|
Kondoliza Rays İranın ciddilik nümayiş etdirmədiyni deyib
ABŞ dövlət katibi
Kondoliza Rays İranın Cenevrə danışıqları zamanı ciddilik nümayiş
etdirmədiyni deyib. Birləşmiş Ərəb Əmirliklərindən qayıdarkən
müxbirlərlə danışan xanım Rays İranın nüvə fəaliyyətlərini
dayandırması qarşılığında həvəsləndirici təkliflər paketinə iki
həftə ərzində ciddi cavab verməli olduğunu deyib. ABŞ dövlət katibi
bildirib ki, əməkdaşlıq etmədiyi təqdirdə İranı daha sərt
sanksiyalar gözləyir.
VOA
GAMOH
qurupunun son illerdeki texribatlari devam etdikce basqalarinida
agir durumda qoyubdur
Mahmudeli bey Chehreqani sifarishi
ile silsile texribatlar eslinde GAMOH qurupunun novbeti oyunlarinin
ustunu bir daha achdi.Hemde Mahmudeli bey bir daha subut etdi ki
aqir durumda z adamlarinin arxasini tez bishaldar. Ashagida oxuya
bilersiz
-------------------------------------------------------------------------------------------------------------------------------------Alma
Qazeti yazir...
Mühacirətdə
Güney davası
Və ya Didişmələr Teatrı
Bu yaxınlarda rəhbəri olduğum "Kultaz.com" - Mədəniyyət Portalında
"Güney Azərbaycan Ədəbiyyatı" həftəsi keçirdik. Virtual festival
xarakteri daşıyan layihə çərçivəsində bir çox güneyli yazarları
oxuculara təqdim elədik. O taylı-bu taylı oxucu və yazarların
iştirakı ilə maraqlı müzakirələr getdi. Amma az keçmədi ki, bu
müzakirələr ədəbiyyat, mədəniyyət sərhədlərini aşdı, böyük mənada
Güney Azərbaycan müzakirələrinə çevrildi. Bu da təbiidir və belə də
olmalıydı. Müzakirələrin bir yerində güneyli soydaşlarımızdan biri
maraqlı bir irad bildirdi: "Son vaxtlar Ankara və Bakıda bizə Güney
məsələsində dərs vermək istəyənlərin sayı nədənsə, çoxalıb".
Mövzuya bu nöqtədən başlamağım boşuna deyil. Birincisi, Güney
Azərbaycan məsələsi yalnız o tayın yox, harada yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlının problemidir. İkincisi, bütün türk
dünyasına toxunan məsələdir. Ən nəhayət, Güney Azərbaycanda 30
milyonluq bir toplumun adi insani haqqlarından belə, məhrum olması
bütün demokratik dünyanın, bütün insanlığın çiynində ağır bir
yükdür.
Bu günkü qlobal dünyada insan haqqları, demokratiya və azadlıq
mübarizəsi kimi anlayışların çoxdan bir şəxsin, bir qrupun, bir
millətin daxili işi olmaqdan çıxdığını da xatırlatmağım, məncə
yerinə düşər.
Amma bu konuda bir çox böyük dövlətlərin, beynəlxalq güclərin də
kəsişən və kəsişməyən maraqları var. Bu maraqlar isə çox zaman bizim
Güney Azərbaycanla bağlı istəklərimizlə üst-üstə düşmür. Bu mənada
əlbəttə, güneyli soydaşımızın yuxarıda verdiyimiz iradını,
narahatçılığını anlamaq çətin deyil. Lakin bu kimi narahatçılıqlar
bizi müzakirələrdən, tənqidlərdən hürkütməməli, fərli fikirləri
dinləməkdən uzaq tutmamalıdır. Bu mənada Güntay Gəncalpın "Alma"nın
ötən sayında dərc olunan məqaləsində səslənən fikirlərə qatılıram.
Dostumuz yazırdı: ""Güney Azərbaycan" söz birləşməsi artıq qəbul
edilmiş bir anlayışdır. Bu anlayışın tarixi, coğrafi, siyasi
boyutları var. Bu anlayış ətrafında bir xeyli müzakirələr aparılıb.
Bu müzakirələr dialektik baxımdan istər-istəməz əqli imkanları da
genişlədib. Əslində isə hədəfə çatana qədər bu doğrultuda tarixi,
coğrafi, ədəbi, sosioloji, fəlsəfi və siyasi qavramlar o qədər
zənginləşməlidir ki, onun təsirindən kənarda qalmaq mümkün olmasın."
* * *
Bu gün Güney Azərbaycan məsələsi ilə bağlı çoxsaylı qurumlar var.
DAK-1, DAK-2... DAK-7, DAK-9,... DDAK, GAMOH, GunAzTv, BAB, Milli
Partiya, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Güney Azərbaycan
Öyrənci Hərəkatı, çoxsaylı dərnəklər, sayt və bloqlar... Hər
birisinin hədəfləri demək olar ki, eynidir: Güney Azərbaycanın
azadlığı. Bəs elə isə bütün bu təşkilatlar niyə bir dam altında
birləşə bilmir kimi çeynənmiş bir sual yenidən ortaya çıxa bilər. Bu
suala qısa cavab verim. Çünki azərbaycanlı olaraq, biz hələ də
komanda oyunu oynamağa hazır deyilik. İstər Quzey, istər Güney
olsun- hər iki tayda mənzərə eynidir. Getdikcə Güney Azərbaycanın
azadlığı uğrunda xidmət etdiklərini deyən bu qurumlar da Quzeydə
sayı 100-ü keçmiş partiyalara oxşamağa başlayır.
Burada partiyalar, qurumlar bir-birlərini hakimiyyətə, orada isə
ETTELAAT-a işləməkdə ittiham edirlər. Quzeydə artıq hamıda bir
yəqinlik var: bütün partiyalar hakimiyyətə işləyir- qurduqları bu
Didişmələr Teatrı isə yalnız narazı insanların başını qatmağa,
onların aqressiyasını boşaltmağa hesablanıb.
Umarım Güneylə bağlı eyni mənzərənin şahidi olmayacağıq.
Çöhrəqanlı, Əhməd Obalı, Sabir Rüstəmxanlı, Qulamrza Təbrizi, Cavad
Derəxti və s. Bu insanlar həm Güneylə bağlı işləriylə, həm də
bir-birlərinə olmazın ittihamlarıyla məşhurdurlar. Bizlərə bütün
bunları məyusluqla izləmək qalır. İndi də aylardır bir bayraq
dartışması atılıb ortaya: Mili Hərəkatın bayrağı hansı olsun-
ADR-dən miras qalan və Azərbaycan Respublikasının hazırkı bayrağı,
yoxsa GAMOH-un təklif etdiyi, eyni üç rəngin və ay-ulduzun
kombinasiyasından ibarət, amma görünüşcə azacıq fərqli bayraq?
Bayraq məsələsi ətrafında dartışmalar artıq çoxdan təşkilat,
liderlər arasında qarşıdurmaya yüksəlib. Yenə olmazın ittihamlar.
Məsələnin bu yerində, bir məqamı mütləq qeyd eləmək lazımdır.
"Alma"nın ötən saylarının birində elə bu didişmələrin davamı olaraq
səslənən bir ittiham jurnalistin və hamımızın məsuliyyətsizliyi
üzündən səhifəyə getmiş və qanqaraçılığa səbəb olmuşdu. Söhbət
GünAzTV-nin rəhbəri Əhməd Obalının ETTELAAT-a işləməsiylə bağlı
səslənən ittihamdan gedir. Əlbəttə, bu hədsiz qeyri-ciddi bir
ittihamdır. Hər şey bir tərəfə, adama deyərlər, qardaş, sən
ETTELAAT-ın sədrisən, məmurusan, nəyisən ki, onun siyahısında
olanlardan xəbərin var? Belə qeyri-ciddi ittihamın bir yanlışlıq və
diqqətsizlik üzündən "Alma"nın səhifəsində səslənməsinə görə telefon
söhbətimizdə şəxsən Əhməd bəydən üzr istədim, indi də bunu qəzet
səhifəsindən təkrarlayıram. Çünki qəzetin rəhbərlərindən biri kimi,
buna görə məsuliyyət daşıdığımı bilir və təəssüf hissi keçirirəm.
Amma ən maraqlı hadisələr də bundan sonra baş verdi: özlərini
təcrübəli liderlər adlandıran və böyük sayğı bəslədiyimiz bəzi
şəxslər ortalığı elə qarışdırdılar ki, bizə yalnız təəssüf hissi
keçirmək qaldı. Bir az da onların bu qədər zəif olmalarına üzüldüm.
Bununla belə, özümü bir neçə sualı verməkdən saxlaya bilmirəm:
1. Güney Azərbaycan Milli Hərəkatına daha çox nə zərbə vura bilər-
bir jurnalistin kiçik yanlışlığı, yoxsa liderlərin bir-birinə
söylədikləri küçə söyüşləri?
2. Sırasında olduğu bütün təşkilatların ikiyə bölünməsi
ssenarilərində həmişə adı başda gələn şəxslərmi təhlükəlidir, yoxsa
biz?
3. Avropada, ABŞ-da isti mənzillərdə oturub "milli hərəkatın
lideriyəm" deyərkən, heç olmasa, illərdir zindanlarda çürüyən Abbas
Lisanidən utanırlarmı?
Tamam, üzr istəyirəm, elə hesab edin ki, bu sualları vermədim,
üstündən sükutla adlayaq və mövzumuza davam edək.
* * *
Güntay Gəncalp son yazısında çox doğru şəkildə bizi rusa, farsa
əsrlər boyu qul olmağa məhkum edən bəzi dəyərlərimizdən də imtina
etməyin vaxtı gəldiyini yazır.
Bu fikrin davamı kimi, mən də bəzi fikirlərimi bölüşmək istəyirəm:
- Gəlin azərbaycanlı yox, AZƏRBAYCANLI olaq;
- şəxslərə yox, ideyalara sadiq qalaq;
- Quzey Azərbaycanın tayfa-klan xəstəliyini Güneyin azadlığı uğrunda
mübarizəyə daşımayaq;
- televiziya ekranlarına çıxıb, Güneydə mübarizə aparan şəxslərin
ünvanlarını dəqiqliklə səsləndirib, ETTELAAT-a nişan verməyək;
- bir-birimizlə deyil, fars şovinizmiylə mübarizə aparaq;
- arvad kimi saçyolduya çıxmayaq, bir-birimizə qurşaqdan aşağı
zərbələr vurmayaq, qeybətlərə uymayaq, bir-birimizə badalaq vurmaq
əvəzinə dəstək olaq;
- Avropada, Amerikada oturub, amma bütün şərqlilərin xəstəliyi-
şəxsiyyətə pərəstişə yoluxmayaq;
- ən nəhayət, adam olaq, kişi olaq.
* * *
"Alma" qəzetinin nə Çöhrəqanlı, nə Əhməd Obalı, nə də o biriləriylə
bölmək istədiyi və ya bölə bilmədiyi heç nə yoxdur. "Güney
Azərbaycan" adına iş görən hər kəsə böyük sayğılarımız var. Amma hər
ikisinin unutmamaları gərəkən bir həqiqət də var: əgər onlar və bu
cərgədə olan başqaları bir-birilərinə sayğı bəsləmirlərsə, bizdən də
sayğı ummasınlar!
Sonda bayraq konusunda da 1-2 kəlmə deyib, yazını və mövzunu
qapayım: hansı bayrağı qaldırırsınızsa, qaldırın, təki bu, ağ bayraq
olmasın! Bir də məsələ bayrağın görünüşündə yox, ona yüklədiyin
anlamdadır. Yetər ki, uğrunda meydana, mübarizəyə atılasan, qurban
gedəsən! Mühacirətə yox...
|