Türklərin tarixi missiyası

Bu düzən belə davam edə-edə, nəhayət "Birələr Filləri" uddu, irqçilik yarandı.
Hələlik dünya tarixşünaslığının qəbul etdiyi ilk dövlət sayılan Şumerlərdən tutmuş Elam, Misir, qədim Anadolu, Assur, Midiya, Yunan, Roma, Çin, Hind, Etrüsk və qədim Germanlara, ilk dinlərdən tutmuş bəlli başlı dinlər olan Buddizm, Hinduizm, Musəvilik və Xristianlığa qədər bəşər tarixinə bəlli bütün dövlət və dinlərdə insanlar siniflərə bölünmüş, insanlıq bu və ya digər dərəcədə aşağılanmışdır. İnsanlar ağalara və kölələrə bölünmüşdür.
Dünya tarixinin hər səhifəsində bu və ya digər dərəcədə yeri olan Türklərin üç qitədə min beş yüz illik hakimiyyəti dönəmində köləlik olmamışdır. Əksinə, Türklər özlərindən daha çox hakimiyyətləri altına aldıqları xalqlara fövqaladə parlaq dövrlər yaşatmışlar. Onlar yalnız ayrı-ayrı xalqları hakimiyyətləri altında saxlamaqla yetinmiş, onların normal həyat tərzlərinə, adət-ənənələrinə, dinlərinə hörmətlə yanaşmış, hətta onlarla qaynayıb-qarışmış və bugünkü superetnos olan yeni Türkləri meydana gətirmişlər.
Halbuki bugünkü Avropa mədəniyyətinin beşiyi sayılan Roma imperatorluğunda kölələr hətta alətlər sinfinə aid edilmişlər. Roma ideoloqlarına görə, alətlər üç qismə ayrılır. Səssiz alətlər - arabalar, söz söyləməyən alətlər - heyvanlar və söz söyləyə bilən alətlər - kölələr.
Tarixin "mədəni" xalqlarından fərqli olaraq tarixin heç bir dönəmində Türklər özlərinə qul saxlamamış, üzərlərində hakim olduqları xalqlardan qul kimi istifadə etməmişlər. Özləri də heç kimə qul olmaq istəməmişlər. Hətta ərəblər tərəfindən əsir alınaraq xilafətin mərkəzinə gətirilən və "məmlük" adlandırılan Türklər az zaman keçməmiş hakimiyyəti ələ almış - "Məmlük Türk dövləti" yaratmışlar.
Tarixdə Türklərdən başqa Həzrəti Adəmdən bu günə qədər para ilə satın alınan əsirlərin sultan olduğu heç bir yerdə görünməmişdir.
Miladdan öncə birinci minillikdə Zaqros dağları ətrafında yaşayan ön Turanlılar özlərini Perslərdən fərqləndirmək üçün özlərinə "Ari" - Təmiz, perslərə isə "çirkli" dedilər. Gerçəkçi düşüncələri, əxlaqi əsaslara bağlılıqları, dini duyğularının qüvvətli olması baxımından özlərini "Ari" adlandıran ön Turanlılar dövlət qurduqları bir dönəmdə perslər hələ qəbilə dövrünü yaşayırdılar. Miladdan öncə doqquz yüzüncü illərdə Turanlıların qorxusundan güneyə doğru köç edərək Pers imperatorluğu quran farslar daha sonra Turan mədəniyyətinin bir çox ünsürləri ilə yanaşı, "Ari" sözünü də mənimsəyərək özününküləşdirdilər və daha sonra sözün ilkin mənasını tamamilə dəyişdirərək ona irqçilik donu geydirdilər. Həhayət, bu söz Avropalıların üstün irq iddialarının təməl daşına çevrildi.
Qədim Türklərdə "Aydan arı, sudan duru" kimi "təmizlik, paklıq" anlamında olan "Ari"liyi özününküləşdirən, ağa-qul tendensiyasını saxlayan perslər ön Turanlılardan fərqli olaraq öz əxlaqi çirkinliklərindən əl çəkməyərək hətta ən ali sayılan xanədan üzvləri belə ailəiçi evliliyi - bacı, qardaş, ata qız evlənmələrini saxladılar və buna da "təmiz" qan adı qoydular.
Ön Turanlılardan sonra tarix səhnəsinə çıxan Hunlar, Göytürklər, Qaraxanlılar, Qəznəvilər, Səlcuqlular, Atabəylər, Moğollar, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Teymurilər, Səfəvilər və b. kimi Türk imperatorluqlarında çox ciddi əxlaqi ailə disiplini hökm sürmüş, Roma imperatorluğundakı kimi ağa-qul münasibətləri olmamış, yalnız savaş əsirliyi və qəbilə tabeliyi olmuş, heç bir irqi ayrıseçkiliyə yol verilməmişdir.
Tarixin heç bir dönəmində Türklər savaş əsirləri ilə Assurlular kimi - ələ keçirdikləri düşmənin dərisini soyub zəbt etdikləri şəhərin qapısından asmamış, farslar kimi fillərə çeynətməmiş, şirlərə parçalatmamış, qədim yunanlar və romalılar kimi əsirləri qladiator döyüşünə çıxarıb bir-birinə parçalatmamış, minlərlə insanı diri-diri çarmıxa çəkdirməmiş, qadın və cocuqları birlikdə öldürməmişdir. İslamdan öncəki ərəblər və Amerikanı fəth edən Avropalılar kimi əsirləri toplu halda tonqalda yandırmamış, başqa xalqlar kimi onların bədən üzvlərini ayrı-ayrılıqda kəsərək işgəncə ilə öldürməmiş, ermənilər kimi hamilə qadınların qarnına qaynar samovar bağlamamış, cocuqların başının dərisini soymamış, turbalar doldurub hər iki tərəfdən qaynaqlatmamışdır. Serblər kimi kütləvi şəkildə diri-diri torpağa gömməmiş, faşistlər kimi insan dərisini soymamış, ingilislər kimi plantasiyalarda qulları bir qarın çörəyə gecə-gündüz işlətməmişlər.
Tarixin "mədəni" xalqlarından fərqli olaraq Türklərdə tarixən siniflərə bölünmə anlayışı olmamışdır. Millət bütünlüklə ordudan ibarət olmuşdur. İnsanları miskinləşdirən, onları üstünlük sırasına görə siniflərə ayıran Buddizm, İnduizm, Veda dini də Türklərin sosial bərabərlik sistemini poza bilməmişdir. Əksinə, Hindistan sosial həyatının əsas ünsürü sayılan kasta sisteminin zillətindən Türk-Hind imperatorluğu dönəmində, qismən də olsa, qurtulmuşdur. Hələ XVI yüzillikdə Türk Əkbər şah Hindistanda böyük sosial reformalar həyata keçirmiş, siniflər fərqini aradan qaldırmağa çalışmış, hindlilərlə müsəlmanların bərabərliyini təmin etmiş və tarixdə "savaş əsirliyini aradan qaldıran ilk xaqan" adını qazanmışdır. Bütün bunları və Türklərin Hindistandakı başqa fəzilətlərini yüksək dəyərləndirən müstəqil Hindistanın ilk baş naziri Hehru bu gerçəyi minnətdarlıqla belə ifadə etmişdir:
"Hindistanın quzey batısından gələn mücahidlərin (təbii ki, Türklər nəzərdə tutulur - A.S) və islamın Hind tarixindəki əhəmiyyəti böyükdür. Çünki islam (Türklər vasitəsilə Hindistana aparılan islam - A.S) Hind cəmiyyətində yayqın olan fəsadı söndürmüş, sinif ayrılığını və insanları cəmiyyətdən təcrid etmə - pariya sistemini aradan qaldırmış... müsəlmanların inandıqları və yaşadıqları İslam qardaşlığı və bərabərliyi nəzəriyyəsi Hindlilərin təfəkküründə dərin təsir yaratmışdır".
Bəşər tarixinin "mədəni" xalqlarından fərqli olaraq tarixən Türklər heç bir xalqı "barbar" adlandırmamışdır. Lakin Türklərə gücü çatmayan, onları öz əsarəti altına ala bilməyən çinlilər, romalılar, farslar, ərəblər Türkləri "barbar" adlandırmış, əsir aldıqları Türklər və başqa xalqlarla son dərəcə qəddar davranmışlar.
İlk öncə yunanca danışarkən fikrini tamam anlada bilməyənlər, daha sonra başqa xalqlara, sonda isə insanları köləyə çevirmək üçün "mədəni olmayan" anlamına gələn "barbar" sözü, nəhayət, yunanlara düşmən olan xalqlara verilən bir ad oldu. Hətta tarixdə yunanca danışanlardan heç kimə "barbar" deyilmədi. Özgələri "barbar" adlandıran yunanlar ən inkişaf etdikləri dövrlərdə belə tarixdə analoqu olmayan, insan ləyaqətini tapdalayan, köləliyi dövlət siyasətinin ana xəttinə yüksəltmiş, toplumun doxsan faizini köləyə çevirmişlər. Bu isə insanlıq tarixində ən böyük barbarlıqdır.
İnsan mənəviyyatını, ləyaqətini alçaldan bu yanaşma tərzi nə qədər barbar, vəhşi olsa da XVIII əsrdə mədəni Avropada köləlikdən insanlıq üçün daha iyrənc olan irqçilik yarandı.
Mədəni Avropanın ən böyük düşünürləri belə irqçilik azarından qurtula bilməmişlər. Belə ki, ingilis düşünürlərindən Con Foskedən tutmuş fransız Volter və Montesküyə, şotland David Humdan tutmuş alman Kant, Hegel və Şellinqə və ən nəhayət, irqçiliyin simvoluna çevrilmiş Fridrix Hitşe və faşist Hitlerə qədər bu ideyanın daşıyıcıları və sonda "Dünyadakı bütün alt insanların yox edilməsi" fikrinə gəlib çıxmış və zaman-zaman hətta bunu həyata da keçirmişlər. Halbuki, tarixdə heç bir Türk düşünürü irqçiliklə bağlı bir cümlə belə söyləməmişdir.
Üç qitədə minillik bir hakimiyyətə sahib olan Türklər tarixə yön verən böyük mədəniyyətlər yaratmaqla yanaşı, heç bir dövrdə irqçiliklə bağlı tarixi bir qüsur işlətməmişlər. Onlar Tanrının Qırmancı Atillanın: "Tək ataya və irqə dayanan bir millət zəifdir. Bizə qatılmaq istəyən bütün yabançılara qucaq açmaq, onlara sayqı göstərmək, dilimizi, adət-ənənələrimizi öyrənmək vəzifəmizdir" vəsiyyətinin birinci hissəsinə bütün tarix boyu əməl etmişlər. Əgər belə olmasaydı, Türklərin hakim olduğu məmləkətdə heç bir xalq XXI yüzilə öz adları ilə gəlib çıxa bilməzdilər. Onda tarixdə ğnə rus, nə fars, nə ərəb, nə yunan, nə bolqar, nə alban, nə serb, nə xorvat, nə rumın, nə erməni, nə də kürd qalardı. Söhbət minillik bir hakimiyyətdən gedir.
Çox təəssüflər olsun ki, Türklər bu ulu şəxsiyyətin vəsiyyətinin ikinci hissəsinə - dil və adət-ənənənin öyrədilməsinə əməl etməmiş və bununla da tarixi bir xəta etmişlər ki, bu xətanın əzabını indiki bizlər çəkirik.
Tarixdə Türklər irqçi deyil, beynəlmiləlçi, təqlidçi, qorxaq deyil, yaradıcı, igid, cəsur millət olublar.
Əfsuslar olsun ki, Türklər tarixi yaratdı, amma yazmadı.
Tarixdə çinlilər, hindlilər, slavyanlar, romalılar, Bizanslar, Yunanlar, Germanlar, Fransızlar, Farslar, Ərəblər, bir sözlə, dünyanın bəlli başlı xalqları və dövlətləri ilə bu və ya başqa şəkildə əlaqədə və mübarizədə olan Trklər adı çəkilən hər bir xalqın və dövlətin tarixində və mədəniyyətində öz sözünü dedi. Fəqət bunları yazıya köçürmədi. Ona görə də Türklər haqqında yazıda yalnız düşmən fikir və mülahizələr kök saldı. Türkün qılıncına gücü çatmayan düşmənlər qisası qələmlə aldılar. Onlar Türkün yaratdığı bütün maddi, mədəni və mənəvi dəyərləri özününküləçşdirdi, əvəzində Türklər düşmən qələmndə "barbar", "vəhşi" və s. adlandırıldı.
Türk düşmənqçiliyi təkcə təmasda olduqları ərəblərin, farsların, rusların, çinlilərin, yunanların əsərlərində deyil, onların vasitəsilə heç bir zaman qarşı-qarşıya gəlmədikləri xalqların da tarixi mənbələrində öz əksini tapmışdır. Bütün bunlar isə sonda dünya tarixşünaslığında bir Türk düşmənçiliyi ideyasını formalaşdırmışdır.
Dünya tarixini bir cümləyə sığışdırmalı olsaq, belə bir deyim alınar: "Tarix xalqların bir-biri ilə mübarizəsi tarixidir". İstər qılıncla, istərsə də qələmlə olsun.
Bu mübarizədən qalib çıxanlar yaşama haqqı qazanır, məğlub olanlar isə tarixə qovuşurlar. Tarix bir etnos üzərində yeni-yeni superetnosları formalaşdıraraq dünyada hakim mövqeyə çıxarır. Üzərində formalaşan hakim etnoslarda tənbəllik, ağalıq, mənəm-mənəmlik yarandığından müəyyən bir tarixi dövrdən sonra əlindən heç bir iş gəlməyən bu hakim etnosun özü məhkum etnosa çevrilir və yerini dövlətdə daha çox əməyə cəlb edilən, hər işdən başı çıxan etnosa təhvil verir. Bu gün biz Türklər iki yüz illik əməyə cəlb edilmiş etnoslardanıq. Zaman yetişib. Tarixdə öz sözümüzü yenidən deməliyik. Tarixi xətalarımızdan ibrət dərsi almalıyıq.
XX əsr millətlərin sınaq əsri idi. Bu əsrin sınağından çıxan millətlər tarixdə yaşama haqqı qazandılar.
XXI əsr isə millətlərin yarış əsridir. Bu əsrdə yarışdan qalib çıxan millətlər hər şeyi diktə etməyə qadir olacaqlar. Yarışdan geri qalmamaq üçün çox şey lazımdır. Lakin ən əsası özünəinamdır.
Özünə inan, ey Türk! Sən özünə inansan, yenidən böyüke olacaq, öz tarixi missiyanı yenidən şərəflə həyata keçirəcəksən. Dünyaya ədalətlə dayanan yeni bir düzən gətirəcəksən!

Aydın Səlcuq

http://www.turkustan.org/index.php?lngs=aze&id=396