خرداد آيينين قيامی حاقدا بيلديريش

 

آذربايجان قئيرتلی ميللتی

 1385 جی ایل خردادین بیری آذربایجانین باش کندی(پایتختی) تبریزده آذربایجان تورک ميللتی فارس شوونیسمينین علیهینه ميللی قیاما باشلامیشدیر.  داها اول دن بیر یورویوش کیمی پلانلاشدیریلدیغینا باخمیاراق اوز وئرن حادثه لر یورویوشون گوزله نیلمز و اینانیلماز درجه ده گنیش و بؤیوک اولماسینا سبب اولدو. یورویوشدن بیر هفته اول ایران روزنامه سی  تورکلری پیس پیسا آدلاندیراراق بؤیوک اهانت ائتدی. ایران روزنامه سینین ميللی غروروموزا ائتدیی  بو تحقیر سبب اولدو کی مینلر سویداشیمیز اعتراض دعوتینه مثبت جواب وئریب تبریزده اعلان ائدیلن راستا کوچه و بازار آغزینا اعتراض مقصدی له توپلانسین.  چوخ کئچمدی کی بو سای میلیونا قالخیب  و تام معناسیندا ميللی قیاما چئویریلدی.

میللتین قیامیندان وحشته دوشن فارس شوونیست حکومتی تظاهراتی دوردورماق اوچون ملتیمیزه آتش آچیب و 50 یاخین سویداشیمیزی شهید ادیب 100 لرین یارالیيب ، 15  مین نفر ه یاخین یاخالادی. بالانسین ایتیرمیش و زوالینا شاهید اولان  فارس شوونیسمی میللتیمیزی  قاندا بوغماق اوچون کرمان، شیراز و اصفهاندان طیاره لرله فارس پاسدارلارینی آذربایجانا توکدو.

فارس شوونیسمینین بو چابالاری ميللی قیامی انگلیه بیلمدی و تبریزین آردیندان مرند،اورومو، سولدوز،قوشاچای ، زنجان ،اردبیل، خیوو(مشکین ) و باشقا آذربایجان  شهرلرینده ميللی قیام یایلدی. بو هارای لار 80 ایل فارس شوونیسمینین باسقیسی  آلتیندا جانا گلمیش آذربایجان تورکونون عصیان هارایدیر. 80 ایل فارس شوونیسمی بیزیم کیملیگیمیزی ده يیشدیریب فارسلاشدیرماقا چالیشدی آمما ملتیمیز قیام ائدیب هارای –هارای من تورکم ديیه رک فارس شوونیستلرینین اشغالچیلیق و زوراکیلیغینین سونو گلیب چاتدیغینی اعلان ائتدی.  او گوندن بری فارس شوونیست حاکیمیتینین جانینا لرزه دوشوب و هر آن میللتیمیزین انتقامی قورخوسوندان گوزوندن یوخوسودا قاچمیشدیر.آند ایچیریک کی فارس شوونیستلرینی مقدس توپراقیمیزدان قوووب آنا یوردوموز گونئی  آذربایجانی اشقالدان آزاد ائده جه یيک .   

آذربایجانین قهرمان میللتی

 میللی قیامیمیزین  ایکینجی ایل دؤنومونده شهیدلریمیزله آندیمیزی تزه لیيب  یوللارینی  دوام ائده جگیمیزی ثبوت ائدک.خرداد آینین بیریندن اعتبارن آذربایجانین مختلیف شهرلرینده تظاهراتلاریمیز اولاجاقدیر.هارای هارای من تورکم شعارلاریمیزی ائشیتدینیزده بیزه قاتیلین . بیر یوموروق اولاق و فارس شوونیسمینی توپراقیمیزدان قوواق.

شعارلاریمیز:

هارای هارای من تورکم.

اوز دیلیمده مدرسه -مدرسه

تورک اولر اسیر اولماز .

آذربایجان تورکوندور.

رد اولسون اشغالچی فارس.

بیز قهرمان تورکلریک – فاسلارا باش اَیمه ریک .

شهیدلرین قانینا- قان آلاجاق میللتیم.

اشقالچی فارس جانینا اود سالاجاق میللتیم.

اوز الیمیز اوز باشیمیز.  یاشاسین استقلالیمیز.

یاشاسین آزاد آذربایجان.

 

 گونئی آذربایجان استیقلال پارتیسی

 16 اوردیبهشت 1387 ،  5 مای ، 2008


 

 

8 MAY – AZƏRBAYCAN ÖYRƏNCİ GÜNÜ MÜNASİBƏTİLƏ

GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ

M Ü R A C İ Ə T İ

Dəyərli Azərbaycan öyrənciləri! 
 
Bildiyiniz  kimi, bünövrəsi milli demokratik dəyərlər üzərində qurulmuş  Güney Azərbaycan  milli azadlıq hərəkatının əsas məqsədi millətimizin  tarixi haqqı olan  milli hüquqları əldə etməkdən ibarətdir.
Güney Azərbaycan milli hərəkatı hisslərə söykənən,  ani hadisələr törədən kortəbii bir proses deyil. Çünki, hərəkatın güc mərkəzini təşkil edən milli hərəkat fəalları milli düşüncə və davranış  sistemində müasir və demokratik əsaslara söykənərək mübarizə aparırlar.  Milli hərəkatın əsas təməlinin oluşdurulmasında  Azərbaycan Öyrənci hərəkatı önəmli rol oynayır.   Bu hərəkatın başladılmasında əsas rolu olan Azərbaycanın tanınmış  ziyalıları elmi potensiala  sahib öyrənci kəsimini milli hərəkata gətirməklə önəmli addım atmış oldular.   Bu ənənənin davam etdirilməsi hərəkatın sistemli şəkildə kütləviləşməsi deməkdir və  intellektual düşüncə sistemini milli hərəkata gətirərək aktivləşdirmə tezisi bu gün də gündəmdədir.
1995 – ci ildən etibarən Azərbaycan öyrənci hərəkatı  milli məfkurəyə  əsaslanaraq,    fars şovinizminin uydurduğu saxta kimliyə, milli  ayrıseçkiliyə “yox” deməklə,  Azərbaycan milli azadlıq  hərəkatında  yeni bir mərhələnin  başlangıcını qoydu.  Azərbaycan türklüyünə  söykənən Azərbaycan öyrənci hərəkatı  Güney Azərbaycanımızın  milli, siyasi, mədəni və iqtisadi problemlərini milli hərəkatın gündəminə  daşımaq, bu problemlərin səbəblərini elmi şəkildə araşdırmaqla yanaşı, bundan  çıxış yollarını  axtarmaq istiqamətində  bir çox proseslərin  başlangıc mərhələsi olmuşdur.
Öyrənci hərəkatı Güney Azərbaycan milli hərəkatının  tərkib hissəsi olmaqla yanaşı, həm də milli hərəkatın  prinsipial  dəyərlər sistemini qoruyur. Millətimizin strateji  hədəflərə çatmaq  üçün apardığı proseslərin təməl prinsiplərinin sarsılmaz inanc və milli demokratik dəyərlər üzərində qurulmasında Güney Azərbaycan öyrənci hərəkatının təmkinli  və qərarlı addımları zəruridir və milli  hərəkatın kütləviləşməsi üçün olduqca vacibdir. 
Milli hərəkatımızın alt yapısının qüdrətli olması  həm də Millət və Vətən məfkurəsinin kütləviləşməsindən keçir. “Hər şey  millət və Vətən  üçündür!”  düşüncəsini  öyrəncilər öz fəlsəfi düşüncələri , elmi yazıları və praktiki fəaliyyətləri ilə   milli kimliyimizin ayrılmaz  parçasına çevirməlidirlər. Şübhəsiz ki, bu istiqamətdə atılan hər bir addım millətimizin sahib olduğu  iqtidar və gücü,  başda fars şovinizmi olmaqla,   bütün dünyaya göstərmiş olar. Belə olduğu təqdirdə  heç bir yabançı güc Güney Azərbaycan milli azadlıq  hərəkatının  əsas dayaq və vazkeçilməz prinsiplərinə  toxunma cəsarətini tapa bilməz. Bu həm də millətimizin həqiqi varlığını  inkar siyasətilə danan  fars şovinizminə  birdəfəlik “Dur!”  deməkdir. Milli hərəkatın öyrənci kəsimi  rejimin  hər hansı təxribatyönlü və  caydırıcı  oyunlarının təsirindən uzaq qalmaqla bərabər ,  milli hərəkatın inanc və dəyər sisteminin güclənməsində  davamlı fəaliyyət göstərməlidir.
Azərbaycan öyrənci hərəkatı Güney Azərbaycanda gənc və intellektual kəsimin  yüksək səviyyədə aktivliyini  təmin etməklə yanaşı, həm də kütlə və ictimai – siyasi qurumlar arasında körpü olmalıdır. Belə olduqda  bütövlükdə  milli hərəkatımızın  sistemli inkişafı təmin edilər,   həmçinin kütlə və təşkilatlar  arasında  yeni bir  əlaqələndirmə sistemi yaranmış olar.  Bu əlaqələndirmə sistemində Azərbaycan milli hərəkatının doğru yolda  irəliləməsi tənzimlənəcəkdir.  Öyrənci hərəkatı kütlənin  milli maariflənmə prosesindəki fəaliyyətini  elə bir səviyyədə aparılmalıdır ki, Azərbaycanımızın milli, siyasi, ictimai, mədəni və iqtisadi  problemlərinin həlli  məqamında  parçalanmaya  yönəlmiş hər hansı  düşüncəyə yol verilməsin. Bu həm də milli mübarizəmizdə   milli ziyalı kəsimindən ibarət  güc mərkəzinin  formalaşması istiqamətində irəliyə atılacaq ən önəmli addım olacaq.
Güney Azərbaycan İstiqlal Partiyası  19 ordibeheşt  ( 8 may )  Azərbaycan öyrənci günü münasibətilə  bütün Azərbaycan öyrəncilərini  və millətimizi təbrik edir! Inanırıq ki, uğrunda öləcəyimiz Vətənimiz Azərbaycan, sarılacağımız bayraq və əbədi uyuyacağımız Vətən torpağı uğrunda  şərəfli savaşımız  millətimizi qələbəyə qovuşduracaq!  
 
Yaşasın Azərbaycan !
Yaşasın  Azərbaycan Öyrənci Hərəkatı !
 
 
 
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI
 
                                                                                                                04.05.08