Bu gün urmu ən böyük qəhrəmanlıqlarına birində əlavə etdi

 

 

gaipa gelen xəbərlerə  əsasən
 
Bu gün urmu ən böyük qəhrəmanlıqlarına birində əlavə etdi bildiyiniz kimi urmuda futbol tornemeti keçirilir bu maçlarda bakıdan naxcıvan türkiyədən ərzurum və güney az urmu takimlai və birdə iraqin ərbil şəhrindən gələn kurd takimi iştirak edir bu maçlar elə əvvəl gündən bəri urmu millətçilərin tərəfindən alqişlanir və milli şuarlar verilir bu gün daha fərqli oldu
belə ki millət öncə naxcıvan və ərzurum maçini tam bir millət iki dövlət anlayişiyla dəstəkliyib və türkiyə və nacxicab idmançilarin ilgisini çəkdi bu maçda verilən şuarlar :
türkiyə naxcıvan  ya ya ya şa şa şa azərbaycan çox yaşa türkiyə naxcıvan iki qardaş
sonraki maç ərbil və bakı arasinda həyata keçdı bu maç millətçilərin önəmlı maçı sayilirdi millətin sayina əlavə olundu nizam intizam quvvələri bir yanda və obir yandan ittilaat tamaşaçiların içinə girib şuar verməyə izin vermirdilər urmulu gənc millətçilər buna baxmayaraq kurd ərbil takimı içəriyi giriş yaparkən belə şuarlarla qarşilandilar
azərbaycan yaşasın ölüm olsun teröristə urmiyə oyaqdı kurdlər bizə qonaqdi belənçı şərayit yaranmaq həmin ittilaatilər millətə sri hücüm gətirməyə çalişdilar ki planlari başlarına dəydi bütün maç boyu bu şuarları verdilər
urmu bakı ankara kurdlər hara biz hara
babəkəm koroğluyam azərbaycan oğluyam
barzani terörist
bu hal rejim məmurlarin incidib bizim fəalları yaxalamaya çalişdilar ki gənclər bir neçəsini məmurlrın əlindən qurtardilar təxti stadyomu həyətində böyük təzahorat baş verdi və haray haray mən türkəm şuariyla başladı ittilaat qapilari bağlayib yegane vijə məmurlarin xiyavana tökdü bir sira film çəkən əziz soydaşlari ki qabaxdan ittilaatin kamerasina yaxalanmişdilar tutuqlandilar tutulanlarin arasinda 10 12 yaşlı uşaqlarada variydi
 
Itillatin  genclerimiz  yaxlamasindan  filimi   bu adresde  
izleye bilerisniz.
 

videovideo

 

gaip xəbər  


Azərbaycanda seçkiləri izləyəcək MDB Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək
 

 


Bakı. Laçın Sultanova - APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək. APA-nın məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin daimi nümayəndələr Şurasının Minskdə keçirilmiş iclasında qərar qəbul olunub.

Müşahidə Missiyasına uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olacaq. Uzunmüddətli müşahidəçilərin gələn ay Bakıya gələcəkləri gözlənilir. Missiyanın Azərbaycanda yaradılacaq seçki qərargahına isə MDB İcraiyyə Komitəsinin Seçkilər şöbəsinin rəhbəri Yevqeni Sloboda rəhbərlik edəcək. Y. Sloboda artıq bir neçə gün əvvəl Bakıda olub, MSK sədri Məzahir Pənahov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşüb.

Şuranın iclasında, MDB XİN başçıları və dövlət başçıları şuralarının oktyabrın 9 və 10-da Bişkekdə keçiriləcək iclaslarının gündəlikləri də təsdiq olunub. Nazirlərə müzakirə etmək üçün 26, prezidentlərə isə 18 məsələ təklif olunur.

 

APA


 

Gürcistan'dan Rusya'ya tepki

 

Gürcistan Cumhurbaşkanı Mihail Saakaşvili, Moskova'nın Abhazya ve Güney Osetya'yı tanıma kararına, 'Avrupa'nın sınırlarını zorla değiştirmeye çalışıyorlar' sözleriyle tepki gösterdi.

 

Güney Osetyalıların bağımsızlık mitingi
Güney Osetyalılar dün bağımsızlık için miting düzenlemişti
 

Rusya lideri Dimitri Medvedev, Gürcistan'ın ayrılıkçı bölgeleri Abhazya ve Güney Osetya'nın bağımsız devletler olarak tanınmasına yönelik kararnameyi imzaladığını açıkladı.

Ulusal güvenlik danışmanlarıyla yaptığı toplantının ardından devlet televizyonuna çıkan Medvedev, Rusya'nın bu kararla, bu iki bölgedeki insanların hür iradesini kabul ettiğini söyledi.

Soruna yıllardır barışçıl bir çözüm bulamadığı için Gürcistan'ı suçlayan Rusya lideri, Batılı hükümetlerin Kosova'nın bağımsızlığına verdiği desteği de hatırlattı.

Televizyondan halka seslenen Gürcistan Cumhurbaşkanı Mihail Saakaşvili, Stalin ve Hitler'den bu yana ilk kez bir büyük ülkenin diğerinin topraklarını ilhak ettiğini belirtti.

Saakaşvili Medvedev'in yayınladığı kararnamenin de hiçbir hukuki geçerliliği omadığını savundu.

Amerika Birleşik Devletleri ve Fransa kararı üzücü olarak nitelerken, İngiltere bunu kategorik olarak reddetti.

Rusya'nın attığı adım, Gürcistan'ın ayrılıkçı bölgeleri Güney Osetya ve Abhazya'da ise sevinç yarattı.

Birçok kişinin sokaklara çıkarak sevinç gösterileri yaptığı belirtiliyor. Bu bölgelerdeki ayrılıkçı yönetimlerin liderleri de Moskova'ya teşekkür etti.

Güney Osetya lideri Eduard Kokoti, Rusya'dan bölgede bir askeri us kurmasını isteyeceklerini belirtti.

Rusya parlamentosu dün Güney Osetya ve Abhazya'nın tanınmasına ilişkin, hükümet açısından bağlayıcılığı olmayan bir karar almıştı.

Rus parlamentosunun kararını kınayan Saakaşvili, bunun Avrupa'nın Nazi Almanyası tarafından işgalinden farkı olmadığını söylemişti.

Amerika Birleşik Devletleri Başkanı George Bush da bugün, sert ifadelerle kaleme alınmış açıklamasında, Rusya'yı, Gürcistan'ın ayrılıkçı bölgeleri Güney Osetya ve Abhazya'yı bağımsız devletler olarak tanımaması yolunda uyarmıştı.

Başkan Bush, Gürcistan'ın yanında durmaya ve toprak bütünlüğünü desteklemeye devam edeceğini bildirdi.

Rusya bugüne dek bu iki bölgede ayrılıkçı hareketlere destek vermiş ancak onların bağımsızlığını tanımaktan kaçınmıştı.

Ancak Gürcistan'daki çatışmalar ve gelişmeler sonrası, bölgede dengelerin de yeniden şekillendiği görülüyor.

Öte yandan Rusya'nın NATO Büyükelçisi Dimitri Rogozin, ülkesinin NATO ile tüm ortak tatbikatlarını askıya aldığını ve Genel Sekreter Jaap de Hoop Scheffer'in Ekim ayında Moskova'ya yapması planlanan ziyaretin de iptal edildiğini bildirdi.

Moskova'da bir basın toplantısı düzenleyen Rogozin, NATO ile Balkanlar'da yürüttükleri ortak barış gücü operasyonlarını en az altı aylığına askıya aldıklarını açıkladı.

Rogozin NATO'nun Rus hava sahasını kullanmaya devam edebileceğini, terörizme karşı ortak mücadelelerinin de süreceğini belirtti.

BBC


 

 

Gürcüstanın Poti liman şəhərinə Amerika dəniz donanmasının daha bir gəmisi yollanıb.

Potidə, limana gələn yükləri yoxlamaq üçün rus əsgərləri yerləşdirib.

Amerikanın Gürcüstan paytaxtı Tbilisidəki səfirliyinin sözçüsü deyib ki, Amerika gəmisinin göyərtəsindəki Tbilisi hökumətinin xahişi ilə çatdırılan humanitar yardım təchizatlarıdır.

Amerika nümayəndəsinin dediyinə görə, Potiyə doğru irəliləyən gəmini, ola bilsin ki, Amerikanın USS McFaul adlı hərbi gəmisi müşaiyyət etsin.

USS McFaul ötən bazar günü Batumiyə gəlib. Bu arada Rusiyanın Təhlükəsizlik Şurası Qara dənizdəki Soçi şəhərində görüş keçirməyə hazırlaşır.

Gündəlikdə duran başlıca məsələ Rusiya parlamentinin Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə çağırışlarının müzakirəsi olacaqdır.

BBC


  Səfir Enn Ders: Amerika Gürcüstan və Azərbaycanın Avroatlantik məkana inteqrasiya səylərini dəstəkləyir

  ABŞ vitse-prezidenti Dik Çeyninin sentyabrın əvvəllərində Gürcüstan, Azərbaycan, Ukrayna və İtaliyaya səfərinin məqsədi ABŞ-la bu ölkələr arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsidir və bu, ikitərəfli münasibətlər tarixində ABŞ-ın Bakıya səfər edən ən yüksək səviyyəli nümayəndə heyəti olacaq. Bu barədə ABŞ səfiri Enn Ders bir qrup Azərbaycan jurnalistinə müsahibəsində bildirib.

 

  "Turan" Agentliyinin məlumatına görə  səfir qeyd edib ki, səfər Gürcüstandakı vəziyyətlə əlaqədardır və cənab Çeyni Gürcüstan xalqı ilə həmrəyliyiyini, həmçinin ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirmək üçün Tbilisidə dayanacaq.     

  Onun sözlərinə görə, regiona səfərin məqsədi Vaşinqtonun Gürcüstan və Azərbaycanın Avroatlantik məkana inteqrasiya üzrə səylərini dəstəkləməkdir. Səfirin sözlərindən məlum olub ki, səfər qəfil olmayıb və əvvəlcədən planlaşdırılıb, baxmayaraq ki, Gürcüstanda bu səfərdə xüsusi "aktuallıq" görürlər. "Rusiyanın suveren dövlətə qarşı müdaxiləsindən sonra ABŞ-ın verdiyi bəyanatlar və atdığı addımlar Rusiyanı hədələmək məqsədi güdmür. Lakin Rusiyanın əməlləri o deməkdir k, biz sadəcə olaraq heç nə olmadığı kimi davrana bilməyirik. Rusiyanın əməlləri sözlərdən daha çox danışır və bölgədə bir çoxları bu əməlləri təkcə Gürcüstan deyil, demokratiyaya can atan digərlərinə də təhlükə təşkil etdiyi qənaətindədir. Gürcüstan və Azərbaycan digərlərinə də təhlükə təşkil etdiyi qənaətindədir.
  Gürcüstan və Azərbaycan suveren dövlətlər kimi öz kurslarını özləri müəyyən edəcək. Və onlar bunu etdikcə, Amerika Birləşmiş Ştatlarının dəstəyi və əməkdaşlığına inana bilərlər. Vitse-prezident Çeyninin səfəri bu dəstəyi vurğulayacaq", deyə səfir qeyd edib.

   O bildirib ki, prezident İlham Əliyevlə görüş zamanı bir çox məsələlər, təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq problemləri müzakirə ediləcək. "Biz Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması məsələlərində onun maraqlarını təmin etmək üçün bu ölkə ilə işləyəcəyik".

   Rusiya öz qoşunlarını çıxarmaqdan imtina etdiyi təqdirdə Vaşinqtonun Gürcüstanla bağlı hansı addımları atacağı barədə suala cavabda səfir bildirib ki, orada baş verənlər tamamilə qəbuledilməzdir. "Biz bütün qoşunların çıxarılmasını, döyüş əməliyyatlarının dayandırılmasını və humanitar dəhlizlərin açılmasını tələb etmişik. Biz həmçinin bildirmişik ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alına bilməz. Əgər vəziyyət dəyişməsə, biz partnyorlarımızla birlikdə bütün bu şərtlərin yerinə yetirilməsini tələb edəcək və bu istiqamətdə müvafiq addımlar atacağıq", deyə xanım Ders bildirib.

   Səfir ABŞ-ın Gürcüstana birbaşa hərbi yardım göstərməsi mümkünlüyü barədə suala birbaşa cavabdan yayınıb. Azərbaycana və Gürcüstana boru kəmərlərinin və nəqliyyat yollarının Rusiya tərəfindən birbaşa təhlükədə olduğu bir halda ABŞ bu kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi üçün nə təklif edə bilər?  Səfirin bu suala verdiyi cavabdan məlum olub ki, bütün bunlar nəzərə alınıb və cənab Çeyninin Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələri zamanı bu məsələlər diqqət mərkəzində olacaq.

   Azərbaycanın sadə vətəndaşlarının cənab Çeyninin səfərindən hansı nəticəni gözləməli olduğu və bu səfərdən sonra onların həyatının daha çox təhlükəsiz olub-olmayacağı barədə suala cavabda səfir bildirib ki, "indi əsas vəzifə regionda sabitliyi və təhlükəsizliyi bərpa etmək və strateji partnyorluğun davam etdirilməsini təmin etməkdir və bu, hamının maraqlarına uyğundur".

   Xanım Ders həmçinin qeyd edib ki, səfər zamanı demokratiya, qarşıda duran prezident seçkiləri məsələləri də müzakirə olunacaq

VOA


Qərblə Rusiyanın "Poti düyünü"

 


Qara dənizdə 1961-ci ilin "Karib böhranına" bənzər olaylar yaşanır
İşğalçı Moskvanın Gürcüstanda özbaşına "təhlükəsizlik qurşağı" yaratması və liman şəhəri Potidə rus əsgərlərinin sülhü qorumaq məqsədiylə post quraraq qalacaqlarını bəyanlaması Qərblə Rusiya arasında yenidən gərginlik yaradıb. Məsələ həm də ondadır ki, həmin "təhlükəsizlik qurşağı" 18 km enində nəzərdə tutulub və Poti 18 km-lik zolağa düşmür. Ancaq buna baxmayaraq, rus sülhməramlılarının Potidə nəzarəti həyata keçirəcəkləri bildirilib. Qərara qarşı çıxan ABŞ və Fransa rusların Potidən çəkilməsini istəyir. Fransa prezidenti Nikolos Sarkozi Rusiya prezidenti Dmitri Medvedyevlə telefonla söhbətindən sonra Moskvanın Gürcüstanda ATƏT-in sülhməramlılarının yerləşdirilməsinə müsbət yanaşdığı barədə xəbərlər yayılsa da, sonradan bu, xəbəri Dmitri Medvedyevin özü təkzib edib.


Rəvan

Moskvanın Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanımasından sonra münasibətlərdəki çat daha da dərinləşib.
Qərbdə, o cümlədən Türkiyədə belə hesab edirlər ki, Moskvanın mövqeyində sərtləşməsinin iki səbəbi var. Bunlarlan biri Qara dənizə ABŞ, Almaniya, Polşa, Bolqarıstan, Türkiyə və digər NATO ölkələrinin hərbi gəmilərinin- onların arasında nüvə raketləri daşıya bilən katerlər də var- humanitar yardım adı altında yeridilməsidir. Düzdür, ABŞ gəmilərində nüvə silahının olub-olmadığı bilinmir, bu, məxfi saxlanılır. Buna baxmayaraq, ruslar amerikalıların Qara dənizə nüvə raketləri keçirdiyini iddia edirlər. İkincisi, Cənubi Osetiya ətrafında baş verən olaylardan və Rusiyanın işğalçılıq əməllərindən sonra Almaniya, Fransa kimi bu vaxta qədər tərəddüd keçirən dövlətlərin Gürcüstanın NATO-ya üzvlüyünə qətiyyətlə dəstək vermələri də rusları hövsələdən çıxarıb və bu səbəbdən ağılsızlığa varırlar. Dmitri Medvedyev və baş nazir Vladimir Putin bu qənaətdədir ki, artıq Qərb Qara dənizdə Rusiyanı həlqəyə almaq prosesinə start verməyə çalışır və dənizdən Alyans ölkələrinə məxsusm gəmilər heç vaxt çıxarılmayacaq, əksinə, ora böyük donanma yeridiləcək. Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzvlüyü də bu prosesi sürətləndirməyə zəmin yaradacaq.
Bütün bunlar isə keçən əsrin 60-cı illərində ABŞ-la SSRİ arasında yaşanan Karib dənizi böhranını xatırladır. Yenə də əsas oyunçulardan biri ruslardır və yenə də nüvə raketləri məsələsi gündəmə gəlib. Ancaq fərq bundadır ki, indi böhran ABŞ-ın deyil, Rusiyanın yaxın həndəvərindədir. Hər halda keçən əsrlə bu əsr müqayisə olunarsa, ən ciddi böhran ocağının ruslara bu qədər yaxınlaşmasının özü də çox şey deyir. Yeri gəlmişkən, yaşanan gərginliyin NASA-nın kosmik proqramına təsir edəcəyindən və ABŞ-ın gələcəkdə planetlərarası kosmik stansiyayla əlaqə qurmasında problem yaradacağından narahatlıq duyulur. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Vincent Sabathier deyib ki, 2010-cu ildə kosmik stansiyaların ömrünü başa vurmasından sonra NASA Rusiyanın "Soyuz" kosmik raketlərinə bağlı qalacaq. ABŞ-ın uzaq səyahətlər və Aya eniş üçün hazırladığı "Orion" kosmik gəmisi ən tez 2015-ci ildə ərsəyə gələcək. Ekspert vurğulayıb ki, Gürcüstan, Polşa və Çexiyada geopolitik qarşıdurmada Vaşinqtonu geri çəkilməyə məcbur etmək üçün Moskva texniki bir bəhanəni səbəb gətirərək ABŞ-ın kosmosla əlaqəsini kəsə bilər. Beləliklə də yaranacaq 5 il boşluq ərzində Amerika astronovatlarının və yüklərinin planetlərarası stansiyaya çatdırılması dayanar. Qısası, bu da rusların əlində ciddi bir kartdır. Həm də ruslar bu xidmətin əvəzində qarşıdakı beş ildə yüz milyonlarla dollar istəyə bilərlər ki, bu da amerikalıları düşündürməyə bilməz.
Beləliklə, ortaya çıxan mənzərə budur ki, XXI əsrin Potidə yaşanan "Karib böhranı" kəmiyyət və keyfiyyətinə görə ötən əsrdən xeyli fərqlənir...

XALQ CƏBHƏSİ


Rusiya Qarabağda həmişə ermənilərin tərəfində olub"

 


Akif Nağı: "1992-ci ildə Azərbaycan Milli Ordusu Xankəndinə yaxınlaşanda Rusiya Ermənistana külli miqdarda silah-sursatla, hərbi mütəxəssislərlə yardım göstərib"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu həftə keçirdiyi mətbuat konfransında "Gürcüstan-Cənubi Osetiya münaqişəsində vasitəçidən münaqişə tərəfinə keçən Rusiyanın Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsinə baxılırmı?" sualına diqqət çəkən cavab verib. O deyib ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tərəf olmadığını əsas gətirən Xəzər İbrahim bu ölkənin həmsədrlikdən kənarlaşdırılmasına lüzum görmür.
Ancaq hər kəsə bəllidir ki, əslində Rusiya Dağlıq Qarabağ münaqişəsində nəinki tərəf, bu konfliktin yaradıcısı və torpaqlarımızın işğalını həyata keçirən əsas qüvvədir.


Ramiz Mikayıloğlu

Xocalıda da qətliamı məhz Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayın bilavasitə iştirakıyla törədildiyi də inkarolunmaz həqiqətdir. Politoloq Vəfa Quluzadənin bənzətməsi bu mənada hər şeyi əhatə edir. O bildirir ki, Qarabağda müharibə başlayarsa, yenə də ruslar erməni geyimində peyda olacaqlar.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında dedi ki, son hadisələr göstərdi ki, Azərbaycan Rusiyanın vasitəçiliyindən imtina etməlidir. Onun sözlərinə görə, ruslar bu münaqişədə həmişə tərəf olublar. Münaqişənin törədicisi də Moskvadır. I Qarabağ müharibəsinin gedişində də dəfələrlə Rusiya proseslərə müdaxilə edib. Azərbaycan üstün gələn zaman Moskva hərbi əməliyyatları dayandırıb, ya da açıq şəkildə Ermənistana hərbi yardım göstərib: "1992-ci ildə Azərbaycan Milli Ordusu uğurlu hərbi əməliyyatlar aparırdı və Xankəndinə yaxınlaşmışdı. Həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan təslim olmaq haqqında da fikirləşirdi. Hərbi əməliyyatları dayandırmaq xahişiylə Azərbaycana müxtəlif variantlar təklif etmişdi. Ermənilər artıq məğlubiyyət astanasında idilər. O situasiyada Rusiya məsələyə müdaxilə etdi, Ermənistana külli miqdarda silah-sursatla, hərbi mütəxəssislərlə, hərbçilərlə yardım göstərdi. 1992-ci ildən 1996-cı ilə qədər Moskva Ermənistana 1 milyard dollar məbləğində silah yardımı göstərib və bu, fakt bizə sonradan məlum oldu".
Akif Nağı hesab edir ki, son dövrlər Rusiya düşünülməmiş addımlar atır. Rusların Gürcüstana müdaxiləsi, Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyinin tanıması da düşünülməmiş addımlardır: "Mənim qənaətimə görə, Qərbin üstünlüyü, Rusiya qarşısında bu üstünlüyün artıdığı şəraitdə Rusiya kortəbii, emosional formada, aqoniya vəziyyyətində belə düşünülməmiş addımlar atır. Vaxtilə Almaniyanın kansleri Otto Bismark deyirdi ki, Rusiya ilə zarafat etməyin, o, elə axmaq cavab verər ki, heç kəs baş tapa bilməz. İndi Rusiya axmaqlığın birini edib və bu da azmış kimi onları davam etdirir. Amma son illərin hadisəsi göstərir ki, Qərb birmənalı şəkildə Rusiyanı üstələyir. Qərb Rusiyanı Əfqanıstandan, Balkanlardan, Kosovadan çıxardı və Moskva bu proseslərə heç bir təsir göstərə bilmədi. Bu da ruslarda qıcıq yaradıb. SSRİ-nin varisi sayılan ruslar hegemon dövlətçiliyi davam etdirmək istəyirlər, bu da alınmır".
QAT sədri növbəti düşünülməmiş və sarsaq addım kimi Rusiyanın İrəvanı Dağlıq Qarabağdakı ermənilərin "müstəqilliyi"ni tanımağa təhrik edə biləcəyini proqnozlaşdırır. Onun fikrincə, Moskvanın özünün Qarabağ ermənilərini tanıyacağı inandırıcı deyil: "Amma Rusiya Ermənistanın əliylə bu işi görə bilər. Həmin situasiyaya da Azərbaycan hazır olmalıdır. Regionda situasiya gərgindir, müharibə ab-havası var. Bu, heç kəsə sirr deyil ki, Qərblə-Rusiya arasında münasibətlər kəskinləşir, bu münasibətlərin açıq hərbi qarşıdurmaya keçəcəyi ehtimalı da var. Ona görə də Azərbaycan müharibəyə hazır olmalıdır. Ermənistan elə bir axmaq addım atarsa, Azərbaycan torpaqlarını azad etmək üçün dərhal hərbi əməliyyatlara başlamalı, beynəlxalq təşkilatları da qabaqcadan bu istiqamətdə məlumatlandırmalıdır".

XALQ CƏBHƏSİ


'Türkiye Kafkasya Önerisini Ertelemeli'

 

Amerikalı Senatör Richard Lugar, Türkiye'nin Kafkasya'da krize çözüm olarak ortaya attığı 'Kafkas ittifakı' önerisinin, Rus askerlerinin Güney Osetya'dan tamamen çekilinceye kadar ertelenmesi gerektiğini söyledi. Lugar 150.jpg

ABD Senatosu Dış İlişkiler Komisyonu'nun Cumhuriyetçi Parti'den kıdemli üyesi Richard Lugar, beraberindeki bir heyetle birlikte Ankara'da temaslarda bulundu. Cumhurbaşkanı Abdullah Gül ve Dışişleri Bakanı Ali Babacan'la görüşen Lugar, Babacan'la görüşmesinin ardından gazetecilerin sorularını yanıtladı. 

Lugar, Rusya Devlet Başkanı Dimitri Medvedev'in Rusya'nın Güney Osetya ve Abhazya'nın bağımsızlığını tanıma kararının, bölgenin barış ve güvenliğine katkıda bulunmayacağını söyledi. 

Amerika ile birlikte diğer birçok ülkenin Gürcistan'ın ve tüm ülkelerin toprak bütünlüğü ve egemenliğine saygı gösterdiğini, bu ilkenin ihlal edilmemesi gerektiğini anlatan Lugar, konuyla ilgili diplomatik çabaların sürdüğünü ve bu çabaların somut sonuç vermesini umduklarını dile getirdi. Medvedev'in kararının bölgede enerji güvenliğine olumsuz etkisinin olacağını zannetmediğini söyleyen Lugar, dünyada enerji güvenliğine verilen önemin her geçen gün arttığına dikkat çekti.

Lugar, Gürcistan Cumhurbaşkanı Mihail Saakaşvili'nin Amerika'dan yeterli desteği görmedikleri yönündeki eleştirilerinin hatırlatılması üzerine de Saakaşvili'yi 3 gün önce ziyaret ettiğini ve Gürcü yetkililerle olumlu görüşmeler yaptığını söyledi. Saakaşvili'yi Washington'daki öğrencilik yıllarından beri tanıdığını ve kendisinin iyi bir dostu olduğunu anlatan Lugar, Amerika ve Türkiye olarak, güçlü insani ve diplomatik desteklerini gösterdiklerini, Gürcistan için NATO'ya üyelik eylem planının çıkarılması yönünde çalışan ülkeler arasında bulunduklarını hatırlattı. Lugar, Gürcistan'a olan somut desteklerinin bundan sonra da devam edeceğini belirtti.

Türkiye'nin "Kafkasya İstikrar ve İşbirliği Platformu" oluşturulması önerisine ilişkin bir soruya da Lugar, "Bu yeni bir fikir ve açıklanmadan önce Amerika'ya danışılmadı. Biz de zaman geçtikçe ayrıntıları hakkında daha fazla şey öğreniyoruz. Sadece şunu söyleyebilirim ki; mevcut krizde bu fikre dair tartışmalar, Rusya'nın askerlerini çekmesi ve Gürcistan'da barış ve istikrar sağlanmasına kadar muhtemelen ertelenecektir. Ertelenmesi gerekir. Bölgedeki krizin Azerbaycan ve Türkiye'yi de tehdit ettiği ortadadır" diyerek yanıt verdi. 

Lugar, Türkiye'nin Irak ve Afganistan konularında sergilediği tutumu ve son olarak da Gürcistan'a olan insani ve diplomatik desteğini takdirle karşıladıklarını kaydetti.

BBC


Azər­bay­ca­nın möv­qe­yi də­yi­şil­məz qa­lır"

Xə­zər İb­ra­him: "Biz Gür­cüs­ta­nın əra­zi bü­töv­lü­yü­nü ta­nı­yı­rıq"

"Azər­bay­ca­nın möv­qe­yi də­yi­şil­məz qa­lır. Biz Gür­cüs­ta­nın əra­zi bü­töv­lü­yü­nü ta­nı­yı­rıq".
   
   Bu söz­lə­ri APA-ya Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin mət­bu­at ka­ti­bi Xə­zər İb­ra­him Ru­si­ya­nın Cə­nu­bi Ose­ti­ya və Ab­xa­zi­ya­nın müs­tə­qil­li­yi­ni rəs­mən ta­nı­ma­sı­na mü­na­si­bət bil­di­rər­kən de­yib.
   
   Qeyd edək ki, Ru­si­ya pre­zi­den­ti Dmit­ri Med­ved­yev bu gün Cə­nu­bi Ose­ti­ya və Ab­xa­zi­ya­nın müs­tə­qil­li­yi­nin rəs­mən ta­nın­ma­sı ba­rə­də fər­man im­za­la­yıb

ŞƏRQ


 

Azərbaycan Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması qərarının əleyhinədir

Tapdıq Fərhadoğlunun “Azərbaycan Rusiya prezidentinin qərarına qarşı” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Azərbaycan Rusiya prezidentinin qərarına qarşı” reportajı -  - (MP3) audio clip

 

 

   Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarı Azərbaycanda birmənalı pislənir. Belə ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq təşkilatlarda bu mövqedən çıxış edəcək.

    Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim "Amerikanın səsi" radiosuna bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.         

     Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Gürcüstan və Rusiya ilə bağlı məsələnin sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının bürosunda müzakirə ediləcəyini bildirib. O "Amerikanın səsi" radiosuna AŞ-nin bütün iclaslarında Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü müdafiə edəcəyini deyib.  

    Azərbaycan müxalifəti də Rusiya prezidentinin qərarını qınayır. AXCP sədri Əli Kərimli hesab edir ki, Rusiya prezidentinin bu qərarı tez bir zamanda Rusiyanın özünün qəniminə çevriləcək.

    Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə Rusiya prezidentinin qərarının dünya üçün narahatlıq yaradacağını düşünür. Onun fikrincə, bu qərar regionda gərginliyi daha da artıracaq.

    Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Rusiya prezidentinin qərarı dünyanı fakt qarşısında qoymağa yönəlib. Ancaq bu qərar problemin müzakirədən çıxarılması üçün bəs etmir.   

VOA


iranın dini liderlərindən biri ölkənin sabiq prezidentlərini Mahmud Əhmədinejada qarşı birləşməyə çağırıb
 




Tehran-APA. İranın nüfuzlu dini liderlərindən Bayat Sandşani İran prezidenti Mahmud Əhmədinejadı sərt şəkildə tənqid edib. APA-nın məlumatına görə, Qum şəhərinin nüfuzlu təmsilçisi “Financial Times Deutschland”a verdiyi eksklüziv açıqlamada bildirib ki, Mahmud Əhmədinejad xalqın iradəsi ilə hesablaşmır və ölkə üçün böyük təhlükə kəsb edir. Bayat Sandşani prezidenti insan haqlarını kobud şəkildə pozmaqda, onların azadlığın məhdudlaşdırmaqda, İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun səlahiyyətlərini qanunsuz olaraq artırmaqda ittiham edib. İranın liberal islahatçı siyasətçilərinə, o cümlədən sabiq prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Hatəmiyə müraciət edən dini lider onları 2009-cu il prezident seçkilərində Əhmədinejada qalib gəlmək üçün birləşməyə çağırıb. Xatırladaq ki, İranın ali dini lideri Seyid Əli Xamneyi prezident seçkilərində Mahmud Əhmədinejadın namizədliyini müdafiə edəcəyini bildirib

APA

 


Rusya'nın Kararı Kafkaslar'ı Karıştırabilir'

 

Russian President Dmitry Medvedev

Rusya Devlet Başkanı Dmitri Medvedev Gürcistan’ın ayrılıkçı bölgeleri Abhazya ve Güney Osetya’yı resmen tanıyan  belgeleri imzaladı. Uzmanlar bu adımın Rusya’nın kendi içinde de ayrılıkçı akımları körükleyebileceğini söylüyor.
 
 

Devlet Başkanı Medvedev, Rusya’nın Abhazya ve Güney Osetya’yı resmen tanıdığını beş dakikalık bir ulusal televizyon konuşmasında açıkladı. Medvedev Gürcistan’ı da Abhazya ve Güney Osetya’daki yerel halka etnik temizlik uygulamakla suçladı.

Tanıma kararının kolay olmadığını söyleyen Medvedev, bu bölgelerdeki insanların hayatlarını kurtarmak için başka çare olmadığını öne sürdü.

Tanıma kararının Osetyalı ve Abhazyalı halkların bağımsızlık isteği doğrultusunda alındığını belirten Medvedev, BM 1970 tarihli uluslararası bildirgesi ve  Helsinki kararlarının da gözönüne alındığını söyledi.

Bağımsız Rus uzman,  Alexander Konovalov kararın Helsinki Anlaşmasına ters düştüğünü   savundu. 1975 tarihli Helsinki Anlaşması Avrupa’nın savaş sonrası sınırlarının ihlal edilemeyeceğini vurguluyor.

Konovalov bu kararın Rusya’ya zarar vereceğini çünkü Moskova’nın  bundan böyle Kosova’nın Amerika ve Batılı ülkeler tarafından tanınmasına karşı çıkamayacağını belirtiyor.

Rus uzman, Abhazya ve Güney Osetya’nın tanınmasının Kafkaslar için saatli bomba anlamına geldiğini söylüyor. Abhazlar'ın ve Osetyalılar'ın Gürcistan’dan ayrılmasına izin veren Rusya, Çeçenler ve İnguşlar’ın Rusya’dan ayrılma isteği karşısında nasıl bir tavır izleyecek? Konovalov,  saatli bombanın ne zaman patlayacağını bilmediğini ancak patlayacağından emin olduğunu söylüyor.

Tiflis’teki Avrupa Entegrasyon Forumu Başkanı Soso Tşişkarişvili,  Medvedev’in kararının, etnik ayrımcılığı artıracağını ve Rusya’da ayrılıkçı hareketleri körükleyeceğini söylüyor.  Medvedev’in Abazya ve Güney Osetya’yı tanımakla  dargörüşlü bir lider olduğunu gösterdiğini belirten uzman, Rus liderin  seçilmemiş ancak atanmış bir lider olduğunu ve  kendisine Rusya’nın  uluslararası sorumluluklarını yerine getirmesi konusunda  güvenilmeyeceğini belirtiyor.

Gürcistan yönetimini  de eleştiren Tşişkarişvili, Cumhurbaşkanı  Mikhail Saakaşvili'nin iç siyasi desteği kaybetme tehlikesiyle karşı karşıya olduklarını söylüyor.

Tşişkarişvili, Gürcistan halkının mevcut yönetime, durumu uzun vadede kontrol altına alabileceği ya da işbaşında kalabileceği  konusunda   yeterince  güven beslemediği görüşünde

VOA


Rusiya prezidenti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığını elan edib

Xalqa müraciətində Rusiya prezidenti Dmitri Medvedev Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərini müstəqil dövlət kimi rəsmən tanıdığını elan edib.  Cənab Medvedev çıxışında Gürcüstanı regiondakı əhalini qırmaq üçün blitzkriq  əməliyyatı keçirməkdə günahlandırıb. Kreml lideri başqa dövlətləri də Rusiyanın nümunəsini davam etdirməyə çağırıb. Medvedev bilridib ki, belə bir qərarı qəbul etmək asan olmayıb, amma o, insanların həyatını xilas edəcək. O, bunun Ossetiya və Abxaz xalqarının müstəqillik arzuları, habelə BMT xartiyası və Helsinki razılığı ilə üst-üstə düşdüyünü deyib.

VOA


URMU Da Geçirilmek Də Olan Əmniyəte

 

Əxlaqi Tərhin Dən Görünü Lər

 

 

 

urmu səsi