İrəvan sanksiyaya qoşulsa İranın, qoşulmasa ABŞ-ın yardımları əldən çıxar...

 

GAİP: Bu gün dünyanın aparıcı mövzularından biri atom-nüvə proqramını dayandırmadığına görə İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmaq məsələsidir.

 

Tehran hakimiyyətinə qarşı yasaqlara Azərbaycan, Ermənistan və Gürcüstanın qoşulub-qoşulmayacağına dair çeşidli fikrilər bildirilir.

Yola saldığımız həftənin əvvəlində ABŞ prezidenti Barak Obama gürcüstanlı həmkarı Mixail Saakaşvilini qəbul etdi. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancaqladze dövlət başçılarının İranla bağlı məsələdən danışmadığını söyləsə də müşahidəçilər tərəflərin danışıqlarının əsas mövzularından birinin İranla bağlı olduğunu istisna etmirlər. Onların fikrincə, bir müddət öncə müxalifətdə olan «Xalq məclisi» hərəkatının təmsilçisi Elizbar Cavelidze bildirmişdi ki, ABŞ İranla hərbi münaqişə ərəfəsində Gürcüstan ərazisində obyektlərin tikintisini maliyyələşdirir. Bu akademik ehtimal edib ki, bu üzdən də Saakaşvili bölgələri gəzərək, oralarda yeni xəstəxanaların açılışına qatılır.

Düzdür, əks ehtimallar da yox deyil. Ölkə parlamentinin xarici siyasət üzrə komitəsinin sədri bildirib ki, İranla savaş zamanı Vaşinqtonun Gürcüstan ərazisindən istifadə edəcəyi haqda danışmaq hələ ki tezdir.

Hərbi mütəxəssislər isə məsələ çox ehtiyatla yanaşır. Bununla belə, onlar hesab edir ki, Gürcüstan coğrafi cəhətdən İrana hücum etmək üçün çox əlverişli ərazidir. Çünki Gürcüstanın İranla ümumi sərhədi yoxdur. Azərbaycan və Ermənistan ABŞ təyyarələrinin İranı vurması üçün öz ərazilərindən çətin ki icazə versin. Bundan başqa, Güney Qafqazın səmasına Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiyaya yerləşdirdiyi Hərbi Hava Hücumundan Müdafiə «S-300» və «Buk» sistemi qurğuları nəzarət edir.

Mütəxəssislərin nəzərincə, bu vəziyyətdə ABŞ təyyarələrinin vurulması təhlükəsi var. 

Bununla belə, 2009-cu ilin yayında Rusiyanın Gürcüstana hücumundan sonra İranın da Abxaziya və Cənubi Osetiyanın tanıyacağı ehtimal az deyildi. Hətta o hadisələrə görə, rəsmi Tehran Gürcüstan hakimiyyətini qınamışdı.

2009-cu ilin dekabrında Gürcüstanın muxtar ərazisinin, Abxaziyanın o vaxtkı separatçı lideri Sergey Baqapş İranın bölgəyə investisiyalar qoymağa hazır olduğunu bildirmişdi: “Biz İranla çox sıx təmaslar qurmuşuq. İranı təmsil edən nümayəndələr Abxaziyada tanışlıq səfərində olublar. Moskvada da görüşlərimiz olub. İran Abxaziyanın iqtisadi layihələrində iştirak etmək istəyir”. 

Bu hərəkəti ilə Tehran Qərbin bölgədəki əsas müttəfiqi sayılan rəsmi Tbilisini belə cəzalandırmağa çalışmışdı. Gürcüstanın İranla münasibətləri normal olsa da, Tbilisi ABŞ-ın təzyiqləri qarşısında Tehranla sıx iqtisadi əlaqələr qura bilmir. 

Maraqlıdır ki, buna rəğmən ABŞ-dakı dairələr Ermənistan-İran münasibətlərinin əleyhinə çıxmırlar. Amerikalı rəsmilər Ermənistanın ağır iqtisadi vəziyyətinə İranın yardımçı olmasını məqbul sayırlar.

Ermənistanın da bu aksiyaya qatılıb-qatılmayacağı az maraq doğurmur. Çünki bu ölkə həm İslam Respublikasının, həm də Rusiyanın ən etibarlı müttəfiqi sayılır.

Rəsmi Yerevan isə çeşidli bəhanələrlə vəziyyət çıxmağa çalışır. Bir yandan hər il ABŞ hakimiyyətinin milyonlarla dollarlıq yardımı durursa, o biri yanda İranla hərtərəfli əlaqələr dayanır.

“Armenia Today” nəşrinin yazdığına görə, Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan deyib ki, o, bu məsələdə nikbindir: «Fikrimcə, nöqtəvi zərbələr istisna edilməzsə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı çox azdır. Ancaq bu münaqişə baş verərsə, bunun bölgə, özəlliklə Ermənistan üçün çox pis nəticələri ola bilər».

«Azadlıq» radiosunun dəyərləndirməsinə görə, Ermənistanın İranla əməkdaşlığında hazırda mərkəzi yeri Təbrizdən çəkiləcək neft kəməri tutur. Əgər bu kəmər tikilsə, Ermənistanın Yerasx şəhərciyinə gündə 1 milyon 500 min litr neft məhsulları gətirməlidir.

Tikintinin başlanması bu ilə planlaşdırılır. Kəmər 160-180 milyon dollara başa gəlməlidir. İran kəmərin öz ərazisindəki hissəsini tikməyə razı olub.

Odur ki, belə bir maraqlı sual yaranır: Təbriz-Yerasx kəmər layihəsi ABŞ-ın İrana qarşı sanksiyalarının təsir dairəsinə düşürmü? Cavab birmənalıdır: düşür.

Çünki ABŞ-ın uyğun qanununa görə, sanksiyalar “İranın neft resurslarını birbaşa və əhəmiyyətli dərəcədə gücləndirən 20 milyon dollardan artıq investisiyalara” aiddir.

Bundan başqa, İranın maliyyə qurumlarının, o cümlədən Mərkəzi Bankının pul köçürmələri də sanksiyalar altındadır. İran-Ermənistan kəmərinin tikintisinə hətta İran pul köçürəndə də kəmərə sanksiyalar tətbiq oluna bilər.

Ancaq kəmər Ermənistan üçün həm enerji, həm maliyyə cəhətdən çox sərfəlidir. Ermənistanın enerji naziri Armen Movsisyan deyir ki, bu kəmər Ermənistanın illik enerji xərclərini 30 faiz azaldacaq. Nazirin fikrincə, İrana qarşı sanksiyaların güclənməsi Ermənistanı bu layihədən çəkindirməyəcək. O deyib ki, İranın həmişə problemləri olub, ancaq Ermənistan həmişə öz işlərini davam etdirib.

Ermənistanın hazırda İranla 140 km-lik qaz kəməri var. Bu kəmər Ermənistana ildə 2 milyard 300 milyon kub metr qaz gətirir.

İranla Su Elektrik Stansiyası, dəmiryolu layihələri var və bunların gerçəkləşməsi İranın maliyyəsindən asılıdır.

Ermənistanda siyasi təhlilçilərin fikrincə, Ermənistanın yeganə arqumenti iki tərəfdən - Azərbaycan və Türkiyə tərəfdən blokadada olmasıdır.

Buna görə, Ermənistan ümid edir ki, ABŞ hökuməti Təbriz kəmərinə güzəştə gedə bilər.

Məsələ Ermənistanda müzakirə edilən aparıcı mövzulardandır. Erməni iranşünaslar iddia edir ki, Ermənistanı İrana qarşı sanksiyalara qoşulmağa məcbur etmək olmaz. 

Şərqşünas Mğer Baqdarsaryanın fikrincə, ölkəsi İslam Respublikası ilə qonşu olmaqla yanaşı, çox yaxşı əlaqələrə malikdirlər: «Bundan başqa, Ermənistanın blokadadan çıxması üçün yeganə yoldur. Ölkəmiz Türkiyə və Azərbaycanın blokadasındadır. Bu və başqa bu səbəblər Qərbə Ermənistanın ağır durumunu anladır. Qərb başa düşür ki, İranla sərhədi bağlamağa və ya sanksiyaya qoşulmağa Ermənistanı məcbur etmək olmaz».

«Ehtimal olunan hərbi əməliyyatlar başlayacağı halda Ermənistan üçün bunun verəcəyi ağır nəticələr» haqda suala cavab verən erməni mütəxəssis qeyd edib ki, savaş ilk növbədə Ermənistana qaçqın axını yaradacaq: «Belə bir vəziyyət yaranacağı halda Azərbaycan Dağlıq Qarabağla bağlı avantüraya əl ata bilər».

Ermənilər yenə beynəlxalq ictimaiyyəti bu sayaq çıxışları ilə aldatmağa çalışır. Halbuki Ermənistan İran üçün də az önəm daşımır. Bu ölkə vasitəsi ilə Tehran hakimiyyəti qaçaq yolla silah-sursat əldə edir. Eləcə də İranın atom-nüvə proqramında fəal iştirakçılardandır. Bu baxımdan İslam Respublikasına bu sayaq yardımlarına görə, İranla yanaşı Ermənistana da sanksiyalar tətbiq edilsə bölgədə sabitlik uzun müddətli olar. Çünki ermənilər dünyada terrorçuluğu dəstəkləyən bir hakimiyyətə hər tərəfli yardım göstərir.

Hələlik ABŞ hökumətindən bu kəmərlə bağlı heç bir rəsmi söz deyilməsə də xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının sonucu 4-cü qətnaməsi qəbul olunmazdan öncə, ABŞ-ın Yerevandakı o vaxtkı səfiri Mari Yovanoviç İrana qarşı sanksiyanın Ermənistana da təsirsiz ötüşməyəcəyini söyləmişdi. 
sedredin1
Beləliklə, Qərb İran hakimiyyətinə qarşı sanksiyalara qoşulmağı Cənubi Qafqaz dövlətlərindən açıq-aşkar istəməsə də bu məsələdə mövqe ortaya qoyulmasını tələb ediləcəyi ehtimal az deyil. Sədrəddin Soltan

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

g mani

Çağrişlar

mikrofon 02

s418530 354143627944322 207550295936990 1285132 1458496455 n 1