Arif Kəskin: "İranın tutduğu bu mövqe onu müharibəyə aparacaq" PDF faylını al Çap E-poçt
12.06.10 12:45

arif-keskinGAİP XƏBƏR : «Son proseslər göstərir ki, İrana qarşı sanksiyaları imzalayan ölkələr onun gələcəkdə nüvə silahının olmaması üçün istəyirlər ki, İran uranı zənginləşdirmə texnologiyasını dayandırsın».


Yaxın Şərq üzrə mütəxəssis Arif KəskinAzadlıqRadiosunun «İşdən sonra» proqramında belə deyib. 

Danışığı burdan dinləyin: 

Bəs İran uranı zənginləşdirmə texnologiyasını dayandıracaqmı? 

Arif Kəskin İranın bu məsələyə müsbət cavab verəcəyini zənn etmir:

«Bu gün Rusiya da, Çin də, Ərəb ölkələri də artıq İrana qarşı mövqe tutublar. Bu gün dünyada İrana olan inamsızlıq yüksəlib». 

Hazırda İranın özünün siyası problemləri və iqtisadi problemlərinin çox olduğunu deyən şərhçi bildirib ki, son proseslər də bu ölkəni çıxılmaz vəziyyətə salıb. 

«İRAN DÜNYADA YALNIZLAŞIB» 
 

İranın tutduğu bu mövqe isə, mütəxəssisin fikrincə, daha ağır embarqolara qapı açacaq. Arif Kəskin deyib ki, hazırkı İran hakimiyyəti də dediyindən dönməyəcək.

Şərhçi bildirib ki, xaricdəki basqılar daxildəki ixtilafları daha da artıracaq.

«İranda heç kim nüvə məsələsindən yaza bilmir. Məhəmməd Hatəmi və Əhmədinejatdan başqa heç kim bu barədə danışa bilmir».

Yaxin Şərq üzrə mütəxəssis Arif Kəskin deyib ki, İranın tutduğu bu mövqe isə onu müharibəyə sürükləyəcək. 

 

Select Language

Hava Vəziyəti

Təbriz
30°C
Təbriz 30°C | Bakı 25°C | Ankara 26°C | Urmu 29°C | Gəncə 33°C | İstanbul 25°C
[Details]

Servislər

twittericon          youtube-icon1

       Twitter          YouTube     

vista-logo          rss_logo

  Vista Gadget          RSS            

Vista Gadget nədir?                               



yardim