22 May- Türklük Bayramı elan olunsun

 

SADIQ İSABƏYLI: “BU TƏKLİFİ GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ HƏRƏKATININ ÜZVLƏRI, MILLI HƏRƏKAT FƏALLARI IRƏLI SÜRÜBLƏR”

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları bu təkliflə çıxış ediblər

Artıq Güney Azərbaycanda 2006-cı il may hadisələrinin ildönümü münasibətilə aksiyalar keçirilməyə başlanıb. İki il əvvəl İranın fars-molla rejiminin milli ayrıseçkilik siyasətinə, türklərə qarşı repressiyalarına etiraz olaraq küçələrə çıxan, ana dilində təhsil tələbini irəli sürən yüz minlərlə Güney Azərbaycan türkünün mitinqləri, piketləri rəsmi Tehranın ciddi narahatçılığına səbəb olmuşdu. İndi də İranın fars-molla hökuməti Güney Azərbaycanda ciddi təhlükəsizlik tədbirlərini görməklə yanaşı, hərəkatçılara qarşı təzyiqləri də artırıb.

Güney Azərbaycan Milli İstiqal Partiyası Analitik Araşdırma Mərkəzinin rəhbəri Sadiq İsabəyli may hadisələrini şərh etməklə yanaşı, "Sepahi-Pasdaran"ın aksiyaları yatırtmaq üçün çox ciddi hazırlaşdığını da bildirdi: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatının yeni mərhələsi 22 may 2006-cı ildən başladı. Həmin dövrdə təxminən 20 gün müddətinə keçirilən etiraz aksiyalarında müxtəlif şüarların səslənməsi, həm də Güney Azərbaycan Milli Azədlıq hərəkatının strateji xəttini ortaya qoydu. Yəni, Güneydə milli kimliyin formalaşması istiqamətində aparılan fəaliyyətlər konkret nəticəsini göstərdi ki, biz türkük və ərazimiz də bizə məxsusdur".

Sadiq İsabəylinin sözlərinə görə, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının üzvləri, milli hərəkat fəalları təklif irəli sürüblər. Həmin təklifdə isə bildirilir ki, 22 May Türklük Bayramı kimi qeyd olunsun: "Təbii ki, Güney Azərbaycan müstəqilliyini əldə edəndən sonra 22 May Türklük Günü kimi tariximizə düşəcək. Artıq bu istiqamətdə iş gedir. Aksiyaların keçirilməsilə bağlı müxtəlif çağırış vərəqələri yayılıb. İran rejimi isə bu aksiyaların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır. Məsələn, Urmiyada fəallara zəng edib onları "Ettelaat"a çağırır və tələb edirlər ki, fəallar mayın 22-də şəhərdə olmasınlar. Hətta məktəblilərə nəzarətin gücləndirilməsi tapşırığı da verilib". Sadiq İsabəyli bu dəfəki aksiyaların da effektli olacağını da düşünür. Güney Azərbaycanda gedən proseslər, milli azadlıq hərəkatı bundan sonra daha da genişlənəcək: "Bizim üçün əsas vacib məsələ odur ki, milli kimliyimiz yüksək səviyyədə qorunsun. Rejimin millətimizə qarşı apardığı siyasi-iqtisadi ayrıseçkiliyə son qoyulsun. Sözsüz ki, bu tələblər yerinə yetirilməyənə qədər mübarizə davam edəcək və kimsə bunun qarşısını ala bilməyəcək".

Vətəndaş

GÜNEY AZƏRBAYCAN YENIDƏ AYAĞA QALXDI FARS HÖKUMƏTİ QAN TÖKÜDÜ

 

TƏBRİZDƏ BAZAR BAĞLANIB

2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq mayın 22-də Təbrizdə və başqa şəhərlərdə keçirilmiş, qanlı qarşıdurma ilə nəticələnmiş aksiyaların ildönümü ilə əlaqədar 2008-ci il mayın 21-də İranda azərbaycanlıların keçirmək istədiyi aksiyaların baş tutub-tutmaması barədə hələ ətraflı məlumat verilməsədə, Bakida yaşayan Güneylilər güney mənbələrindən bir sıra informasiyalar toplaya bilib.

Saytın əldə etdiyi məlumata görə, mayın 21-də Təbrizin ən böyük bazarında (köhnə bazarda) əksər ticarət obyektləri bağlı olub. Bazarın qızıl satılan hissəsi - zərgərlər bazarı tam bağlı olub.

Qeyd edək ki, köhnə bazarın üstü büsbütün örtülüdür. Bu səbəbdən bazarda güngüzlər də işıq yanır. Mayın 21-də bazarın içinə demək olar qaranlıq çöküb. Bu təkcə ticarət obyektlərinin işləməməsi ilə əlaqədar olmayıb. Obyektlərin sahibləri həm də iki il əvvəl Təbriz aksiyaları dağıdılarkən öldürülmüş azərbaycanlıların xatirəsini anmaq məqsədilə işıqları söndürüblər.

Hökumət qüvvələrinin bütün təzyiq və maneələrinə baxmayaraq şəhərin bir sıra yerlərində aksiyaların baş tutduğu bildirilir.

Aksiyaçılar arasında tutulanlar var. Onlardan bəzilərinin adları bəllidir. Təbrizdə Həmid Rzai, Məhəmməd Yərhun (sürücüdür), Höccət Tarıverdiyan (Təbriz bazarında zərgər işləyir), Cəmşid Zarei, Əhəd Rəzəvi və Əkbər Hüseynzadə mülki geyimli ETTELAAT əməkdaşları və polis qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıblar.

Xoyda hökumət qüvvələri dəyənəklərlə aksiyaçıları dağıtmağa cəhd göstəriblər. Şəhərin bir neçə məntəqəsində güllə səsləri eşidilib. Şəhərdə aksiyaçılardan birinin gülləyə tuş gəldiyi haqda təsdiqlənməmiş xəbərlər yayılıb.

Zəncanda dörd aksiyaçının tutulduğu təsdiqlənsə də, onların adları hələ məlum deyil.

Miyana, Muğan, Əhər və Xiyav (indiki adı Meşkinşəhr) şəhərlərində də fövqəladə vəziyyət hökm sürür.

Güney mənbələri yaxın günlərdə aksiyalarla bağlı ətraflı məlumat və şəkillər yayacaqlarını bildirir.

 

XOYDA KEÇIRILƏN AKSIYADA GÜNEYLI FƏAL ÖLDÜRÜLDÜ

Bu gün Güney Azərbaycanın bir neçə şəhərində 22 may hadisələrinin ildönümü ilə bağlı aksiyalar keçirilir. Təbrizdə, Ərdəbildə, Urmiyada, Qoşatayda, Xoyda və bir çox şəhərlərdə aksiyalar davam edir.
Xatırladaq ki, 2006-cı ildə İran qəzetlərində Güney Azərbaycandakı soydaşlarımızı və ümumiyyətlə, türkləri təhqir edən karikaturalara etiraz olaraq böyük aksiyalar keçirilmişdi. 22 may tarixi həmin aksiyaların il dönümüdür.
Bu ilki aksiyalara da İran rejimi öncədən hazırlıqlar görümüş, bir çox fəalları öncədən həbs etmişdi. Bununla belə Güneyin bir çox iri şəhərlərində aksiyalar baş tutub. Dünəndən Qoşatayda vəziyyət gərginləşib. Bu gün isə Xoyda keçirilən aksiyalar zamanı İran təhlükəsizlik qüvvələri və polisi ilə hərəkatçılar arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı polis odlu silahdan atəş açıb. Hərakatçılardan biri aldığı güllə yarasından yerindəcə həlak olub. Çoxlu yaralanan və həbs olunanların olduğu bildirilir.
Hazırda Güneylə internet əlaqələri kəsildiyindən baş verənlərlə bağlı ətraflı məlumat əldə etmək çətinləşib.

Vətəndaş

GÜNEY AZƏRBAYCAN BLOKADADA

CƏNUBLA ƏLAQƏ KƏSİLİB, HAZIRDA İNFORMASİYA QITLIĞIDIR

Güney Azərbaycandan daxil olan məlumata əsasən may hadisələrinin ildönümü Güney Azərbaycanın bütünü vilayətlərində keçirilməsi nəzərdə tutulub. Fars hakimiyyəti isə bütün şərərlərə hərbi və təhlükəsizlik qüvvələrini yeridərək şəhərləri mühasirəyə alaraq dinc əhaliyə qarşı zor tətbiq edir. Güneyliləri toparlanmağa qoymur. Keçirilməsi nəzərdə tutulan aksiyalarını qarşısını almağa çalışır. Son məlumatlara görə, dünən Təbriz bazarı ətrafında təhlükəsizlik və polis məmurları dinc əhaliyə qarşı hücumlar təşkil edərək dinc sakinlərə dəyənəklərlə ağır bədən xəsarətləri yetirmiş və həbs edilən bir neçə nəfəri naməlum istiqamətə aparmışlar.

Təbriz bazarı dünən demək olar ki, tətil vəziyyətdə olub. Güney Azərbaycanın hüquq müdafiəçiləri və azad jurnalistlərin verdiyi məlumata əsasən silahlanmış anti askiya məmurları, maşınlar, motorsikletlər, hərbi texnikalar Təbriz şəhərinin əsas küçə və məhəllərində reydlər apararaq bir nəfərdən dayanan insanlara hücum edərək onları pərakəndə edirlər. Təbriz şəhəri və Güney Azərbaycanın əksər şəhərləri hərbi qardizona bənzəyir.

Yerli polislərlər yanaşı minlərlə milləti və mənşəyi bəlli olmayan əli dəyənklilər silahlanmış hərbi geyimli maskalılar İranın bütün bölgələrində Güney Azərbaycan ərazilərinə səfərbər edilib. Dəmiryolu və hava yolları ilə Azərbaycanın şəhərlərinə ordu yeridilir. Təbriz şəhərində son bir həftə içərisində üç mindən artıq milli hərəkat fəalı ETTELAAT orqanlarına çağırılıb. Onların əksəriyyəti təhdid və təzyiqlərə məruz qaldıqdan sonra azadlığa buraxılsada dünən həbs edilən hərəkatçılar həbs olunaraq naməlum yerdə saxlanılır və heç kimdə əlaqə saxlaya bilməyirlər.

Başqa şəhərlərdə də həmin durum davam etməkdədir. Son günlərdə Urmiyədə 700-ə yaxın milli hərəkat fəalı ETTELLAT orqanlarına çağırılıb və təzyiqlərə məruz qalıblar. Milli hərəkat fəalı yeni həbsdən buraxılmış Elyaz Yekanlı həbs olunduğu bildirilir.

Sulduz şəhəri Güney Azərbaycanın qəhrəmanlar şəhəri adı aldığına görə və orada iki il öncə çoxlu sayda şəhid verdiyinə əsasən faşist molla hakimiyyətinin məmurları bu şəhəri tam mühasirəyə alaraq əhaliyə qarşı qəddarcasına təzyiqlər və təhdidlər həyata keçirərək aksiyaların qarşısını almaq istəyirlər. Yerli polislərdən başqa bu şəhərə əfqan mənşəli terrorçu qruplardan da istifadə edirlər.

Xoy şəhərində dünən 21 may 2008c- il tarixində keçirilən aksiyalar zamanı polis və təhlükəsizlik qüvvələri ilə milli hərəkat fəalları arasında toqquşma baş verib. Odlu silahdan atəş açan təhlükəsizlik qüvvələri bir nəfər milli hərəkat fəalı şəhid olub. Çoxlu sayda hərəkatçı həbs edilib.

Güney Azərbaycanda fəaliyyət göstərən internet saytları və veblagları rejim tərəfindən filter olunub və informasiya blokadası yaradılıb. Lakin buna baxmayaraq sms vasitəsilə milli hərəkat fəalları lazım olan yerlərə toplaşa bilirlər. demək olar ki, Güney Azərbaycanın bütün şəhərlərində hətta Tehranda vəziyyət həddindən artıq gərginləşib.

Qeyd edək ki, Güney Azərbaycan blokadaya alındığl üçün dəqiq heç bir məlumat əldə oluna bilmir. Güneylə telefon və internet əlaqəsi kəsilib

Vətəndaş

SULDUZ ŞƏHIDLƏRININ ILDÖNÜMÜ ANILDI

Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın qəhrəmanlar şəhəri olan Sulduz şəhərində şəhid olmuş milli hərəkatçıların ailələri və Sulduz milli hərəkat fəalları şəhidlər məzarlığında toplaşaraq anım mərasimi keçiriblər.

Anım mərasimi zamanı günahsız xalqın qanına əli bulaşmış təhlükəsizlik qüvvələri və əli dəyənəkli silaha sarılmış polis qüvvələri məzarlığı mühasirəyə almış, anım mərasimini genişlənməyə imkan verməmiş, məzarlığa toplaşan şəhid ailələrini və Sulduz əhalisini tezliklə oranı tərk etməyi və evlərini getməyi tələb etmişlər. Əks təqdirdə onlara tərəf atəş açacaqlarını bildirmişlər.

Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla mərasim iştirakçılarını lentə almış və Sulduz şəhərinin ETTELAAT rəisi yüksək rütbəli polis və hərbiçilər əhalinin toplandığı şəhid məzarlığına gəlmişlər. Bütün göstərişləri əhalini məzarlıqdan uzaqlaşdırmaq üçün onlar verirmişlər.

Vətəndaş

“Güney Azərbaycanda insan haqları problemi artıq gündəmin mövzusuna çevrilib”

 Faxtə Zamani: “İranda yaşayan azərbaycanlıların beynəlхalq dəstəyə çoх ehtiyacı var, çünki onlar haqlıdırlar, öz haqlarını tələb edirlər, dünya haqqını tələb edən, beynəlхalq hüquq normaları əsasında fəaliyyət göstərənlərdən diqqətini əsirgəməməlidir”

Müsahibimiz Faxtə Zamani Təbriz şəhərində anadan olub. Orta məktəbi burada bitirdikdən sonra Kanadaya mühacirət edib Ottava Universitetində fizika sahəsində təhsil alıb. Fizika üzrə bakalavr pilləsini bitirəndən sonra isə Mikrodalğalı və Naqilsiz rabitə üzrə elektronika mühəndisliyi fakültəsinə daxil olub və həmin universitetdən məzun olub. Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən, Ottava Universitetində çalışıb. Hazırda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) sədridir

- Mənim Azərbaycanda insan haqları ilə məşğul olmağımın və bizim ADAPP-ı yaratmağımızın səbəbi bu olub ki, İranin tanınmış hüquq müdafiə təşkilatları nəinki azərbaycanlıların və digər qeyri-fars millətlərin haqlarını gündəmə gətirmirdilər, hətta müəyyən məqamlarda işi pozurdular və indi də pozmaqda davam edirlər. İranda Azərbaycanlıların hüquqlarının sistemli şəkildə pozulmasına baxmayaraq, bu hallar barədə dünya insan haqları mərkəzlərinə, beynəlxalq təşkilatlara lazımınca məlumat çatmırdı. Qeyri-fars millətlərə qarşı törədilən haqsızlıqlar fars hüquq müdafiəçiləri tərəfindən ört-basdır edilirdi. Biz də dünyanı bu informasiya blokadasından azad etmək qərarına gəldik. Bütün problemlərə və maneələrə  baxmayaraq, təşkilatlandıq və indi də insan haqları mərkəzləri və beynəlxalq qurumlarla birbaşa əlaqələr yaratmışıq, onları məlumatlandırırıq.
- Faxtə xanım, maraqlıdır, siz ixtisasca texniki sahənin nümayəndəsisiz. Belə olan halda sizi nə vadar etdi ki, insan haqlarının müdafiəsi ilə məşğul oldunuz?
- Bəli, Təqribən iki il yarim bundan əvvələ kimi mən öz peşə fəaliyyətimlə məşğul idim. Amma sonra azərbaycanli fəalların hüquqlarının pozulduğunu və onlardan beynalxalq insan haqlari təşkilatlarinin xəbəri olmadığını nəzərə alaraq, bəzi azərbaycanlı məhbuslara kömək məqsədilə beynəlxalq insan haqları mərkəzləri ilə əlaqəyə girdim. 2006-cı ilin may etirazlarından sonra işin həcmi artdığına görə bütünlüklə diqqətimi Güney Azərbaycanda insan haqları məsələsinə yönəltməyə məcbur oldum.
- Bu gün Irandakı azərbaycanlılara beynalxalq dəstək hansı formadadır?

- Son vaxtlara qədər beynəlxalq insan haqları təşkilatları İranda etnik azlıqların, o cümlədən də azərbaycanlıların vəziyyəti haqda az bilirdilər. Bu barədə kifayət qədər sənəd toplanmamışdı. Bunun səbəblərindən biri də bizim xaricdə yaşayan nümayəndələrimizin effektiv fəaliyyət göstərməməsi idi.

2006-cı ilin kütləvi etirazları xaricdəki azərbaycanlılara da təkan verdi: biz doğurdan da bu boşluğu hiss etdik. Ona görə ki, İran kimi qeyri-demokratik ölkədə milyonlarla azərbaycanlının bir həftə boyu küçələrdə yürüş keçirməsi xarici mətbuatda əks etdirilmədi. Həlak olanlar, xəsarət alanlar və  yüzlərlə həbs edilənlər barədə xəbər yayılmadı. Elə buna görə də humanitar təşkilatlar və hökumətlər vəziyyətdən xəbərsiz qaldı.

Bu iki il ərzində bütün məhdudiyyətlərə, imkansızlığa və çoxlu çətinliklərə baxmayaraq, digər azərbaycanlı fəalların köməyilə müəyyən dərəcədə Azərbaycanın səsinin boğulmasına, boykot edilməsinə son qoymağa və orada insan haqlarının pozulduğunu müxtəlif beynəlxalq qurumlara çatdırmağa nail ola bilmişik. Belə ki, Güney Azərbaycanda insan haqları problemi artıq gündəmin mövzusuna çevrilib. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının birbaşa əlaqələri nəticəsində bu iki il ərzində BMT, Beynəlxalq Amnistiya Təşkilatı, "Frontlayn", ABŞ Xarici İşlər Nazirliyi və s. kimi beynəlxalq qurumlar və hüquq müdafiə təşkilatları tərəfindən azərbaycanlı fəalların hüquqlarının pozulması ilə bağlı yüzdən çox bəyanat verilmişdir.

Bu gün bu təşkilatın İrandakı müxtəlif millətlərin əllərindən alınmış hüquqlarına diqqət yetirməsi nəticəsində biz beynəlxalq səviyyədə arzuladığımız dərəcədən çoz uzaq olsa da, müəyyən həddə görünə bilmişik.

Ümumiyyətlə, Azərbaycan Milli Hərəkatı günbəgün beynəlxalq səviyyədə tanınmaqdadır və ümidvarıq ki, dünya ictimaiyyətinin hərəkata daha çox diqqət yetirməsinə və dəstək verməsinə nail olacağıq.

Yenə də hər şey daxildəki hərəkatdan asılıdır. İranda azərbaycanlıların milli şüurunun yüksəlməsilə onların xaricdəki nümayəndələrinin də fəaliyyəti artır. Onlar insan haqları təşkilatlarına müraciət edir. Beynəlxalq təşkilatların bu haqda verdiyi bəyanat insan haqlarını müdafiə etməyi özünə borc bilən hökumətləri də maraqlandırır.
- Irandakı həmvətənlərimizin hüquqlarının tapdanılması ilə bağlı gördüyünüz işlərin hansısa nəticəsi varmı. Yəni bu işlərələ Iranı az da olsa "yumşalda" bilibsinizmi?

- Bu suala tam dəqiqliklə cavab vermək çətindir. Amma qeyd etmək lazımdır ki, bu təzyiqlər şübhəsiz ki, təsirsiz qalmayacaq. Təcrübələr bunu göstərir ki, beynəlхalq təzyiqlər hətta İran kimi bir rejimə də təsirini göstərib. Məsələn, adları hesabatlar, beynəlхalq təşkilatların müraciətlərində qeyd olunan və ya barəsində mətbuatda daha çoх yazılan şəхslərlə davranışlarda dəyişiklik baş verir. Belələri ilə müqayisədə adları heç bir yerdə çəkilməyən hərəkatçıların vəziyyəti daha ağır olur.

Hətta diktator hakimiyyətləri də üzdə belə olsa, insan haqları meyarlarına riayət etməli olduqlarını bilirlər və İran da o ölkələrin biri kimi beynalxalq dunya qarşısında cavabdehlik daşıyır. Hər halda taleyi dünyanın insan hüquqları təşkilatlarının diqqət mərkəzində olan adamlara işgəncə tətbiq etmək olduqca çətindir və bizim məqsədimiz hər bir işgəncə faktını dünya ictimaiyyətinin gündəminə gətirməkdir.

- Bu gün Azərbaycan diasporunun təşkilatlanma prosesini necə qiymətləndirisiniz?

  - Qeyd etməliyəm ki, xarici ölkələrdə haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün tələb edilən qədər fəaliyyət göstərilməyib.

  Bunun səbəbi isə, Azərbaycan təşkilatlarının beynəlxalq standartlara uyğun şəkildə qurulmaması və sistemli fəaliyyət göstərməməsidir. Onların işinin səmərəsi çox zəifdir və özlərini dünyanın müasir standartlarına daha yaxşı uyğunlaşdırmaq əvəzinə, bəzən enerjilərini mənfi hərəkətlərə, daxili çəkişmələrə, təşkilatlar və şəxslər arasındakı ixtilaflara sərf edirlər.

  İşdə çevikliyin olmaması, fəaliyyət qanunlarına riayət olunmaması, mənfi əməllərin çoxluğu ucbatından müsbət işlərin təsirsiz qalması, layihənin verəcəyi nəticə və səmərəni nəzərdə tutmadan enerji sərfi, məhdud mövzular üzərində tükənməz və nəticəsiz müzakirələr – geri saymağımızın səbəbləridir.

  Hansısa təşkilatda vəzifələri bölüşdürməzdən əvvəl iş görmək haqda düşünən insanlara ehtiyacı var millətimizin. Xaricdəki təşkilat “fəalları” içəridə repressiyalara baxmayaraq, təhlükələr qarşısında çəkilməyən fəallarımızın göstərdiyi əzmkarlığın heç olmasa yüzdə biri qədər təpər göstərə bilsəydilər, şəxsi maraqları unudub, birgə mübarizəyə qoşulsaydılar daha böyük nəticələr əldə etmək olardı. Hətta birləşmək bu qədər çətinsə, hərə olduğu yerdə, bacardığı qədər çalışsa, başqalarına mane olmasa, nə qədər irəli gedərdik.

İranda azərbaycanlıların elementar haqlarının pozulması, Azərbaycan fəallarının qeyri-insani repressiyalara məruz qalması faktını yaymağı başlıca hədəf seçərək daha güclü addımlar atmaq mümkündür.

  İnsan haqlarının müdafiəsi təşkilatları ilə həqiqətlərimizi təbliğ etməyə böyük imkanlar var. Bu üzdən хaricdə yaşayan soydaşlarımız bu təşkilatlarla daha çoх əlaqə yaratmalıdırlar. Həmin təşkilatlar vasitəsilə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, bəzi tədbirlər həyata keçirmək mümkündür.

 

Хaricdə yaşayan soydaşlarımıza bir iradım var. Düşünürəm ki, onlar öz vətəndaşlıq borclarını ödəməlidirlər. O da həqiqətdir ki, хarici ölkələrdəki azərbaycanlıların çoхu ölkədə baş verən hadisələrlə maraqlanmır. Çoх təəssüf ki, хaricdə yaşayan soydaşlarımızın ancaq bir qismi bu işdə fəaldır. Bu gün Azərbaycan türklərinin bütün təbəqələrindən olan insanların, media nümayəndələrinin hüquqlarının pozulması barədə məlumatların хaricə çatdırılmasına böyük ehtiyac var. Əgər biz bu gün bunu edə bilməsək, İran rejimi daha da azğınlaşaraq güneyli fəallarımızı daha çoх incidəcək. Buna imkan verməmək üçün hamımız çalışmalıyıq.

Biz Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) işini sistemli şəklə salmağa çalışırıq və ölkə daxili və xaricində müxtəlif fəalların bizimlə əməkdaşlıq etməsinə baxmayaraq, ixtisaslı kadr sarıdan kəskin çatışmazlıq hiss edirik. Biz illərlə fikir verilməyən bir çox zəruri məqamlarla, məsələn, insan haqları mərkəzlərinə dəqiq hesabatların verilməsi və Azərbaycan Hərəkatının beynəlxalq ictimaiyyətə tanıdılması ilə məşğul olduqdan sonra axır aylarda səylərimizi müasir dünya standartlarına cavab verən bir insan haqları təşkilatının yaradılması üzərində cəmləşdirmişik. Və bir neçə xarici hüquq müdafiəçisini əməkdaşlığa cəlb etməklə onların yardımından da faydalanırıq.

  İranda yaşayan azərbaycanlıların beynəlхalq dəstəyə çoх ehtiyacı var, çünki onlar haqlıdırlar, öz haqlarını tələb edirlər, dünya haqqını tələb edən, beynəlхalq hüquq normaları əsasında fəaliyyət göstərənlərdən diqqətini əsirgəməməlidir.

- Deyərdim ki, diasporumuz da Şimal və Cənuba "parçalanıb". Bir-birlərinin tədbirlərinə soyuq münasibət göstərirlər. Diaspor olaraq onların "birləşməsinə" nə mane olur? Məgər burada da sərhəd var?  

- Diasporada problemler var. Yəni əslində Azerbaycanı təmsil edən, olsun güneyli ve ya qüzeyli, bir güclu diaspora təşkilatı yoxdur. Bir çox təşkilat adı daşıyan qruplarınsa iş prinsipləri yoxdur. Onların aktiv olmaması – cılız maraqların təmin olunması ilə məşğul olmalari elə bizi buraya gətirib çıxarıb. O üzdən mən deyərdim, bizim çox ciddi problemlərimiz var. Düşünmürəm ki, söhbət quzey və güneylilər arasında birləşə bilməmək kimi problemdən gedir. Məncə söhbət fərdi maraqların milli maraqlardan üstün tutulmasından gedir. Mən bilmirəm və heç zaman maraqlanmamışam ki, bu təşkilatlarda kimlərin hansı maliyyə maraqları təmin olunur. Amma onu bilirəm ki, İranda hərəkat fəallarının ailələri olmazın əziyyətlərlə üzləşdiyi zaman, işgəncələrdən sonra səhhəti pisləşən insanların müalicəsi üçün imkan çatmadığı halda, qəzet, kitab çapı üçün insanlar çörək pulunu sərf etdiyi zaman pul mübahisələri etmək sadəcə günahdır. Bütün resursları cəmləşdirib bir hədəfə vurmaq lazımdır, bir birimizə güllə atmaq deyil.
- Siz siyasi məhbusları müdafiə edirsiz. Olubmu ki, Iranın xaricdəki "əlləri" sizi həbs etməklə hədələsin?  

- Kanada vətəndaşı olduğum üçun İran tərəfi məni  həbs edə  bilməz. Amma İran Ettelaat adamları müxtəlif  telefonlarla məni dəfələrlə ölumlə hədələyiblər. Onlar məndən istəyiblər ki, mən fəaliyətimi dayandıram. Əlbəttə, mən bu barədə Kanada hüquq mühafizə təşkilatlarına xəbər vermişəm və onlar xəbərdardırlar.

- Sonuncu dəfə Iranda nə vaxt olubsunuz.Yəni bilmək istəyirəm Irana maneəsiz şəkildə gedib-gələ bilirsinizmi?

- Men İrandan normal olaraq qanuni xaricə çıxdım və heç problemim də yox idi. Heç siyasi fəaliyətdə iştirak etməmişdim. Və hər iki ildən bir İrana gedirdim. Son dəfə ise dörd il bundan öncə Guney Azərbaycanda olmuşam. Amma son iki il yarımdakı fəaliyətimdən sonra Güneyə getməyim daha imkansız hala gəlibdir. Bir neçə fəalın hökmündə mənimlə təmasda olduqları üçün mühakimə olunduqları yazılıb. Dəfələrlə mənimlə birbaşa, yaxud dolayısı ilə əlaqə saxlayan fəalları təhdid ediblər. Mənə telefon açan evlərin sahibləri Ettelaata aparılır və sorğu suala çəkilir. Odur ki, mən dəqiq bilirəm ki, İrana getsəm, nəinki özüm həbs olunacağam, hətta mənimlə təmasda olan hər bir kəsi təhlükəyə atacağam.

Vətəndaş

Ettelaat məmurlari Güney Azərbaycan Milli hərəkat fəali Həsən əsədini  öldürmək istəyirlər.

 Güney Azərbaycan milli hərəkat fəali Həsən əsədi ayin 21-də  May hadisələrinin ikinci idönümünü ilə ba?l? keçirilməsi  nəzərdə tutulan aksiya zamani Təbriz şəhərinin Bazar deyilən məntəqəsində Ettelaat tərəfind?n həbs edilib. Onunla birlikdə milli fəallardan daha 3 nəfər tutulmu?lar, lakin 24 saatdan sonra azad edilmiələr.  əldə etdiyimiz son məlumatlara görə, H.əsədi Təbriz Ettelaati həbsxanasənda aşir işgəncələr altinda saxlanilar və rejim məmurlarinin  əsas məqsədi H.əsədini fiziki məhv etməkdən ibarətdir.  O,  Güney Azərbaycan istiqlal Partiyasi ilə əlaqədə olmasi ilə ittiham olunur. Bununla yana, Ettelaat məmurlari Həsən əsədinin ailəsini qarşi da hədələyici təzyiqlərini artirmaqda davam edir.                     

  Xatirladaq ki, bir müdd?t önc? milli h?r?katda fəaliyyətinə görə Həsən əsədi ETTELAAT məmurlari tərəfindən həbs edilmiş və aşir işgəncələrə məruz qalmiş, sonra inqilab məhkəməsi tərəfindən bir il həəbsə məhkum edilmiş, 70 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadliqa buraxilmişdir.

Güney Azərbaycan istiqlal Partiyasinin Araşdirma və informasiya mərkəzi

 

Milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb

 Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümünü yaxınlaşdığı günlərdə Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb. Milli hərəkatdan verilən məlumata görə ehtimal olunur ki, Həsən Əsədi ETTELAAT məmurları tərəfindən oğrulanıb və naməlum yerdə saxlanılır.

Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli hərəkatda fəaliyyət göstərdiyinə görə ETTELAAT məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmiş, 70 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. May hadisələrinin ildönümü ərəfəsində Həsən Əsədi ilə yanaşı çoxlu sayda tanınmış milli hərəkat fəalları ETTELAAT məmurları tərəfindən həbs edilmişdir.

Vətəndaş