"Böyük Orta Doğu"nun sirri


Tofiq Seyid
"Türküstan" qəzetinin qurucusu və yönətim başqanı

Və ya bölgənin lokomotivi aparıcı gücü olan Türkləri nəzərə almayan üçlüyün düşdüyü uğursuzluq zolağı
Çağdaş dünyanın siyasi terminologiyasına "Böyük Orta Doğu" termini daxil olub. Nədən Böyük Orta Doğu? Bu coğrafiya özündə Yaxın Şərqi, Güney Qafqazı və Orta Asiyanı əhatə edir. Bu geniş əraziyə ərəb dövlətləri, İran, Türkiyə, Güney Qafqaz ölkələri, Orta Asiya dövlətləri daxildir.
"Böyük Orta Doğu" deyilən geniş məkan nədən bu qədər əhəmiyyətlidir? Bu məkana coğrafi baxımdan nəzər salsaq, üç qitənin birləşdiyi bir ərazidir. Eyni zamanda, 3 irqin görüşdüyü bir məkandır. Bu böyük məkanın dini palitrası da rəngarəngdir. Böyük Orta Doğu 4 dinin üz-üzə gəldiyi, birləşdiyi bir bölgədir. Yəhudi dini, xristian dini, buddizm və islam dini. Digər tərəfdən, iki fəlsəfi düşüncə sisteminin - Şərq fəlsəfəsi və Qərb fəlsəfəsi düşüncə sistemlərinin üz-üzə gəldiyi nöqtədir.
Böyük Orta Doğunun başqa özəllikləri də var. Məlumdur ki, dünyada təbii sərvətlərlə yanaşı, insan resursları termini də var. Dünyanın insan resursunun 70 faizi bu bölgədə yaşayır. İqtisadi baxımdan da, Böyük Orta Doğunun zənginliyi alternativsizdir. Dünya petrol ehtiyatlarının 70 faizi, dünya qızıl ehtiyatlarının 70 faizi, su və digər maddi ehtiyatlarınin böyük qismi bu bölgəyə məxsusdur.
Bütün bu özəlliklərlə yanaşı, bizim üçün önəmli olan daim dünyanın aparıcı gücü olmuş böyük bir etnosun - Türk etnosunun bu bölgədə yaşamasıdır. Bu da, Böyük Orta Doğunun ayrıca bir özəlliyidir.
Böyük Orta Doğunun fövqəladə dərəcədə strateji olmağı tarixdə həmişə qiymətləndirilib. Hapaleon dünyaya hakim olmaq üçün, bu bölgəyə hakim olmağın zəruriliyini önə çəkib. Bismark da bu bölgəyə eyni dərəcədə önəm verib. I Pyotr da vəsiyyətlərində dünyaya hökmran olmaq üçün İstanbulun, bu bölgədə yerləşən boğazların əhəmiyyətini qeyd edib. Çar Rusiyasının gerbində də bu ideya əksini tapır. İkibaşlı qartalın bir başı Avropaya baxır, biri Asiyaya. Yəni, "bu bölgəyə hakim olmalıyıq".
Həhayət, ABŞ strateqi Zbiqnev Bjezinski Böyük Orta Doğunun özəlliyinin mahiyyətini ortaya qoydu. Və bu gerçəkliyi dərk edən Amerika bölgəyə hakim olmaqdan ötrü hər cür çabalara baş vurur. Vaxtilə, indi Böyük Orta Doğu dediyimiz bölgə iki güc mərkəzi arasında bölünmüşdü və bölgənin daha çox hissəsi Sovetlər Birliyinin təsiri altında idi. Elə bu səbəbdən də, Sovet dövləti ikiqütblü dünyanın bir qütbü kimi çıxış edə bilirdi. Qeyd etmək lazımdır ki, "Soyuq müharibə" deyilən dövrdə bu bölgənin insanları daha çox təhlükəsizlik imkanlarına malik idilər. Bu gün bu imkan çox nisbi xarakter daşıyır.
Sovet hökuməti bu bölgəyə girmək üçün ideoloji silahla yüklənmişdi. Yəni, fəhlənin, kəndlinin, əzilən millətlərin hamisi kimi. Qərb dünyasının silahı isə demokratiya və liberalizm idi. O dövrdə, Qərb bu bölgədə əzilən millətlərin tələblərini, demokratiyanı və insan haqlarını sözdə deyil, əməldə müdafiə edirdi. Amma bu gün hansısa xalqı və ya dövləti öz tərəfinə çəkmək prinsipi pozulduğuna görə, "Mənəm hökmran" diqtəsilə, artıq demokratiya da, insan haqları da, liberalizm də, dövlət maraqları xatirinə ayaqlar altına atılır. Təkqtüblü dünyanın faciəsinin arxasında duran ən mühüm amillərdən biri də budur. Biz hər zaman deyirik ki, o dövlətlərdə inkişaf var ki, orada iqtidarla yanaşı, müxalifət var. Bu gün müxalifətsiz bir dünya yaranıb. Ona görə də, dünyanın nizamı pozulub.
Təəssüf ki, Azərbaycanda da bəziləri, hansısa super dövlətlərin dünyaya demokratiya bəxş etmək istədiyi xülyasından qurtulmayıblar. Sovet İmperiyasının çöküşü onun söykəndiyi ideologiyanın uğursuzluğa düçar olması ilə başlandı. Bu gün Qərbi də dağıtmağa aparan səbəb, özünün daim istifadə etdiyi "demokratiya və insan haqlarının müdafiəsi" silahından imtina etməsidir. Bu, Qərbin çöküşünə və ABŞ-ın dünyada nüfuzunun aşağı düşməsinə səbəb olan amildir. İraqa girəndə qarşıya hansı məqsəd qoyulmuşdu: "Biz İraq xalqını Səddam kimi bir diktatordan azad edəcəyik". Bu şüara inanan İraq xalqı əvvəlcədən müqavimət göstərmədi və Amerika qısa müddətdə İraq kimi bir dövləti işğal etdi. Amma sonra nə oldu? Gördülər ki, "Sizi diktatordan xilas edəcəyik, bura demokratiya gətirəcəyik" deyən Amerika İraqı onilliklərlə geriyə çəkdi. Məzhəblər arasında koflikt yaratdı, "sünnü", "şiə" subyektini ortaya qoydu. Artıq İraq xalqı gördü ki, məqsəd İraqı diktatordan xilas etmək deyilmiş, ölkənin enerji sərvətlərinə və strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyinə sahib olmaq imiş.
Burda İraq xalqı uduzur. Amma Amerika da uduzur. Çünki, sözdə irəli sürdüyün dəyərlərlə insanları uzun müddət aldada bilməzsən.
Əslində, layihənin üzdə olan müəllifi ABŞ olsa da, görünməyən müəllifi yəhudilərdir. Çünki, ABŞ-ın özünü idarə edən yəhudilərdir. Bu gün dünyanı dəyərlərdən qat-qat artıq kapital idarə edir ki, kapital da yəhudilərin əlindədir. Ümumiyyətlə, dünya iki mərkəzdən idarə olunur: London və Hyu-York. Bu kapital mərkəzləri istənilən vaxt hansısa dövlətin iqtisadiyyatına təsir edib çökdürə bilirlər, istənilən vaxt qaldıra bilirlər.
"Böyük Orta Doğu" layihəsinin əsas hədəflərindən biri bölgədə mövcud olan enerji qaynaqlarını nəzarətə götürməkdir. Başqa bir hədəf: Bu bölgədə İsrail daim əziyyət çəkir. Ətrafı müsəlman və ərəb dövlətləridir. Demək, yaranmış ərəb-yəhudi qarşıdurmasını müsəlman-xristian qarşıdurmasına çevirməklə, zərbəni ötürmək xətti seçilib. Buna da haradasa nail olunub. Bu gün yəhudilər kənarda qalıb, xristian dünyasının Şərqə "ikinci səlib yürüşü"ndən danışılır. "Sivilizasiyaların toqquşması" kimi təqdimatlarla hədəfi özlərindən yayındırıb, ABŞ-ın əli ilə bölgədə İsrailin maraqlarını təmin etməyə çalışırlar.
ABŞ-İngiltərə-İsrail üçlüyü Çin və Hindistanı gələcəkdə özlərinə təhlükə görürlər. Amma onların hesablamalarına görə Hindistanla Çin bu üçlük üçün hələ 50 il təhlükə törətmir. Çünki, bu gün kapitalla idarə olunan dünyada Hindistan və Çinin istisadi baxımdan onların səviyyəsinə çatması böyük vaxt tələb edir. Ona görə də, üçlük uzaq təhlükənin qarşısını indidən almağa çalışırlar. Orta Asiyada, Qırğızıstanda, Qazaxıstanda, Əfqanıstanda, İraqda Amerikanın hərbi bazaları yerləşdirilib. Məqsəd, gələcəkdə təhlükəyə çevriləcək dövlətləri öz sərhədlərində qarşılamaqdır.
ABŞ və müttəfiqləri Bzejinskinin ortaya qoyduğu "Böyük Orta Doğu" layihəsindən kənara çıxdılar. İngiltərənin və İsrailin təkidi ilə projedə dəyişiklik edildi. Tarixin həqiqətlərinə göz yumdular. Həzərə almadılar ki, bu bölgənin lokomotivi, aparıcı gücü, söz sahibi olan bir millət var, o da Türklərdir. Bu bölgədə Türklərin marağını ödəmədən uğur əldə edə bilməyəcəklər. Əslində, Bzejinskinin təklif etdiyi layihənin mərkəzi kimi Türkiyə göstərilirdi. Yəni, Türkiyəni də yanlarına alıb, Türkiyə üzərindən Qafqaza və Orta Asiyaya nəzarət etmək. Təəssüf ki, bu layihə dəyişdirildi və həmin güclər böyük məğlubiyyətə düçar oldular. Həticəyə baxın.
Layihənin hədəfində olan ölkələrindən biri İran ABŞ-ın düşdüyü çıxılmaz situasiyadan yararlanıb, bölgədə nüfuz sahibinə çevrilir. Və ABŞ məcbur qalıb İraqda məzhəb məsələlələri ilə İran rəsmiləri ilə diplomatik danışıqlara səy göstərir.
Layihədən Türkiyənin çıxdaş edilməsinin bir səbəbi də Yeltsin Rusiya ilə ABŞ-ın pərdəarxası sövdələşmələri oldu. Yeltsin, layihədə Türkiyə üçün nəzərdə tutulmuş missiyanı Rusiyanın daşımağa hazır olduğunu bildirdi. Rusiyanın bu uzaqgörən siyasətini anlamayan ABŞ bu tələyə düşdü. Putin Rusiyası başqa xətt götürdü, ölkə ayağa durmağı bacardı. Və bu gün bölgədə Amerikanın bütün maraqlarına zidd açıq siyasət yeridir. Heft və qaz rıçaqı vasitəsilə Avropanı özünə tərəf çəkib, özündən asılı vəziyyətə salır. Həmçinin, ABŞ-ın iştirakı və dəstəyi ilə çəkilmiş neft və qaz kəmərlərinə alternativ kəmərlər çəkilir. Bir sözlə, haqqında bəhs etdiyimiz üçlük buraxdığı səhvini acısını bu gün artıq yaşayır.
Buraxılan səhvlərin qismən də olsa, ortadan qaldırılması üçün müəyyən təşəbbüslər müşahidə olunmaqdadır. Hiss olunur ki, ABŞ Kərkük məsələsində, Quzey İraq məsələsində Türk ordusu ilə korladığı münasibətləri bərpa etməyə çalışır.
Buraxılan səhvlərin qismən də olsa, aradan qaldırılması üçün müəyyən təşəbbüslər müşahidə olunmaqdadır. Hiss olunur ki, ABŞ Kərkük məsələsində, Quzey İraq məsələsində Türk ordusu ilə korladığı münasibətləri bərpa etməyə çalışır. Yəni, müşahidə olunur ki, bölgədə böhranla üzləşən ABŞ və müttəfiqləri "Böyük Orta Doğu"nun ilkin variantına (Türkiyəyə önəm verilməsi) qayıtmaq istəyirlər. Amma bunun nə qədər uğurlu olub-olmayacağını indidən demək çətindir. Çünki, ABŞ dünyada, eləcə də öz daxilində ciddi təpkilərlə üz-üzədir. Demokratlar Buş komandasının səhvlərindən faydalanıb seçkilərdə uğur əldə ediblər. Bununla belə, müəyyən işartılar görünür ki, Buş komandası "Ziyanın yarısından qayıtmaq da yaxşıdır" prinsipinə əsaslanaraq buraxdıqları səhvləri düzəltməyə cəhd göstərir. Görünür, onlar Türkiyənin və digər Türk cümhuriyyətlərinin bölgədə nə qədər əhəmiyyət kəsb etdiyini dərk edirlər.

ABŞ İranı vurmaqdan vaz keçdimi?

ABŞ-ın İraqda böhranla üzləşməsi müvəqqəti olsa da, İranın qələbəsi təsirini bağışlayır. Bu böhran həm İranın vurulmasının ləngitdi, həm də İranın bölgədə nüfuzunun qalxmasına ötəri də olsa, səbəb oldu. Yeri gəlmişkən, ABŞ İranla bağlı planlarında da ciddi yanlışlıqlara yol verdi. İraqda olduğu kimi İranda da əhalinin çox az qismini təşkil edən kürdlərə hər cür yardım edilirdi. Amma 35 milyon Azərbaycan türkü sanki, görməzliyə vurulurdu. Avropa ölkələrində kürd televiziya kanalları açılırdı, amma tək bir Güney Azərbaycan telekanalanın - "Günaz" TV-nin Avropa peykindən yayımlanmasının qarşısını aldılar. Bu gün ABŞ İranla bağlı da ciddi sual qarşısındadır. Necə ki, "Böyük Orta Doğu" proyektində Türkiyəni və Türk cümhuriyyətlərini hesaba almadan hərəkət edib uğursuzluğa düçar olubsa, eləcə də İran məsələsində 35 milyonluq Azərbaycan türkünün maraqlarını nəzərə almadan uğur qazanmaq mümkün olmayacaq. "İran" deyiləndə azərbaycanlılar göz önünə gəlməlidir. İran əhali sayının da, ordusunun da, iqtisadiyyatının da, elə müəyyən qədər siyasətinin də əsasını təşkil edən azərbaycanlılardır.
İranın vurulması məsələsinin gündəmdən çıxmasına gəlincə, bu olum, ya qalım məsələsidir. Taktiki gedişlər bizi aldatmamalıdır. Çünki, başlanmış bu layihəni dayandırmaq mümkün deyil. Əks halda, gərək layihəni başladan ABŞ-İngiltərə-İsrail dünyada "biz super gücük" deməkdən imtina edələr. Plan qüvvədədir. Planda İrana hava zərbələri endirmək, amma ölkənin ərazi bütövlüyünü saxlamaq və kürdlərin əli ilə hakimiyyətə təsir etmək idi. Amma Azərbaycan türklərinin marağı bu layihədə yox idi.
Düzdür, istənilən halda, İranda yaranacaq hər hansı qarışıqlıqda ölkənin əsas etnosu olan türklər öz haqları uğrunda mübarizəyə qalxacaqdı. Amma onun öz hədəflərinə qovuşması bir şans məsələsi idi. İndi isə İrandakı türklərin bir güc olaraq ABŞ tərəfindən nəzərə alınması artıq bir zərurətdir.
Son zamanlar belə təşvişli fikirlər səslənir ki, İran vaxt udaraq nüvə silahını əldə etməyə nail olacaq. Bu gün nüvənin zənginləşdirilməsində İrana kömək edən Çin və Rusiya da, Tehranın nüvə silahı əldə etməsinə imkan verməz. Çünki, hər iki ölkənin bölgəyə və bütövlükdə dünyaya ağalıq etmək iddiaları var. Ona görə də, şovinist fars düşüncə sisteminə söykənən İranın nüvə silahı əldə etməsi, ABŞ-dan qabaq onların gələcək planlarına ziddir. Amma bu gün "düşmənimin düşməni mənim dostumdur" prinsipinə əsasən, Çin və Rusiya İrana kömək edirlər. ABŞ-a, Avropaya təzyiq etmək üçün...

ABŞ bəzən "dost" seçməkldə yanılır

ABŞ və onun yandaşları bölgədə müttəfiq siçimində yanlışlığa yol verdilər. Adətən, böyük güclər, imperiyalar çalışırlar ki, başqa dövlətlərin ərazisində yaşayan, ekstremizmə, bölücülüyə meylli toplumlardan istifadə etsinlər. Vaxtilə, ermənilərə də "Dənizdən dənizə böyük Ermənistan" xəritəsini cızıb verdilər. İndi erməni kartı bölgədə dəyərdən düşüb. Heç Ermənistanın özündə əhəmiyyətli sayda erməni qalmayıb. Ermənilər də Qərb dünyasının yaşadığı bir faciəni - ölü millətə çevrilmə faciəsini yaşayır...
Bu gün bölgədə "Böyük Kürdüstan" yaratmaq ideyasını günhəmə gətirənlər özləri belə bir şeyin gerçəkləşəcəyinə inanmırlar. Amma bir bayraq kimi toplumun əlinə verirlər və onu dumanlı bir perspektivə sürükləyirlər. Tarixən bir yerdə yaşadığı, qaynayıb-qarışdığı xalqlarla üz-üzə qoyurlar. Çox təəssüfləndirici və acı bir haldır ki, kürd qardaşlarımız yabançı qüvvələrin təhriki ilə "maşa"ya çevrilə bilirlər. Onlara da eynilə "Böyük Ermənistan" kimi "Böyük Kürdüstan" xəritələri ötürürlər. İndi ABŞ-ın "maşa"lardan təzyiq vasitəsi kimi istifadə etmək siyasətindən əl götürüb-götürmədiyi yaxın zamanlarda bəlli olacaq.
ABŞ-ın bölgədə yeritdiyi siyasət Türkiyəni silkələdi və Türkiyə toplumunu oyatdı. Bu, Tanrıdan gələn, millətin özünüqoruma instinktidir. İnsanlar özlərinə sual etdilər ki, əcəba bizə strateji müttəfiq deyən bir dövlət, terrorçuya, bölücüyə necə dəstək ola bilər? Bu hansı strateji müttəfiqliklə bir araya sığır? İndi bəzən Türkiyədə millətçilik dalğasının qalxdığı deyirlər. Əslində, bu millətçilik özünüqoruma millətçiliyidir.

Bizlər nə etməliyik?

Bu gün Böyük Orta Doğu deyilən bölgədə 7 müstəqil türk dövləti var. Əslində, Orta Doğu elə türk dövlətləri deməkdir. Biz də taleyimizi tarixin axarına buraxa bilmərik. Çünki, yaranmış tarixi şansdan gərəyincə faydalana bilsək, bölgəmizdə və dünyada sülhün qarantı ola bilərik. Eyni zamanda, heç bir əndazə gözləmədən aparılan bu qaba siyasətin içərisində məhv olub gedə də bilərik. İndiki özünəarxayınlığımızın da psixoloji, tarixi səbəbləri var. O qədər şanlı keçmişimizlə fəxr edirik və ona güvənirik ki, gələcəkdə bizi gözləyən qlobal təhlükələri görmək və ona qarşı indidən tədbirlər almaq istəmirik.
15 il öncə rəhmətlik Turqut Özalın və başqa böyüklərimizin dilindən səslənən "21-ci əsr Türk əsridir" şüarı, təsadüfi, gəlişi gözəl sözlər deyildi. Həqiqətən, proses ora gedirdi. Amma ABŞ, İngiltərə, İsrail bu axını öz məcrasından çıxarıb başqa istiqamətə yönəltmək istədilər...
Bu gün Türk dünyası güc mərkəzlərinin və bu iddiada olanların əhatəsindədir. Şimalda Rusiya. Əvvəlki gücünü itirsə də, daim öz potensialını bərpa etməyə qadirdir. Cənubda artıq ABŞ yerləşib. Qərbdə, digər güc mərkəzlərindən zəif olan Avropa Birliyi. Şərqdə, böyük potensialıolan və sürətlə inkişaf edən Çin. Demək, Türk dünyamız 4 güc mərkəzinin əhatəsində olmaqla, həm də təhlükəsi altındadır. Bu güclərdən hansısa biri çökə bilər, lap ikisi... Amma potensial təhlükə hər zaman var. Xilas yolu, Türk cümuriyyətlərinin birliyidir. Bu, birlik keçmişdəki kimi dünyada hökmran olmaq üçün yox, özünüqorumaq üçün zəruridir. İndiyədək ayrı-ayrı güc mərkəzləri Türk cümhuriyyətlərini öz tərəflərinə çəkməyə çalışdığından və bir çox hallarda buna nail olduğundan, 5-ci güc mərkəzinin yaranması baş tutmayıb. Bəzi hallarda isə bu cümhuriyyətlər arasında müəyyən problemlər yaşanıb.
Ümumiyyətlə, bu gün dünyada tarazlığı bərpa etmək üçün 5-ci güc mərkəzinə ehtiyac var. Bu güc mərkəzi tək bölgədə deyil, həm də dünyada sülhün, əmin-amanlığın qarantı ola bilər. Birincisi, özümüzü qorumaq, ikinci müsəlman dünyasına, üçüncü dünyada əzilən millətlərə himayə olmaq üçün güc mərkəzinə çevrilə bilərik. Türk imperatorluqlarının uzunömürlüyünün bir səbəbi də ədalət və başqa millətlərə hörmət olub.
Birlikdən söhbət düşəndə, paralel olaraq onun forması haqda suallar meydana çıxır. Bu gün Ərəb Liqası var. Amma milli maraq üzərində deyil, iqtisadi maraq üzərində qurulduğundan yerimir. Çünki, hər dövlət öz mənfəətini güdür. Müxtəlif millətlərdən ibarət olan Avropa Birliyini iqtisadi amillə yanaşı, xristian mədəniyyəti birləşdirir. Amma Böyük Orta Doğudakı Türk cümhuriyyətlərinin əhalisi eyni soya və eyni mədəniyyətə mənsubdurlar. Üstəlik də, bu dövlətlərin toplumlarını birləşdirən eyni dini inanca mənsub olmalarıdır. Bizi birləşdirən əsas amil milli birliyimizdir. Ona görə, belə düşünürük ki, Türk dövlətləri qarşıdakı 10 il müddətində Avropa Birliyi tipli birliyə çevrilməlidir. Və dünyada heç kim də buna pis baxa bilməz.
Hər şeydən öncə, bu cümhuriyyətlərin toplumlarına çatdırılmalıdır ki, bu birlik zəruri, həyati və qaçılmazdır.
İkincisi, toplumlar iqtidarlara təsir etməlidir ki, bu birliyə can atsınlar və onu yaratsınlar.

http://www.turkustan.org/index.php?lngs=aze&id=397