ABŞ və Avropa Birliyi ölkələri nümayəndələri İran prezidentinin çıxışı zamanı zaldan çıxıblar

 

GAİP XƏBƏR: Ötən həftənin sonunda BMT Baş Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) 66-cı toplantısı başa çatdı.

 

Beynəlxalq ictimaiyyəti yalnız Afrikanın Şimalındakı dəyişikliklər, Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasın Fələstinin müstəqilliyi ilə bağlı ərzizənin qurumun baş katibinə təqdim etməsi deyil, eyni zamanda İran prezidentinin çıxışı bu ökənin nüvə proqramına münasibəti ciddi olaraq, izləyib.

 

BMT baş katibi Pan Ge Munun, qurumun İranda insan haqları üzrə özəl təmsilçisi Əhməd Şahidin, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın, İran hökumətinin başçısı Mahmud Əhmədinejadın çıxışları İslam Respublikasının (Cümhuriyyətinin) durumunu dəyərləndirməyə imkan verən amillərdəndir.

 

BBC-nin məlumatına əsasən, baş katib Pan Ge Munla görüşündə M.Əhmədinejadı toplantıdakı çıxışına görə, tənqid edib.

 

Xatırladaq ki, M. Əhmədinejad BMT Baş Assambleyasının sessiyasında (iclas, konfrans) çıxışında ABŞ-ı «sentyabrın (September) 11-i terrorundan İraq və Əfqanıstanda müharibəyə başlamaq üçün bəhanə kimi istifadə etməkdə» suçlayıb. «11 sentyabr hücumunun sirli» olduğunu iddia edən Əhmədinejad ABŞ və müttəfiqlərinin sionizmə müqəddəs bir anlayış və ideologiya kimi baxdıqlarını söyləyib.

 

İran prezidenti «Qərbi imperialist media şəbəkəsindən istifadə edərək, yəhudi soyqırımını,  sentyabrın 11-i olayını sorğulayanları sanksiyalar və hərbi hərəkatlarla təhdid etdiyini» vurğulayıb.

 

Əhmədinejad dünyada iqtisadi böhrana və hərbi münaqişələrə görə ABŞ-ı, onun müttəfiqlərini «qınayıb». Prezident dünya güclərini müstəmləkəyə çevirdiyi ölkələrin xalqlarına təzminat ödəməyə çağırıb: “Onlar rəsmən irqi ayrı-seçkiliyi müdafiə edirlər. Onlar ölkələri hərbi müdaxilə ilə zəiflədib ehtiyatlarına sahib çıxır, xalqları daha da asılı vəziyyətə salırlar”.

 

ABŞ və Avropa Birliyi ölkələri nümayəndələri İran prezidentinin çıxışı zamanı zaldan çıxıblar.

 

BMT-nin xüsusi nümayəndəsi Əhməd Şahid və qurumun insan haqları üzrə ali komissarlığının üç rəsmisi sentyabrın 22-də birgə bəyanat yayaraq İranda edamların dayandırılmasını tələb edib.

 

Bəyanatı Əhməd Şahid, BMT-nin özbaşına edamlar üzrə nümayəndəsi Kristof Heyns, işgəncə, təhqiramiz və qeyri-insani rəftar üzrə nümayəndəsi Xuan Mendez və hakimlərlə vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Qabriela Knaul imzalayıb. Bəyanatda deyilir ki, İran hakimiyyəti edamlara son qoymalı, o sıradan da azyaşlı məhkumların edamını dayandırmalıdır:«Beynəlxalq ictimaiyyətin edamların dayandırılması tələbi ilə İran hakimiyyətinə ardıcıl müraciətinə baxmayaraq bu ölkədə ölüm hökmlərinin icra olunması bizi qəzəbləndirib. Biz bu prosesin dərhal dayandırılmasını istəyirik.

 

18 yaşına çatmamış yeniyetmə müttəhimlərə çıxarılan hər bir ölüm hökmü İranın beynəlxalq qurumlarda üzərinə götürdüyü öhdəliklərə ziddir. Çünki beynəlxalq qanunlara görə, 18 yaşına çatmamış şəxsləri edam etməyə qadağa qoyulub».

 

Barak Obama yığıncaqdakı çıxışında nüvə sahəsində götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün Tehran və Pxeynanın təcridini gücləndirməyin vacibliyini vurğulayıb: «İran hakimiyyətin nüvə proqramının dinc məqsədli olduğunu nümayiş etdirə bilmir. Bununla yanaşı o, atom enerjisinin əldə edilməsində öhdəliyinə əməl etmir».

 

Onun sözlərinə görə, İran və Koreya Xalq Demokratik Respublikasının «xalqlarının hakimiyyəti vədlərinə əməl etsə, onları rifahı gələcəkdə daha yaxşı olacaq». «Onlar beynəlxalq hüquqdan yan ötüb, fəaliyyətlərini davam etdirsələr, o zaman daha güclü təzyiq və təcridlə üzləşəcəklər»-deyə,Ağ Evin indiki yiyəsi xəbərdarlıq edib.

 

Amerikada çıxan «Daily Beast» qəzetinin yazdığına görə, prezident Obama İsrailə «GBU-28 Bunker Buster» aviabombalarının (havabombaları) satılmasına razılıq verib.

 

Mətubat orqanı bu sövdələşmənin son dərəcə məxvi aparıldığını urğulasa da, informasiyanın qaynağı haqda heç bir açıqlama verməyiblər.

 

Yazıda o da vurğulanıb ki, bu bombalar ilk növbədə İranın nüvə obyektlərinin (təsisatının) vurulması məqsədi ilə İsrailə satılır. Mənbənin məlumatına əsasən, 55 bombanın İsrailə ötürülməsi ilə bağlı razılıq 2009-cu ildə əldə edilib.

 

İsraildə çıxan «Haarets» qəzetinin yazdığına görə, yeni bombaların satışı İranın nüvə obyektlərinin məhv edilməsi imkanını artırır. «GBU-28 Bunker Buster» bombasının çəkisi 2,2 tondur. O, 6 metr qalınlığında olan beton örtüyü belə dağıtmaq gücündədir.

 

Hələ ikinci Livan (Lübnan) savaşı zamanı İsrail ABŞ-dan əlüstü olaraq, belə bombalar alsa da, bu sahədə əməkdaşlığın genişləndirilməsinə o zaman Ağ ev razılıq verməyib.

 

İran prezidenti M.Əhmədinejad Nyu-Yorkadakı çıxışında deyib ki, onlar uranın zənginləşdirilməsini 20 faiz səviyyəsində saxlaya bilərlər:«Ancaq bundan ötrü bizə atom stansiyasının (niruqahının) işləməsi üçün yanacağın satılmasına təminat verilməldir».

 

O, beynəlxalq sanksiyaların (təhrimlərin) İran iqtisadiyyatına mənfi təsirindən də danışıb:«Əlbətt, sanksiyaların hiss ediləcəkə dərəcədə təsiri var. Biz heç vaxt onun səmərəsiz olmadığının deməmişik. Bununla belə o, əsas rol oynamır».

 

M.Əhmədinejad ABŞ-da «ABC» telekanalına müsahibəsində İran-Amerika qarşılıqlı münasibətlərinə cavabında bildirib :«ABŞ hakimiyyəti birtərəfli qaydada bu əqaləri gəsib. Halbuki buna elə bir ciddi ehtiyac yox idi. İran ABŞ-la sayğı və ədalətli yanaşma əsasında danaşıqlarır aparılmasına və əməkdaşlıq etməyə hazırdır».

 

İranı tənqid etməklə nə Barak Obamanın, nə də Qərbə qarşı çıxışı ilə Mahmud Əhmədinejadın çıxışlarında nəzərə çarpacaq elə ciddi dəyişiklik olmadı. Ötən bu müddət ərzində əsas dəyişiklik bölgədə, Otra Şərqdə baş verib. Bu baxımdan həmin dəyişiklərə ABŞ-ın və İranın nə dərəcədə hazırlığı başlıca məsələlərdəndir. Yaxud bölgədə davam edən yeni keyfiyyət halı bu ölkələr arasında münasibətlərin dəyişilməsinə nə dərəcədə təsir göstərəcəyi diqqətlə izlənilməkdədir.

 

Sədrəddin Soltan

Share this post - Paylaş - اشتراک گذاری

Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Stumbleupon Submit to Technorati Submit to Twitter Submit to LinkedIn BAKİ TƏBRİZ

Axtar

g mani

Çağrişlar

mikrofon 02

s418530 354143627944322 207550295936990 1285132 1458496455 n 1