qullanıb mənsub olduğum (GAİP)Güney Azərbaycan İstiqlal Partisinin tövsiyəsinə baxmayıb üsyana başladım.
Doğrudur 2 il öncə təşkilatımız bizə sərt xəbərdarlıq verdi ki Günazdan yayılan təblığatlara uyub yaşillara aldanmayın. Yaşilda bizim düşmanımızdır elan etdı ona yaxınlaşanlar xayin olaraq cəzalanacaqdır. Hər kəsin xatirinda oldugu kimi, Arşivlərdədə durduğu kimi Yaşılların qarşısında duran təkcə GAİP və AMAT oldu. Hərçənd ki bu cəsarətin bahası televziyondan proqrəmlarimizin kəsilməsi oldu! Ancaq mənə görə dəyərdı. Mikrofon tapılar hətta olmasada olar ama siyasi heysiyət getdisə geri gəlməz. Hər şeyin bir bədəli var bizdə bədəlin ödədik və yenədə ödəməyə hazırık. Ozaman Güney Azərbaycan İstiqlal Partisi Elan etdi yaşıllardan himayət edənlərin milli hərəkətdə söz haqqı yoxdur. Ancaq Güney Azərbaycan İstiqlal partisi yaşıllardan (fars rejiminin bir qolu) himayət etmədiyi üçün, və qarşılarında dayanmaq üçün cəzalandırıldı ! amma əyilmədi. Düşmanın əmrinə baş əyməkdənsə ölümə canla, başla, sevə sevə hazırıq. Başqanımızdan bir şeyi çöx yaxşı öyrənmişik və üstündə and içmişik: Ya qurtuluş savaşının başında bayraqdar olacayıq! yada düşmanın qurduğu dar ağacının başında igit kimi asılacayıq. Başqa yol yoxdur. Əyilmək yoxdur. Dönmək yoxdur. Təslim olmaq yoxdur. Aldanmaq yoxdur.! Ya istiqlal ya ölüm. Biz sinaqlardan çoxdan geçmişik, keçəbilmiyənlər düşünsünlər. yaşılları dəstəkliyənlər utansınlar.
Keçən yazımda açıqladığım GAMAC-ın ikili siyasətini bir tərəfə buraxıb Günazda yaydığı idəalarına toxunmaq istərdim. GAMAC-ın idəalrı:
1- GAMAC-ın qurultayı
2 - Qurultayın demokratik keçməsi və demokratik seçimlər.
3 - Nizamnamə
4 - Şəfaflıq
5 - Təşkilatçılıq
6 - Beynalxalq içtimaiyəti GAMAC-i rəsmiyətə tanıyıb və .....
1- 1- GAMAC-ın qurultayı:
Təşkilat özəlliklədə siyasi təşkilat qurultayının öz tərifi vardir. Yəni o təşkılatın üyələrindən ya üyələrin seçdiyi nümayəndələrinin iştirakila keçirilər. Buna görədə ilk başda təşkilatın üyədən bəlli tərifi olmali, onun əsaəsında üyəsi olmalı və üyələrın hansı sürədən və sınaqdan sonra idarə heyətinə aday olma səlahiyəti vardır. Təbi ki biri bu mərhələləri keçmədən təsadufən gəlib salam mən gəldim və aday oluram deməsi ya olması siyasi təşkilatda qəbulanmazdır.
GAMAC-ın hələdə üyəlikdən tərifi yoxdur. kim üyədir ya deyil ora gələnlərin neçə fayizi əslən GAMAC-a üyə idir ya hətta tanıyırdı məlum deyil çünkü onları tanımlamaq üçün GAMAC heç bir ölçü ya meyar vermiyib və yoxudur. Hətta ora gələnlərin böyük Çoxunluğu nəki üyə deyildilər bəlkə GAMAC-ı tanımırdı və orda tanıyib.
Hətta bir kültür cəmiyətinin qurultayında belə onun üyələri iştirak edər. Tabi ki cəmiyət başqa cəmiyətlərdən qonaqda dəvət edə bilər amma onların nə səs vermə nədə seçilmə haqqı olmaz. Qurultayın demokratik ya qeyir demokratik mübahisəsinə girmədən bunu demək lazimdir ki təşkilata uyqun qurultay olmadığı üçün bu qurultay təşkilati qurultay sayılmazdır.
2-Günaz TV-dən Tez -Tez qurultayın demokratik keçirilməsi deyilir. Qurltayda sual edənlərə saldırma, təhqir və sürdürmələr GAMAC-ın idarə heyəti tərəfindən demokrasi kimi sərgilənir. Bəlkədə GAMAC-ın demokrasidan təriflər budur. Əgər demokratik keçibsə nədən qurultayın hammsı yayılmır? Diyər bilməzsiniz ki sirri məsələ var çünkü sirri cələsə hər kəsi dəvət edilməz bəlkə dəvətlərdə sirri olar yəni o sirri saxlıya biləcəklər dəvət olunar. Açıq dəvət olunduğu üçün heç bir sır deyildir. Ya məsələn idarə heyəti üzvü Jalə Rəzminin ( Doktor) harda və necə seçildi? Ya neçə səs topladi umuma sunulsun.
Behruz bəy Haqinin sədr adaylığına nədən təbki verilib ya kim təbki verib və necə əngəlləndi? o böyük insana nə iftiralar vuruldu açıqlansın.
3- Günaz tvdən dəvamli GAMAC nizamnaməsindən danişilır. Amma ortaliqda nizamnamə diyə bir şey yoxdur. Yəni keçən yazımda dedığım kimi bizim Amsterdamda mübahisə sonucu qəbul etdiyimiz 12 maddəli bir sazişi nizamnama diyə təbliğ edilir. Demək GAMAC özünə nizamnamə hazırlamağa belə qadir deyil. Yəni 2 il içində GAMAC-da bir neçənəfər yetənəkli adam yoxumuş və ya vardisada imkan verilmiyib ki bu iki il ərzində nizamnamə hazırlasın. Sonucda əliboş qalmaqdansa GAMAC Amsterdam diyaloq toplantısının anlaşmasını nizamnamə diyə millətə göstərərk daxili və teori boşluğunu örtməyə çalışır.
4- Bugünlərdə ən çox eşitdiyimiz budur ki GAMAC hər şeyə “şəffafliq” gətirib. Baxmıyaraq ki yuxarıda bu nizamnamə dediklərinin harda nəzaman və nə üçün hazırlandığını vurquladım amma həmən yazılara GAMAC bir müstəqil sözün əkliyərək güya ki hər şeyi“şəffaflandırıb”
və ən nurani ilahi təşkilatda yaranıbdır. Keşki belə olsaydi. Amma nə yazıq ki heç bir şeyə şəffaf deyil.
Azərbaycan haradır bəlirlənmiyib. Mübarizə metodu bəlli deyil, İran opozisyonuna mövqə nədir bəllı deyil. Sərtasəri təşkilatlar haqqında mövqə bəlli deyil. İrana hərbi müdaxilə olunursa GAMAC nə edəcək bəlli deyil. İranda siyasi dəyişim olarsa nə edəcək bəlli deyil. Yaşıl ya onun yerinə ona bənzəri yenidən ortaya çıxarsa keçmişdəki kimi yenədə onun dalica gedip milləti onlardan himayətə çağiracaqlar ya yox bəlli deyil. Yaşillardan yenədə himayət məktubu yazıb və onları istibdada qarşı mübarizə simvolu elan edəcəklər ya yox bəlli deyil. Üzv kimdir bəlli deyil. Kim qurultaya qatıla bilər bəlli deyil. Kim seçilə bilər bəlli deyil. Kim seçə bilər bəlli deyil. İqtisadi tərh nədir bəlli deyil. Qonşularla münasibət nədir bəlli deyil. Sərhəd haradır bəlli deyil. Sərhədlər necə qörünmalidir bəlli deyil. Silahlı müdafiyə mövqeyi bəlli deyil. bu və 10 lar butipli mövzülar bəlli edilmədənsadəcə Cumhuriye İslaminin qabağına pan İranism əlavə etməklə (milli hakmiyet yerinə müstəqil milli – demokratik dövlət) demək ki hər şey“şəffaflanırmış“ Hər halda buda bir gəlişmədir və təbrik edirik.İnanrıq ki 10 ildən sonra bizim bu gün dediklərimizi GAMAC-da yavaş yavaş diyə biləcəksiniz.
5-Təşkilatçılıq:
GAMAC bir siyasi təşkilat kimi təqdim olunur ancaq nə quruluşu nə tərkibi siyasi təşkilata uyqun deyil. İki dəyişik siyasət aparmasila yanaşı, bir birlərinin kimliyindən, keçmişindən, düşüncəsindən, mahiyətindən, yaşam tərzindən, əxlaqından və hətta adından xəbəri olmayan insanları bir ortaya toplayıb bu bir birlərin tanımıyan və birbirlərin güvənməyən insalardan əl qaldıraraq səs toplayıb, yenədə birbirlərini tanimiyanları seçdirib idarə heyəti yartmaqla siyasi təşkilat qurulmaz. Bəlkə birbirlərin tanıyıb güvənən, sinaqlardan keçmiş, eyni düşüncədə olan və eyni ideologi, strateji və taktikə sahib olan insanların bəlli prensip əsasında birləşərək düşüncəni fərddən kütləyə daşımaqla siyasi təşkilat yaranar. Hətta kültür və çevrəsəl cəmiyətlər də bu əsaslar üzərində qurulur. Siyasi xətti bəlli olmayan yəni iki təzadlı xətdə sahib olan GAMAC-ın tərkibində İrançı yaşılçıdan tutub Türançıya qədər var. Təbiidir ki siyasi xəttini oluşdura bilməyəcəkdir. Məgər özünü arındırıb və fikirdaşların, silahdaşların tapdıqdan sonra. Arzu edirəm ki GAMAC-da olan millətçılər nəhayətdə bunu bacara bilsinlər.
6- GAMAC-ın həm siyasi bəyanatında həmdə Günaz TV-də milləti aldadaraq dəvamlı deyilir GAMAC-ı beynalxalq təşkilatda resmiyətə tanıyıb. Yəni Xanım Jalə Rəzmi ( Dr J.təbrizli) komələnin yardımila BMT-nin umum iclaslarında, ki hərkəsə açiqdır və iştirak edə bilər getməsi onların beynalxalq təşkilatlar tərəfindən qəbul olduğu kimi sərgilənir. Baxmiyaraq ki Jalə Rəzmi orda İranda qadınların haqqından danışıb Azərbaycandan deyil. Ya Maşallah Rəzmi BMT-də İranda Türklərin sayılarına görə, hükümətdə vəzirləri azdir! 3 vəzirin yerinə 7 vəzir Azərbaycalı İran hükümətində olmadır deməsinə görə BMT GAMAC rəsmiyətə tanıyıb kimi gülünc ifadələrlə nə özünüzə nədə təşkilata etibar qazanamazsınız.
Əslində bunları eşidəndə sayin Dr Çehrəqanli yadıma düşür ki UNPO qurumunda hətta GAMOH-un bayraqınıda belə qəbul edib rəsmi üzv olmuşdur amma ona elə bu TV-dən nə hücümlar olduğunu xatırladır.
Bu iddialara baxılırsa əgər O zaman GAİP ki neçə ildir BMT, Avropa şurası, Avropa parlmenti, Əmnesti international, Kanda Parlmenti, Lahə məhkəməsi, və başqa ölkələrlə dəfələrcə üzbəüz görüşüb müzakirələr aparmışıq ya Amerika Cumhur başqanı, Azərbaycan Cumhur başqanı, Hollanda
Başbakanı, Türkiyə Cumhur başqanı və Başbakanı, Gürcüstan Cumhur başqanı, Türkmənistan Cumhur başqanı, Üzbəkistan Cumhur başqanı, Qirqizistan Cumhur başqanı, Kibris Cumur başkanı, Qazzaqistan Cumhur başqanı. və bu ölkələrin partilərinən əlaqə qurmuşuq. Ya soydaşlarımız sığınma diləcəklərinin qəbul olması üçün hər il 100-lər məktub BMT, Avropa, Amerika, Kanada ölkələrinin dövlət idarələrinə yazıb Güney Azərbaycanın vəziyətin açıqlamışıq pəs çoxdandır beynalxalq təşkilatlar və bu dövlətlər bizi dövlət kimi taniyırmışlar ki xəbərimiz yoxumuş.
Ardı var....
A. Ataxan
GAİP Holland
Axtar
Çağrişlar
son məqalələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
![]()




















