İstiqlal savaşımızın şəhidi Məcid Xudayi

2006 – cı ilin may hadisələrindən sonra həbs edilmiş və türmədə ağır işgəncələrdən dünyasını dəyişmiş, Güney Azərbaycan İstiqlal Partiyasinın (GAİP) fəal üzvü olmuş Məcid Xudayİ  Hamid oğlu (şəxsiyyət vəsiqəsi 101017) 1977- ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.  Məcid Xudayi 22 may 2006 –cı il tarixdə Güney Azərbaycanda  keçirilən kütləvi etiraz aksiyalarında yaxından iştirak etmiş və "İranın parçalanmasını istəyən təşkilatlara qoşulmaqda", "pantürkizmdə və bölücülükdə" suçlandırılaraq Ettelaat  tərəfindən həbs olunmuşdu. Həbsdə olduğu müddətdə milli hərəkat və üzvü olduğu təşkilatla bağlı heç bir etiraf verməyən M,Xudayi  müvəqqəti olaraq azadlığa buraxılmış və digər GAİP üzvlərinin aşkarlanması  məqsədilə onun fəaliyyəti tam nəzarətə götürülmüşdü.  M. Xudayini və onunla birgə  fəaliyyət göstərən digər qrup üzvlərini bu təhlükədən yayındırmaq məqsədilə partiya onların fəaliyyət istiqamətini Təbrizdən Tehran və Kərəc şəhərinə dəyişdirsə də,  Beynəlxalq Ana dili günü ilə bağlı Kərəcdə təbliğat vərəqələri yayarkən 17 fevral 2007-ci il tarixdə M.Xudayi Ettelaat tərəfindən yenidən həbs edilmişdir.

O, bir müddət Ettelaatın zindanında və daha sonra Qızılhesar zindanında işgəncə olunmuşdu.    Milli və siyasi fəaliyyəti ilə bağlı etiraf verməsi üçün həbsxanada 1 aya yaxın  müddətdə ağır fiziki və  psixoloji işgəncələrə məruz qalan M. Xudayi heç bir etiraf verməmişdi.  Ettelaat məmurlarının təzyiqlərinə qarşı  qəhrəmancasına müqavimət göstərən M. Xudayiyə   davamlı elektroşok verilmiş və bu işgəncə  nəticəsində 14 mart  2007- ci il tarixdə o,  şəhid olmuşdur.  

Ettelaat həbs olunan və işgəncələrə məruz qalan digər milli fəalların ailələri kimi, M.Xudayinin də ailəsini hədələyərək,  baş vermiş hadisə ilə  bağlı hər hansı media və xəbər mərkəzinə  xəbər verdikləri təqdirdə onları da belə bir aqibət gözlədiyini bildirib. Elə bu səbəbdən də M.Xudayinin ailəsi hələ də danışmaqdan imtina edir. Ailəsinə olan davamlı təzyiqlər nəticəsində onun anasının səhhəti ağırlaşıb. Şəhid Məcid Xudayi Təbrizin Maralan qəbristanlığında Ettelaat məmurlarının nəzarəti altında heç bir dəfn mərasimi keçirilmədən torpağa tapşırılıb.

 

 

 

Güney Azərbaycan İstiqlal Partiyasi

 

                                                                                                 15.11.2007  

 

Güney Azərbaycan İstiqlal Partiyası qurtuluş uğrunda savaş aparan  igidlərlə birgə and içir :

Ulu Tanrıya and içirik!

Ulu millətimizə and içirik!

Ulu toprağımıza and içirik!

Ulu bayrağımıza and içirik!

Tariximizdə əbədi yaşayacaq ölməz  şəhidlərimizə and içirik!

Ulu savaşımızda axan qanlara and içirik!

Şəhid analarının  göz yaşlarına and içirik!

Ata yolu gözləyən balaların naləsinə and içirik!

Qurtuluş yolunda canından keçən igid oğullarımızın polad iradəsinə and içirik!

Fars şovinizminin zindanlarında qəhrəmancasına  müqavimət göstərən millətçilərin müqəddəs inanclarına and içirik!

Ana Azərbaycanımıza and içirik!

Son damla qanımızadək qəhrəman şəhidlərimizin yolunu davam etdirməyə,  millətimizi və torpağımızı işğalçı fars şovinizmindən azad etməyə,

bütün şəhidlərimizin intiqamını alacağımıza and içirik!

 

 

 


 

ایستیقلال ساواشیمیزین شهیدی
مجید خدایی


   

  2006 جي ايلين ماي حاديثه لريندن سونرا حبس ائديلميش و تورمه ده آغير ايشگنجه لردن دونياسيني دييشميش، گونئي آذربايجان ايستيقلال پارتيياسينين (گايپ) فعال عوضوو اولموش مجيد خودايي  حاميد اوغلو (شخصيت وثيقه سي 101017) 1977- جي ايلده گونئي آذربايجانين تبريز شهرينده آنادان اولوب.  مجيد خودايي 22 ماي 2006 جي ايل تاريخده گونئي آذربايجاندا  کئچيريلن کوتلوي اعتيراض آکسييالاريندا ياخيندان ايشتيراک ائتميش و  " ايرانين پارچالانماسيني ايسته ين تشکيلاتلارا قوشولماقدا " ،  " پانتورکيزمده و بؤلوجولوکده "  سوچلانديريلاراق ایطیلاعات  طرفيندن حبس اولونموشدو. حبسده اولدوغو مودتده ميللي حرکات و عوضوو اولدوغو تشکيلاتلا باغلي هئچ بير اعتيراف وئرمه يه ن م،خودايي  مووققتي اولاراق آزادليغا بوراخيلميش و ديگر گايپ عوضولري نين آشکارلانماسي  مقصديله اونون فعاليتي تام نظارته گؤتورولموشدو.  م. خوداييني و اونونلا بيرگه  فعاليت گؤسترن ديگر قروپ عوضولريني بو تهلوکه دن يايينديرماق مقصديله پارتييا اونلارين فعاليت ايستيقامتيني تبريزدن تئهران و کرج شهرينه دييشديرسه ده،  بئين الخالق آنا ديلي گونو ايله باغلي کرجده تبليغات ورقه لري يايارکن 17 فئورال 2007-جي ايل تاريخده م.خودايي ایطیلاعات طرفيندن يئنيدن حبس ائديلميشدير.  

  او، بير مودت ایطیلاعاتين زيندانيندا و داها سونرا قيزيل حیصار زيندانيندا ايشگنجه اولونموشدو.    ميللي و سياسي فعاليتي ايله باغلي اعتيراف وئرمه سي اوچون حبسخانادا 1 آيا ياخين  موددتده آغير فيزيکي و  پسيخولوژي ايشگنجه لره معروض قالان م. خودايي هئچ بير اعتيراف وئرمه ميشدي.  ایطیلاعات مأمورلاري نين تزييقلرينه قارشي  قهرمانجاسينا موقاويمت گؤسترن م. خودايييه   داواملي ائلئکتروشوک وئريلميش و بو ايشگنجه  نتيجه سينده 14 مارت  2007- جي ايل تاريخده او،  شهيد اولموشدور.    

  ایطیلاعات حبس اولونان و ايشگنجه لره معروض قالان ديگر ميللي فعاللارين عاييله لري کيمي، م.خودايي نين ده عاييله سيني حده ليه رک،  باش وئرميش حاديثه  ايله  باغلي هر هانسي مئديا و خبر مرکزينه  خبر وئرديکلري تقديرده اونلاري دا بئله بير عاقيبت گؤزله ديگيني بيلديريب. ائله بو سببدن ده م.خودايي نين عاييله سي هله ده دانيشماقدان ايمتيناع ائدير. عاييله سينه اولان دواملي تزييقلر نتيجه سينده اونون آناسي نين صحتي آغيرلاشيب. شهيد مجيد خودايي تبريزين مارالان قبريستان ليغيندا ایطیلاعات مأمورلاري نين نظارتي آلتيندا هئچ بير دفن مراسيمي کئچيريلمه دن تورپاغا تاپشيريليب.  

    

    

    

  گونئي آذربايجان ايستيقلال پارتيياسي  

     15. 11.  2007

    

  گونئي آذربايجان ايستيقلال پارتيياسي قورتولوش اوغروندا ساواش آپاران  ايگيدلرله بيرگه آند ايچير :  

  اولو تانرييا آند ايچيريک! 

  اولو ميلتيميزه آند ايچيريک! 

  اولو توپراغيميزا آند ايچيريک! 

  اولو بايراغيميزا آند ايچيريک! 

  تاريخيميزده ابدي ياشاياجاق اؤلمز  شهيدلريميزه آند ايچيريک! 

  اولو ساواشيميزدا آخان قانلارا آند ايچيريک! 

  شهيد آنالاري نين  گؤز ياشلارينا آند ايچيريک! 

  آتا يولو گؤزله ين بالالارين ناله سينه آند ايچيريک! 

  قورتولوش يولوندا جانيندان کئچن ايگيد اوغوللاريميزين پولاد ايراده سينه آند ايچيريک! 

  فارس شووينيزمي نين زيندانلاريندا قهرمانجاسينا  موقاويمت گؤسترن ميلتچيلرين موقدس اينانجلارينا آند ايچيريک! 

  آنا آذربايجانيميزا آند ايچيريک! 

  سون داملا قانيميزادک قهرمان شهيدلريميزين يولونو دوام ائتديرمه يه،  ميللتيميزي و تورپاغيميزي ايشغالچي فارس شووينيزميندن آزاد ائتمه يه،  

  بوتون شهيدلريميزين اينتيقاميني آلاجاغيميزا آند ايچيريک!