Urmiya türməsində aclıq aksiyası
 

Elgölünə atılmış şəhidin adı bəlli olub




Güney Azərbaycan şəhərində həbs edilmiş siyasi məhbuslar etiraz aksiyasını davam etdirirlər. Güney Azərbaycan İstiqlal Partiyasından "OLAYLAR"a daxil olan məlumata görə, Urmiyada saxlanan məhbuslar artıq bir həftədir ki, aclıq aksiyası keçirirlər. Qeyd edək ki, ötən ilin may hadisələri zamanı rejim caniləri tərəfindən öldürülərək Elgölünə atılmış şəxslərdən birinin adı bəlli olub. Bu şəxs Milli hərəkat fəalı Səyyad Əlipurdur. Şəhidin anası bildirib ki, rejim S.Əlipurun intihar etdiyini bildiribmiş.

Urmiya türm?sind? acl?q aksiyas? » Olaylar Informasiya Agentliyi




 



 

 

TƏBRİZLİ DEPUTAT İRAN REJİMİNƏ QARŞI ÇIXDI

Güney Azərbaycan şəhərlərində gərginlik davam edir. İranın rəsmi və qeyri-rəsmi intizam qüvvələri xüsusilə universitetləri nəzarət altında saxlamaqda davam edirlər.
Tehran rejimi bütün Güney ərazisində vahimə mühiti yaratmaqdan ötrü ən ağlasığmaz hərəkətləri edir. Milli hərəkatın fəalları, hərəkata yaxın ziyalılar, iş adamları, tələbələr, hətta hərəkat ideyalarına rəğbəti olan insanlar belə repressiya maşınının caynağından qurtula bilmir, müxtəlif formalarda təzyiqlərə məruz qalırlar. Xüsusilə də milli hərəkatın aksiyalarında iştirak edən türk xanımlarının təcridxanalara gətirilərək soyundurulması, onların bədənlərinə ərəb əlifbası ilə müxtəlif sözlərin yazılması Güneydə sərt etiraz doğurub. Güney Azərbaycandan gələn xəbərlərə görə, bu cür özbaşınalıqlardan qeyzlənən güneyli soydaşlarımız fars şovinizminin həqarətinə sərt reaksiya verməyə qərar verib. Ancaq insanlar daha böyük itkilərə yol verməməkdən ötrü düşünülmüş addımlar atmaq razılığına gəliblər. Bu mənada Babək qalasına yürüşdə kişili-qadınlı yüz minlərlə insanın iştirakı istiqamətində işlər görülür.
Bu arada İran parlamentinin-İslami Şura Məclisinin Təbrizdən olan deputatı Əkbər Ələmi hökumətin azərbaycanlı milli fəallara qarşı yol verdiyi zorakılığa və milli fəalların kütləvi şəkildə həbs olunmasına etiraz edib. Ə.Ələmi bununla bağlı İranın təhlükəsizlik nazirinə, yəni ETTELAAT-ın rəhbərinə və daxili işlər nazirinə sorğu ünvanlayıb. Güneydən verilən məlumata görə, millət vəkili İranda türk dilində məktəblərin açılmasını və tədrisin ana dilində aparılmasını tələb etdiyinə görə Azərbaycan türklərinin böyük bir qisminin təhqirlərə məruz qaldığını, həbs olunduğunu və həbsxanada ciddi təzyiqlər altında yalançı etiraflar, ifadələr verməyə məcbur edildiklərini bildirib. Deputat öz sorğusunda təhlükəsizlik və daxili işlər nazirlərindən soruşur: “Sizcə, insanları yalnız öz ana dilinə və doğma mədəniyyətinə bəslədiyi sevgiyə və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdiyinə görə həbs etmək olarmı? Sizcə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə insanların ən ibtidai və insani hüquqlarına, o cümlədən də söz və əqidə azadlığına, dinc məqsədlərlə, hər hansı bir odlu silah daşımadan keçirilən aksiyalarına qadağa qoymaq olarmı? Sizcə, özünün ibtidai və insani hüquqlarını tələb edən insanların heysiyyətinə, mənliyinə, şəxsiyyətinə toxunaraq heç bir əsas olmadan onların evlərinə girib şəxsi həyatına təcavüz etmək olarmı?”
Ə.Ələmi xatırladıb ki, İran konstitusiyasının 15-ci maddəsinə görə, fars dili ölkənin rəsmi dili olmasına baxmayaraq, İranda yaşayan bütün xalqların dilləri fars dili ilə yanaşı məktəblərdə tədris edilə bilər. Deputat 2006-cı ilin may hadisələrinin ildönümü ilə əlaqədar bu il mayın 22-də Təbrizdə və başqa şəhərlərdə azərbaycanlıların aksiya keçirən zaman zorakılıqlara məruz qalmasını da xatırladıb: “Polis və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib, istər aksiyalar zamanı, istərsə də ona hazırlıq günlərində bir sıra fəallar tutulub, həbsxanada təzyiq və işgəncələrə məruz qalıblar”.
Cavid TURAN
56 dəfə baxılıb

 

http://www.musavat.com/site/shownews.php?news_id=19136

 

Türkiyənin Azərbaycanda Böyükelçisi Hüseyn Avni Karslıolğu: " Keçmişə görə ah-vay etməyək, önümüzə baxmalıyıq"

 

"Azərbaycanın bölünməsi içimizi yandırırdı"

Hələ Azərbaycana Böyükelçi kimi ayaq basmamışdan buradan toplumun diqqətini çəkmişdi. Azərbaycanla, Türk dünyası ilə bağlı fikirləri, duyğuları ilə... Gəldi və özü haqda burada yaranmış təsəvvürlərin doğru olduğunu isbatladı.
Qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycanda bir neçə aydır fəaliyyətdə olan Böyükelçisi sayın Hüseyn Avni Karslıoğlu "Türküstan" qəzetinin suallarını cavablandırır:

- Sayın Böyükelçi, öncə istərdik, şəxsiniz haqda, keçdiyiniz həyat yolu haqda "Türküstan" oxucularına bilgi verəsiniz.

- Həyat yolumuz bir qədər rəngarəng oldu. Zatən, diplomatik çalışmada olanda həyat rəngli olur. Mənim üçün bu özəllik, bir çox ölkələrdə görəv yapmağımdan qaynaqlanır. Mən Yozqatda doğuldum. Amma iç Anadoluda bizə Karslıoğulları deyərlər. Çünki, dədəmiz 1877-78-ci Osmanlı-rus savaşı zamanı Karsdan köçmüşlər. Dədəm zabit olmuş, böyük bir mücadilə yolu keçmişlər. Böyük əmilərim Çanaqqalada savaşmışlar, Qafqaz cəbhəsində ruslara qarşı savaşmışlar. Bizim buralara olan sevgimiz bəlkə də kökdən gəlir. Yozqatdan sonra Almaniyada, daha sonra İstanbulda oxudum. Dış İşləri Bakanlığının (Xarici İşlər Nazirliyi) imtahanını qazandım. Ailəmiz mənim diplomat olmağımı istəmirdi. Çünki, bürokrat olmaq bizim ailədə xoşlanılmırdı. Deyirdilər, bürokrat olanda, dövlətlərin, hökumətlərin sözçüsü olursan, özgür, bağımsız düşünə bilmirsən. Amma iş adamı olsan daha çox para qazana bilərsən, daha bağımsız olarsan, gəlirlərini daha sərbəst xərclərsən, fəqir-füqəraya daha yaxşı əl tuta bilərsən... Amma diplomat işini seçdim. Çünki, yurd dışındakı xalqıma belə daha yaxşı xidmət edə biləcəyimi düşünürdüm. Özümü onlardan biri sayırdım. Hələ də bu seçimimə inanıram və dış işləri sahəsində çalışmağımdan çox məmnunam.

- İlk diplomatik fəaliyyətini necə, haradan başladı?

- Mən universiteti bitirdikdən sonra İrana təyin olundum. Əvvəl, üçüncü katib, sonra ikinci katib. İran mənim həyatımı çox etkilədi, çox təsirlər buraxdı...

- Bu hansı illəri əhatə edir?

- 1984-1986-cı illərində orda oldum. İraq-İran savaşı dönəmiydi. Həm də, İranda İslam inqilabının ilk illəriydi. İranda güclü bir fars kültürü, şiə kültürü və dini dövlət hakimdir. Şah hakimiyyətinin devrilməsinin bir səbəbi də onun fars siyasətinə söykənən təsirləri, türklərin aşağılanması, ağır şəkildə təhqir edilməsi idi. İranda çalışdığım müddətdə Türk dünyası ilə ilgili olan insanlarla, Azərbaycan türkləri ilə tanış oldum. Onlarla Astaraya, Ərdəbilə və başqa sərhəd bölgələrinə gəlib, ordan bu tərəfləri seyr edərdik. İrandan sovet Azərbaycanını görüb bağrımız yanardı. Həmçinin, "bu tayda yaşayanlar türklərdir" deyə mutluluq duyardıq. Amma o bölünmüşlükdən dolayı içimiz yanardı. Bölünməyə səbəb olmuş Gülüstan anlaşmasını, Türkmənçay anlaşmasını, hamısını oxuduq. Gördük nə olmuş, niyə olmuş. Bu tarixi bilgilər düşüncələrimizdə öz təsiri buraxdı. Mən Bəxtiyar Vahabzadənin şerləri ilə İranda çalışarkən tanış oldum. Başqa dərgiləri də oxudum və bunlar məni çox etkilədi. Urmiyədə, Təbrizdə insanlarla, intellektual şəxslərlə tanış olduq. Bütün bunlar mənim kimyamı tamamilə dəyişdirdi. Və bütün dünyaya daha fərqli baxmağa başladıq. O zaman bura Sovetlər Birliyinin tərkibində idi. Biz Sovetlərin belə tezliklə çökməsini ağlımızın ucundan belə keçirməzdik. 80-ci illərin ortalarından başlamış "qlasnost, perestroyka" şüarlarına şübhə ilə baxırdıq. Allaha şükür ki, nəticədə o zorakı dövlət yıxıldı. İrandan sonra Avstraliyaya - Sidneyə təyin olundum. Avstraliyada da 150 min türk var. Onların da yalnızlıq dərdi var, təcrid olunmuşlar. Görəvim daxilində onlara da yardım etməyə çalışdım. Yurd dışında olan soydaşlara dövlət adamları diqqət yetirincə, onlar güvənc duyurlar... Sonra Sidneydən Ankaraya gəldim. Bəzi nazirlərə özəl tələb müdürüyü yapdım. Daha sonra Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında çalışdım. Birləşmiş Millətlərdə çalışdığım zaman Azərbaycanın, o cümlədən digər Türk cümhuriyyətlərinin adı keçən toplantılarda iştirak edərdim. Hətta bu dövlətlərin nümayəndələrinin sayı az olduğundan hər toplantıya qatılmağa yetişə bilmirdilər. Bu dövlətlərlə ilgili bir məsələ olanda telefon edib onları çağırardım. Birləşmiş Millətlərdən Norveçə, Batuma getdim. İndi də Allaha şükür röyamda görmədiyim, xəyalımda olmayan bir görəvə - Azərbaycanda Böyükelçi vəzifəsinə təyin olundum. İki dövlətin, iki Türkün daha da yaxınlaşmasında müəyyən qədər xidmətim olursa, bundan ancaq mutlu ola bilərəm.

- Sayın Böyükelçi, buraya gəlməmişdən öncə Azərbaycanla bağlı fikirləriniz, duyğularınız bizlərə çatmışdı. Hər bir Anadolu türkündə Azərbaycana sevgi təbiidir. Sizdə isə bu hisslər bir qədər də fərqlidir. Bunun qaynağını və nədənlərini bilmək maraqlı olardı?

- Bir qədər əvvəl də xatırlatdığım kimi mənim atalarım, bir qanadımız Karsdan, Qafqazlardan gedib. Türkiyə, Azərbaycan Qafqaz... bura Oğuz dünyası, Türkmən dünyasıdır. Soyu, kökü eyni olanların bir-birlərinə doğmaca yanaşması təbiidir. Biz Türk olduğumuzu unutsaq belə, yabançılar sizə, bizə Türklüyümüzü xatırladırlar. Xatırlayıram, Almaniyada ilk məktəbə getdiyim zamanlarda, "Sən türksən, müsəlmansan", "qara türk" deyə bizi aşağılayırdılar. Mən də bunu deyən almanlarla qovğa edərdim. Mənə əslində, birinci onlar kimliyimi tanıtdı. Necə ki, ermənilər sizə "Türk" deyərək torpaqlarınızı işğal edib. Bax, belə təhdidlərdən sonra özünü tanıyırsan, o zaman Türk dünyana ilgi bəsləyirsən, Sovetlərin tərkibində böyük Türk dünyası olduğunu daha bilimli bir şəkildə görürsən. Hətta yabançı yazarların əsərlərini oxuyursan, xəritələrə baxırsan və anlayırsan ki, çox böyük bir soya mənsubsan, kültürə mənsubsan. Və bundan mutluluq duyursan. Azərbaycana olan sevgimiz də burdan qaynaqlanır.

- Qeyd etdiniz ki, İranda çalışarkən, Azərbaycanla sərhəddə gəlib acı hissləri ilə bu taya baxardınız. Burada Böyükelçi kimi fəaliyyətə başlamamışdan öncə Azərbaycanı, Azərbaycan toplumunu necə təsəvvür edirdiniz və burda yaşadığınız bir neçə ay ərzində Azərbaycanı necə gördünüz?

- Azərbaycan barədə əvvəldən də təsəvvürlərimiz vardı. Sovet dönəmində Azərbaycanı o zamankı sovet cümhuriyyətlərindən biri kimi təsəvvür edirdik. Amma onu da bilirdik ki, kültür yaşantısı çox zəngindir. Özəlliklə, musiqi sahəsində... Ancaq, türklük boyutunda nə qədər zəngin olduğunu və inkişaf etdiyini bilmirdik. Bəxtiyar Vahabzadə kimi bir neçə yazarı, Zeynəb Xanlarovanı tanıyırdıq. Həmçinin, buranın bir petrol mərkəzi olması və 2-ci Dünya Savaşı zamanı almanların Azərbaycanı işğal etmək niyyətində olmasını da bilirdik. Bildiyimiz digər bir tarixi məsələ Nuru Paşanın Azərbaycana gəlməsidir. Amma maraqlananlar Azərbaycanla bağlı daha çox bilgiyə sahib ola bilirdi. Eynən də, biz. Mən ilk dəfə 1992-ci il yanvar ayında Azərbaycana gəlmişdim. Sonra 2004-cü ildə, 2005 də, 2006 da gəldim. Hər səfərimdə də buranın inanılmaz dərəcədə inkişaf etdiyini gördüm. Yüksək binaların tikilməsi, maşınlar, yaşam tərzi ilə, bir sıra projelərin həyata keçirilməsi ilə. Sözsüz ki, irəliləmələr hər yerdə eyni səviyyədə olmur. Fəqət, görünür ki, burda çox ciddi gəlişmə üçün təməllər qoyulub. Rayonlara çox gedə bilməmişəm. İndiyədək, Gəncəyə, Yevlaxa, Naxçıvana getdim. Amma gedib Azərbaycanın bütün rayonlarını görəcəyəm. Yerlərdə, bəzi fabriklərin, yeni məktəb binalarının açılması məni mutlu edir. Bu baxımdan Azərbaycanın gələcəyi ilə bağlı ümidliyəm. Yetər ki, gənclər gözəl oxusunlar, təhsil alsınlar. Biz Türkiyədəki təcrübələrimizi Azərbaycandakı qardaşlarımızla paylaşmalıyıq ki, bir zamanlar bizim etdiyimiz xətalar burda yapılmasın. Yəni, bizim buraxdığımız xətalara burda artıq vaxt xərclənməsin.

- Sayın Böyükelçi, Türkiyə-Azərbaycan ilişkilərinin hazırkı durumu Sizi qane edirmi?

- Hazırkı durum çox yaxşı. Yəni, siyasi ilşkilərimiz yaxşıdır. Yalnız iqtisadi sahədə inkişaf etməsi gərəkən məsələlər var. Daha çox Türkiyə yatırımları buraya gəlməlidir. Bunun müəyyən problemləri var. Azərbaycan zənginləşir, burda zəngin insanlar var. Onların da Türkiyəyə yatırım yapması gərəkdir. Necə ki, Türkiyənin gələcək potensialını ərəblər, bir sıra Avropa ölkələri görürlər, yatırım yapırlar, Azərbaycandakı zənginlər də Türkiyəyə diqqət yönəltməlidirlər.

- Son zamanlar Türk Cümhuriyyətləri arasında kövrək bir yaxınlaşma duyulmaqdadır. Bu yaxınlaşmanın daha böyük üfüqlərə yetişməsi üçün
Sizcə nələr etmək lazımdır?

- Bu işdə əsas görəv dövlət başqanlarının üzərinə düşür. 1992-ci ildən başlayaraq türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilir. Bu sıradan sonuncu toplantı da Türkiyədə keçirildi. Bu görüşmələrin davam etdirilməsi gərəkdir. Belə təmasların hər sahədə, parlamentlər arasında, alimlər arasında sürdürülməsi lazım. Fəqət, bu təmasların və yaxınlaşmanın daha sürətli olması üçün ortaq dilin gəlişdirilməsinə ehtiyac var. Dərs kitablarında ortaq dəyərlərə yer verilməsi, ortaq tarix yaradılması gərəkdir. Məsələn, Türkiyənin tarix kitablarında Uzun Həsənlə bağlı neqativ məqamlar var, Azərbaycanda tarix dərsliklərində Səlim Yavuzla bağlı... "O nə üçün savaşdı, bu nə üçün belə etdi" sorularına gərək yoxdur. Ortaq tarix kitabı yaradılmalıdır. Ortaq dil də həmçinin. Əgər bizim Türkiyə əlifbasında xətalar varsa, bu düzəldilməlidir. Bəzi hərflər - "x","ə" - bunlar nə üçün Türkiyə əlifbasına yerləşdirilmədi, bunu kim etmədi, niyə etmədi, bunun soruşulması gərəkdir. Artıq olan olmuş, keçən keçmiş. Bundan sonra nə yapmağımız lazım. Artıq bizim keçmişə baxıb, ah belə oldu, elə oldu deməklə vaxt keçirmək zamanımız yoxdur. Biz önümüzə baxmalıyıq. Bunun da görəvi intellektual insanların, öyrəncilərin üzərinə düşür. Bu baxımdan, ortaq televiziya yayımları, ortaq filmlər, Türkiyə filmlərinin burada və Orta Asiyada göstərilməsi lazım. Türkiyə telekanalları Azərbaycanda izlənilsə də, Orta Asiyada hər yerə ulaşa bilmir. Bu problemin ortadan qaldırılması da bir işdir.

- İraqın quzeyində - Türkmən qardaşlarımızın düşdüyü durum hər birimizi ağrıdır. Bu sahədə qardaş Türkiyənin hələ də səbrli davranışı nə ilə bağlıdır?

- İraqın quzeyindəki acılar hamımızı çox yaralayır. Tək türkmənlərin deyil, orada yaşayan bütün iraqlıların durumu. Orda çox böyük qanlar tökülür, böyük yaralar açılır, bölünmələr yaradılır. Bunun bir sonu olmalıdır. Türmanların acısı yüzillərdir davam edir. Onlar Səddam dönəmində də bu acıları yaşadılar. İndi daha da artıqdır. Oranın acısı yalnız Türkiyənin deyil, hamımızın acısıdır. Azərbaycanın da, Qazaxıstanın da, Özbəkistanın da, Türkmənistanın da, Qırğızıstanın da... Bunu hamımız dərk etməliyik. Oraya edilməli olan ən başlıca dəstək, türkman qardaşlarımızın öz kimliklərini qoruması, insani yardımların çatdırılmasıdır. Bu da təkcə, Türkiyənin üzərində deyil, Azərbaycanın da üzərindədir. Çünki, hamımız "Türkmanıq" deyirik.

- Təbii, Azərbaycan da qarışıq hər bir Türk Cümhuriyyəti İraq türklərinə dəstək olmalıdır. Amma buv məsələdə Türkiyənin rolunu irəli çəkməyimiz səbəbsiz deyil. Bu gün İraqın quzeyində qurulan qondarma Bərzani muxtariyyəti daha çox Türkiyənin milli güvənliyi üçün təhdiddir.

- Orada yaradılan süni idarətmələr özünü saxlaya biləcəkmi? - Bir sıra güclər o ərazilərdə hər zaman müəyyən işlər görməyə çalışıblar. Amma bacarmadılar. Bu dəfə qurmaq istədiklərini də yaşada bilməzlər. Bölgədə güclü dövlətlər var. Orada mikro dövlətlərə, süni şeylərə yer yoxdur.

- Sayın Böyükelçi! Türkiyə Avropa Birliyi üzvlüyünə illərdir çaba göstərsə də, hələlik bir nəticə ortada yoxdur. Əksinə, Avropa dövlətlərinin liderləri Türkiyəni indiki dönəmdə bu qurumda görmədiklərini söyləyirlər. Bundan sonra Türkiyənin Avropa Birliyinə üzvülük politikasında hər hansı dəyişiklik baş verə bilərmi? Belə fikirlər də səslənir ki, Türkiyə Avropa Birliyinə can atmaqdansa, Türk Cümhuriyyətlərinin eyni tipli qurumunun yaradılmasına çalışmalıdır. Siz bu barədə nə düşünürsünüz?

- Səmimi düşüncələrimi bilmək istəyirsəniz, Türkiyə Batı (Qərb) yönündə, çağdaş mədəniyyət yolunda yürümək zorundadır. Türkiyədəki demokratiya, insan haqları və iqtisadi sahədə gəlişmələr bizim Batıya daha güclü yürüməyimizi diqtə edir. Batı dəyərləri ilə Avroatlantik qrumları ilə daha çox inteqrasiya olmağımızı və hətta Azərbaycanın da bu yöndə yürüməsini istəyirik. Bu yol bizim çağdaş dünyada irəliləyə bilməmiz üçündür. Türkiyə Batını buraxsın və Türk dünyasına baxsın fikri bitkin yanaşma deyil. Çünki, bunlardan biri, o birinin alternativi deyil. Batı və Türk dünyası, bir o birisini zənginləşdirir. Yəni, məsələni bir tərəfli qoymaq doğru deyil ki, ya o, ya bu. O da olsun, bu da olsun. Doğrudur, Batıdakı bəzi ölkələrin liderləri Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxır. Bu da ola bilər. Dünən, Almaniyada Şröder vardı, Türkiyənin qəbuluna tərəfdar idi, bu gün Merkel var, sabah başqası gələcək. Yaxud, dünən Mitteran vardı, Şirak vardı, bu gün Sarkozi var. Sabah başqa biri olacaq. Sən öz daxilində işlərini - ekonomik, sosial, siyasi işlərini düzgün qur, onlar zatən səni qəbul edərlər. Bu gün Yaponiya Avropa Birliyinə girmək istəsə, həmən qəbul edərlər. Yaxud, Horveçi də qəbul etmək istəyirlər. Hədən? Çünki, çox zəngin. Onun parasını alıb paylaşmaq istəyirlər. Horveçdə Avropa Birliyinə girmək istəmir, deyir mənim param var, sizə ehtiyacım yoxdur. Türkiyə ekonomik baxımdan bir qədər zəifdir, bəzi əksikləri var. Türkiyə güclü olsa, həmən qapını açarlar. O zaman da, bizim oraya girməyimizə gərək qalmayacaq. Üzümü Avropaya tutmaqla yanaşı, eyni coşqunu qardaşlarımızla da bölüşəcəyik.

- Sonda "Türküstan" oxucularına demək istədikləriniz?

- "Türküstan" qəzetinin oxucularına uğurlar və xoşbəxtlik diləyirəm. Dəyərlərinə, inanclarına bundan sonra da davam etmələrini diləyirəm. Eyni zamanda, dünya gerçəklərini də Batı dünyasını, inkişaf etmiş dünyanı izləmələrini, gənclərə dərin təhsil vermələrini tövsiyyə edirəm.
Aqil CAMAL

28 dəfə oxunub
Çap versiyası

 

KXCP Elçibəyin 70 illiyinə hazırlaşır

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibətilə tədbirlərin keçirilməsi barədə qərar qəbul edib. KXCP mətbuat xidmətindən məlumata görə, bu barədə qərar partiya Ali Məclisinin mayın 29-da keçirilən toplantısında verilib. Toplantıda, həmçinin, Azərbaycan Demokratik Respublikasının 89-cu ildönümü ilə bağlı bəyanat da qəbul edilib.

 

«AMNİSTİ İNTERNƏŞNL» GÜNEYLİ FƏALLARLA BAĞLI 3 BƏYANAT VERİB
2007-06-08 - 19:11:00

«Amnisti İnternəşnl» təşkilatı Güney Azərbaycanın həbs edilərək təzyiqlərə məruz qalan milli fəallarının vəziyyəti ilə bağlı 3 bəyanat verib. Həmin bəyanatlarda milli fəalların qanunsuz şəkildə həbs edilərək müxtəlif təzyiqlərə məruz qalması pislənilir, «Amnisti İnternəşnl»ın milli fəalların hazırkı ağır durumundan narahatlıq keçirdiyi bildirilir. Bəyanatlarda həmçinin həbs, işgəncə və digər təzyiqlərə məruz qalan milli fəalların dərhal azadlığa buraxılması tələb edilir.

Bəyanatlardan biri milli fəallar İsmayıl Cavadi, Əbülfəzl Əlilu, Ramin Sadiqi, Qəhrəman Qəhrəmanpur, Adil Allahverdipur, Cəlil Qənilu, Səfərəli Xoeyni və Cəfər Həq Nəzərinin ağır vəziyyəti ilə bağlı verilib. İkinci bəyanat milli fəal Səid Mətinpur, üçüncü bəyanat isə milli fəal Mehdi Məhəmmədpur barədədir.




«Media forum»

 

http://www.mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20070608080733259

 

 

Tutulanların Durumu

Kərim bəy nəyimi 1343 qara bulax kəndində anadan olub atasının adi beytullah dir. kərim nəimi sulduzda məlimliklə məşğuldur.
Xordad il dunumu torəninin onləmək istəyən fars rejimi xordadan daha əvvəl kərim nəiymini yaxalamış və 25 gün şikəncə və infiradi zindandan sonra onu vəsiqə ilə muvəqqəti azadliqa buraxiblar. əlavə edək ki Kərim nəiminin əməkli olmasina bir il yarim qalirdi ki rejim onu işdən də qovulub.
Aldiğimiz məlumata görə o işkəncə və təziyiqlər nəticəsində ağır xəstələnib və ağır durumdadir.

Həsən Əzizizadə 27.02 1386 maki şəhərində tutuqlanib və makıdan urmu ya aprılmış 17 xordada 40 milyon vəsiqəylə məhkəməyə qədər muvəqəti azadliqa buraxılıb.
Həsən Əzizizadə 25 il polis idarəsində işləyib .rejim onu işdən qovub və butun varınıda töqif edib.
Həsən Əzizizadə də ağır xəstədir və evdə yatır.

Əhəd Baqiri  Təbriz də xordad il dönümü ərəfəsində yaxalanmışdir 2 gün əvvəl vəsiqə ilə buraxılıb oda evde ağır xəstə halində yatır.

Bəlli olan budur ki rejimi Azərbaycan milli fəallarini zindanda zəhərləndirib eşiyə buraxir.