DAK HƏMSƏDRI PROF. PAŞA QƏLBINUR SANKT-PETERBURQDA GÖRÜŞLƏR KEÇIRIB

DAK həmsədri prof.Paşa Qəlbinur 12-15 iyul tarixində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüş keçirmişdir.

Görüşdə o, Dünya Azərbaycanlıları Konqresinin Birlik Qurultayının əhəmiyyətindən və digər diaspor təşkilatlarının fəaliyyətinə bu birliyin töhvə verəcəyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın ümumilli problemlərinin həll olunmasında birgə iş birliyi və diaspora fəaliyyətinin genişləndirməsini zəruriliyinin əhəmiyyətindən danışmışdır. Özəlliklə Dağlıq Qarabağ münaqişəsinin, Güney Azərbaycandakı soydaşlarımızın milli və mədəni haqlarının əldə edilməsinin həll yollarını, eləcədə dünya ictimaiyyətinə soydaşlarımızın problemlərini çatırmaqda xaricdəki potensial gücümüzdən faydalı şəkildə istifadə etməyin vacibliyini görüş iştirakçılarına çatdırmışdır.

Görüş zamanı Sankt-Peterburqda yaşayan diaspor təşkilatlarının rəhbərləri, eləcədə digər soydaşlarımız DAK-ın fəaliyyəti ilə bağlı öz təklif və münasibətlərini bildirmiş, Dünya Azərbaycanlılarının işbirliyini və həmrəyliyini daha da möhkəmlənməsinə çalışacaqlarını söyləmişlər.

Görüşdə iştirak edən Sankt-Peterburq şəhər məclis deputatı Elşad İmanov, DAK İH üzvü Məzahir Həsənov, Sankt-Peterburq İqtisad Universitetinin dossenti Xəyyam Mirzəzadə, hərbi həkim, polkovnik Sabir Mirzəyev, Qoşqar Məmmədov, general Aleksandr İvanovic, Sankt-Peterburq hərb tarixi muzeyi direktoru Vvedenski Georgi Fduşerovic Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirərək Dünya Azərbaycanlıları Konqresinin də xaricdə yaşayan soydaşlarımızla sıx əlaqələr yaratdığını və birləşdirici təşəbbüsləri təqdirəlayiq hesab edərək Rusiya ərazisində yaşayan azərbaycanlıların birgə fəaliyyət göstərmələri məqsədilə Sankt-Peterburq şəhərində DAK-ın nümayəndəliyinin açılmasının vacib olduğu bildirilmişdir. (Ünvan, Sankt-Peterburq, Marata küçəsi 53, tel/fax: (812) 572 11 21, e-mail:  kajro@mail.ru)

Xatırladaq ki, DAK-ın Sankt-Peterburq nümayəndəliyinin rəhbəri DAK İdarə Heyətinin üzvü Məzahir Həsənov təyin olunub.

Diqqətinizə çatdırırıq ki, Dünya Azərbaycanlıları Konqresi silsilə tədbirlərlə Azərbaycanlıların sıx yaşadığı ölkələrdə soydaşlarımızla ardıcıl görüşlər keçirməyi nəzərdə tutur. Bununla yanaşı beynəlxalq təşkilatlarda DAK-ın daimi nümayəndələri fəaliyyət göstərəcəyidə əsas fəaliyyətlərdən biri hesab olunur.


DAK mətbuat xidməti

.: DAK :.


TƏBRIZ UNIVERSITETININ 3 TƏLƏBƏSI ETTELAAT TƏRƏFINDƏN HƏBS EDILDI

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən dünən 17 iyul 2008-ci il tarixində günorta saatlarında Təbriz Universitetinin 3 tələbəsi Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab ETTELAAT tərəfindən həbs edilib.

Həbs olunan tələbələrin dərhal evlərinə ETTELAAT məmurları hücum edərək evləri təftiş ediblər. Evə daxil olmağa qarşı çıxan ailə üzvləri təzyiq və təhqirlərə məruz qalıblar, lakin evləri axtarış zamanı ETTELAAT məmurlarını maraqlandıran heç bir şey əldə edə bilməyiblər.

Xatrıladaq ki, həbs edilən tələbələrlə yanaşı onlarla əlaqədə olan milli hərəkat fəalı mühəndis Daryuş Hatəmi də yoxa çıxıbdır.

Qeyd edək ki, həbs olunan soydaşlarımız milli haqlarını tələb etdiyinə görə universitet təhlükəsizlik komitəsi tərəfindən təhsildən məhrum ediliblər.

.: DAK :.


İran ordusunda milli fəaliyyətlərinə görə həbs edilən iki Azərbaycanlı hərbiçi azadlığa buraxıldı

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son aylarda İran ordusunda əslən Azərbaycanlı olan yüksək rütbəli hərbiçilər arasında mili haqlarını müdafiə edənlərin sayı artmaqdadır.

İran Təhlükəsizlik Qüvvələri ordu daxilində əslən Azərbaycanlı olan hərbiçiləri tam nəzarətə götürərək onların telefonları və əlaqə saxladıqları şəxsləri nəzarətə götürmək qərarına gəlmişlər.

Bir müddət öncə Güney Azərbaycanın Miyana şəhərindəki hərbi obyektlərin birində 3 nəfər hərbiçi milli hərəkatçı fəallarla əlaqələrinə görə və türkçülüyü təbliğ etdiyinə görə İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir. Onların adlarını qeyd etmək onların daha da təhlükəyə düşməsinə səbəb olduğuna görə adları qeyd olunmur. Həbs olunan milli hərəkatçı hərbiçilər neçə müddət təzyiq və işgəncələrə məruz qaldıqdan sonra ağır girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar. Onların ikisinin azadlığa buraxıldığı təsdiqlənsədə birinin hələ də harada olduğu heç kimə bəlli deyil.

Xatırladaq ki, faşist molla hakimiyyəti ordu daxilində türk millətçiliyini Azərbaycanlı zabitlər arasında geniş yayıldığından qorxuya düşərək ciddi tədbirlərə əl atılır. Belə ki, orduda, polisdə və başqa orqanlarda əslən Azərbaycanlı olan hərbiçiləri Azərbaycan ərazisində İranın başqa bölgələrinə göndərməyə başlayıbdır.

Son zamanlarda Təbrizdə, Urmiyədə, Marağada, Ərdəbildə, Miyana və Zəncanda Azərbaycanlı hərbiçilərə ciddi nəzarət qoyularaq onların əksəriyyəti Azərbaycan ərazilərindən başqa bölgələrə göndərilir və ya vaxtından tez həmin hərbiçiləri işdən azad edirlər.

Bu xəbər hərbiçilərə yaxın mənbələrdən Güney Azərbaycan Milli Hərəkatına verilibdir. Həmin xəbəri bir müddət öncə İran mətbuatının bəzi mənbələrində də göstərilmişdir.

.: DAK :.